STRUKTUR

Maliyyə və mühasibat uçotu şöbəsi

  Maliyyə və mühasibat uçotu  şöbəsinin

                                                                                         ƏSASNAMƏSİ

Bu şöbə institut tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi,   mühasibat uçotu və hesabatının məlumatları üzrə  institutun maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərini, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, iş və xidmətlərin yerinə yetirilməsini; maliyyə,  hesabat və kredit əməliyyatlarının uçotunu təşkil edir. İş və xidmətlərin maya dəyəri  hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları  tərtib edir.

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin  əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının  təşkilinin yoxlanmasına nəzarət edir. Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirilməsinə nəzarət edir.

Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitləri, əmtəə-maddi qiymətlilərin, təsərrüfat - maliyyə fəaliyyətinin nəticələrinin  hesabının aparılması, sifarişçilərin hesabı, eləcə də göstərilən xidmətlər  və c. hesabı)  yerinə yetirir. Maliyyə intizamının  yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş  tədbirlərin işlənib hazırlanmasında  və həyata keçməsində  iştirak edir. Pul vəsaitlərinin, əmtəə-maddi  qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir. İşin, xidmətin maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də digər fondlara  vəsaitin köçürülməsini  həyata keçirir.

Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

Bu şöbə yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkili, hesabatının tərtibi və müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan  maliyyə və nəzarət-təftiş orqanlarının və digər orqanların metodiki, normativ materiallarını  forma və qaydalarını,  pul  vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını,  pul,  əmtəə vəsaitlərinin  çatışmazlıqları, debitor borclarının silinməsi qaydalarını,  debitor və kreditorlarla hesablaşma  qaydalarını,  mühasibat balanslarının və hesabatlarının  tərtib edilməsi qaydasını və  müddətini,  yoxlanış və sənədli təftişin qaydalarını rəhbər tutaraq maliyyə hesabatlarını  aparmalıdır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: