STRUKTUR

 Neftkimya mənşəli baytarlıq preparatlarının analizi şöbəsi

 Neftkimya mənşəli baytarlıq preparatlarının analızı şöbəsinin

                                                                                              ƏSASNAMƏSİ

   1.Ümumi müddəalar:

1.1.Neftkimya mənşəli baytarlıq pretaratlarının analızı şöbəsi (bundan sonra Şöbə)

Azərbaycan  Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun struktur bölməsi olmaqla Nazirliyin 04 sentyabr 2015-ci il

tarixli 87 saylı əmri ilə yaradılmış və onun tabeliyində fəaliyyət göstərir.

1.2.Şöbə öz fəaliyyətində Azərbaycan  Respublikasının Kənd Təsərrüfatı  Nazirliyinin  əmrlərini, sərəncamlarını, qərarlarını, Nazirliyin Kollegiya qərarlarını “Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (bundan sonra Mərkəz) Rəyasət Heyətinin qərarlarını baytarlığa aid normativ texniki və normativ hüquqi sənədləri və bu əsasnaməni rəhbər tutur.

1.3.Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata kecirərkən Nazirliyin və Mərkəzin aparatının struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    2. Şöbənin vəzifələri

2.1.Şöbə bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdaki vəzifələri yerinə yetirir:

2.1.1.Şöbə institutun strukturuna daxil olan digər şöbələr ilə, AMEA-nın uyğun elmi-tədqiqat müəsissələri və Azərbaycan Dövlət Aqrar universiteti arasında tədqiqat istiqamətləri üzrə əlaqələndirməni həyata kecirmək;

2.1.2.Şöbədə aparılacaq tədqiqat işlərinin təhlilini aparmaq və təsdiq ücün hazırlamaq;

2.1.3.Şöbənin iş proqramına uyğun olaraq fəaliyyəti ilə bağlı yarımillik və illik hesabatları müzakirə üçün hazırlamaq;

2.1.4.Şöbəyə daxil olan sənədlərin qeydiyyatı və saxlanması ilə bağlı işləri həyata kecirmək;

2.1.5.Şöbənin fəaliyyət təmayülünə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

     3.Şöbənin funksiyaları

3.1.Şöbə bu əsasnaməyə uyğun olaraq aşağıdakı funksiyaları həyata kecirir.

3.1.1.Şöbə institutun strukturuna daxil olan şöbələrlə mövzuların planlaşdırılmasında və elmi təhlilin aparılmasında iştirak etmək;

3.1.2.Şöbəyə daxil olan sənədləri araşdırmaq və müvafiq rəy, təkiflər vermək;

3.1.3. Şöbə institutun strukturuna daxil olan qurumların elmi fəaliyyəti zamanı problemlərlə bağlı, müzakirələr aparmaq, müvafiq məsləhətlər vermək və digər köməklər göstərmək;

3.1.4. Şöbə fəaliyyəti ilə əlaqədar digər şöbələr  və elmi tədqiqit istiqamətləri üzrə əlaqələndirdikləri təşkilatların təcrübələrini öyrənmək və gündəlik işlərində tətbiq etmək.

    4.Şöbənin hüquqları

4.1.Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.2.Şöbə əməkdaşlarla birlikdə mövzu planına uyğun olaraq təcrübələrin qoyulmasını və hesabatların vaxtında tərtib edilərək, müzakirə üçün institiutun elmi hissəsinə verilməsini təşkil etmək;

4.1.3.Şöbənin fəaliyyət istiqamətinə uyğun müvafiq rəy və müzakirə olunan məsələlərə dair təkliflər vermək;

4.1.4.Aqrar Elm və İnformasiya Məsləhət Mərkəsində institutda və digər dövlət qurumlarında fəaliyyət istiqamətinə aid kecirilən tədbirlərin işində iştirak etmək.

    5.Şöbənin fəaliyyətinin təşkili

5.1.Şöbənin strukturu və ştat vahidlərinin sayı Nazir tərəfindən təsdiq edilir.

5.2.Şöbə müdiri institutun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.3.Şöbə müdiri:

5.3.1.Şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata kecirilməsi üçün şəxsən məsuliyyət daşıyır;

5.3.2.Şöbənin əməkdaşlarının xidməti fəaliyyəti haqqında məlumatlar hazırlayır və institutun direktoruna təqdim edir;

5.3.3.Şöbənin strukturuna aid məsələlərin həllini təmin edir, şöbədə işçilər arasında vəzifə bölgüsünü aparır və onların fəaliyyətini əlaqələndirir;

5.3.4.Şöbənin işini təşkil edir və şöbənin fəaliyyəti barədə yarımillik və illik hesabatların hazırlanmasını təmin edir;

5.3.5.İnstitutun rəhbərliyinin tapşırığını şöbənin səlahiyyətləri çərcivəsində yerinə yetirilməsini təmin edir;

5.3.6.Şöbədə çalışan işcilər tərəfindən əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;

5.3.7.Şöbədə çalışan işcilərin mükafatlandırılması və ya barəsində intizam tənbehi tədbirləri görülməsi üçün institutun direktoruna təkliflər verir;

5.3.8.Qanunvericiliyə uyğun olaraq digər hüquqlardan istifadə edir;

5.3.9.Şöbənin digər işciləri institutun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

5.3.10.Şöbə öz işini institutun digər şöbələri ilə əlaqəli şəkildə həyata kecirir.

Şöbənin əməkdaşlarının Azərbaycan Respublikasının Nazirlər Sövetinin qərarı ilə yaradıldığı 1962-ci ildən qorxulu xəstəliklərin törədiciləri olan mikroorqanizmlərlə, neftkimya mənşəli preparatlarla, zərərli və zəhərli maddələrlə işlədiklərinə və 20% əlavə əmək haqqı almaları barədə hüquqi vəsadəti təmin etmək üçün təklif vermək.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirriu, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: