STRUKTUR

Hüquq,kadr və kargüzarlığın təşkili şöbəsi

         Hüquq, kadr  və  kargüzarlığın təşkili şöbəsinin

                                                                                          ƏSASNAMƏSİ

     1.Ümumi müddəalar

1.1.  Hüquq, kadr  və  kargüzarlığın təşkili şöbəsi (bundan sobra – şöbə) Baytarlıq Elmi-Tədqiqat İnstitunun struktur bölməsidir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar  Elm, Məsləhət və İnformasiya Mərkəzinin, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin  sərəncamlarını rəhbər tutur.

    2. Şöbənin vəzifələri

2.1.  Şöbə bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1.  Əmək qanunvericiliyinə, əsasnamə, təlimatlara və  verilmiş sərəncamlara əsasən  müəssisə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının  artırılması, məzuniyyətlərin verilməsi və s. işləri;

2.1.2. Qanun mahiyyətli sənədlərin işlənib hazırlanması və ya hazırlanmasında iştirak edilməsini;

2.1.3. İnstitutda  qanuni işlərə metodik rəhbərlik edərək,  iddiaların qəbul edilməsində əsaslandırılmış cavabın  hazırlanmasında  iştirak etməli;

2.1.4. İnstitutda  standartdan kənar, başqa qanun pozuntuları haqqında arbitraj  işlərinin hesabını və mühafizəsini aparır.

2.1.5. Kargüzarlıq  işləri üzrə mütəxəssislər kargüzarlıq  işini apararaq, rəhbərliyin adına gələn korrespondensiyanı qəbul edir;

2.1.6.  İnstitutda  qəbul olunmuş qaydaya uyğun olaraq məktubları rəhbərlik baxdıqdan sonra onu cavabın hazırlanması üçün laboratoriyalara və ya icraçılara göndərmək;

2.1.7. Rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət etməli, müxtəlif sənədlərin  kompüterdə yığılmasını təmin etməli;

2.1.8.  Xidməti məktubların çap olunma, orfoqrafiya və punktuasiya  qaydalarına riayət olunmasına nəzarət etməli və  rəhbərin iş yerini  dəftərxana  ləvazimatı, texniki təşkilatı vasitələrlə təmin edərək, onun səmərəli işləməsinə imkan verən şərait yaratmalıdırlar.

     3. Şöbənin funksiyaları

3.1.  Şöbə bu əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

3.1.1. Şöbə işçilərin şəxsi işlərini, kadrların seçilməsi və düzgün yerləşdirilməsini aparır:

3.1.2. İxtisas  və attestasiya  komissiyalarına lazım olan  materialı hazırlayaraq, attestasiya komissiyasının işində bilavasitə iştirak edir;

3.1.3. Tabel uçotunun, məzuniyyət qrafikləri və iş günü rejiminin  tərtibini təşkil edir. İşçilərə məzuniyyətlərin verilməsinin  uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə  istifadə edilməsinə  nəzarət edir;

3.1.4. Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin  dövlət arxivinə verilməsini təşkil  edir. Kadrlar üzrə hesabatların  tərtib edilməsinə və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir.

3.2. Hüquq məsləhətçisi bilavasitə təsərrüfat hesabının, müqavilə, maliyyə  və əmək intizamının mökəmlənməsi, mülkiyyətin  mühafizəsinin təmin edilməsini yerinə  yetirir;   

3.3. Arbitraj və məhkəmə işlərində  iddiaların baxılmasının nəticələrini  ümumiləşdirir və təhlil edir;

3.4.Təsərrüfat müqavilələrinin  bağlanması  işində  onların  hüquqi əsaslandırılması rəyinin hazırlığında,  kollektiv müqavilələrin şərtlərinin  işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcları məsələlələrinin baxılmasında iştirak edir.

3.5. İnstitutun  fəaliyyətində  ortaya çıxmış hüquqi məsləhətlərə rəy sorğularına gələn normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də, fəaliyyətin təkmilləşməsi üzrə tədbirlərin işlənib hazırlanmasında  iştirak edir. 

4. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş  vəzifələrin yerinə  yetirilməsi  və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.2. Şöbənin funksiyalarına aid məsələlərin həllini təmin edir və şöbədə çalışan işçilər arasında  vəzifə bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir.

4.3. Şöbənin işini təşkil edir və şöbənin fəaliyyəti barədə rüblük, yarımillik və illik hesabatların hazırlanmasını təmin edir.

4.4. Şöbədə çalışan işçilər tərəfindən əmək və icra intizamına  riayət edilməsinə nəzarət edir.

4.5. İş sektorunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Yuxarı orqanların qərar, sərəncam və əmrlərini; müəssisənin hüquqi fəaliyyətinə aid olan metodik, normativ və  başqa rəhbər materialları; qüvvədə olan qanunvericiliyi; vətəndaş, əmək və inzibati qanunu; qanunvericilik və normativ aktlar üzrə sorğu-məlumat işini; təsərrrüfat müqavilələrinin rəsmiləşdirmə  və bağlanma qaydasını;  əməyin  idarəetmənin təşkilinin  əsaslarını; əməyin mühafizəsi,  texniki  təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin  qayda və normalarını  rəhbər tutaraq, bu qanunlardan çixiş etməlidir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: