STRUKTUR

Vəzifələr və Prioritetlər

     Az.ETBİ – nun təməli Çar hökumətinin qərarı ilə  1901 – ci ildə dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az.BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü.

  Qeyd etmək lazımdır ki, hələ Az.ETBİ Bakıya köçürülərkən orada işləmək üçün gənc baytar həkimləri ( Cavadov, İkmek, Qəniyev, Babayev,Qusyev, Petunin Antipin, Romanov, Cavadov, Mirzəbəyov, Qayibov, Həlimbəyov, Fərzəliyev və b.) cəlb edilmişdilər. Məşhur rus alimlərindən Skryabin, Yakimov,Petrov, Olivkov, Lamskiy, Terentev, Milovzorov, Smirenskiy və başqaları Azərbaycanda elmi-tədqiqat işlərinin təşkilinə böyük metodiki və təcrübi kömək göstərmiş, bir çoxları isə hətta respublikada aparılan elmi-tədqiqat işlərində bilavasitə iştirak etmişdilər.  

  Keçən illər ərzində institut 3 akademik, onlarla elmlər doktoru, 200 - ə yaxın elmlər namizədi yetişdirmişdir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3- cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi – Tədqiqat İnstitutu yaradılmışdır.

 Hal-hazırda İnstitutda .......laboratoriya və 17 şöbə fəaliyyət göstərir.

İnstitutun elmi şurası tərkibi.... olmaqla fəaliyyətdədir.

İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi  fəaliyyətlərini göstərirlər. Şuranın tərkibi... ibarətdir.

İnstitutun əməkdaşları respublikanın bir çox rayonlarında Quba, Qusar, Masallı,  seminarlarda iştirak etmişlər

İnstitutun bir çox xarici ölkələrlə o cümlədən Akademik K.İ.Skryabin adına Moskva Dövlət Biotexnologiya və Baytarlıq Akademiyas, Rusiya Kuban Aqrar Universiteti, Ümumrusiya ET Potologiya , Farmakologiya, Terapiya İnstitutu, Dağıstan ET Baytarlıq institututları, Ukrayna Respublikasının Sumi Dövlət Aqrar universitetləri ilə də beynəlxalq əlaqələri vardır.

   İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir.Hal- hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: