STRUKTUR

Direktor

      Tərcümeyi hall

     1965-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, ali təhsilli,

Sialə İsmayıl qızı Rüstəmovaya

Sialə Rüstəmova 1982-ci ildə Gəncə şəhəri 4 nömrəli orta məktəbi, 1988-ci ildə S.Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

İş fəaliyyətinə1989-cu ilin yanvar ayından Azərbaycan Biolojı Kombinatında baytar həkim vəzifəsindən başlamışdır.

О, işlədiyi müddət ərzində öz ixtisas səviyyəsini artırmaq və elmi axtarışlar üzrə böyüк əməк və səyləri sayəsində baytar həkim vəzifəsindən baytar həkimi, mikrobioloq, dövlət nəzarətçisi və 1994-cü ilin dekabr ayından Bioloji Kombinatının direktor vəzifəsinə təyin edilmişdir.

S.Rüstəmovanın rəhbərliyi altında  biokombinatda pasterelyoz, qarayara prisipitəedici, paratif əleyhinə  hiperimmun serumlar və quduzluq, pasterelyoz xəstəlikləri əleyhinə vaksin istehsal olunmuşdu.

Sialə Rüstəmovanın iş təcrübəsi və idarəçilik üslubu nəzərə alınaraq, 2009-cu ilin sentyabr ayında Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktor vəzivəsinə təyin edilmiş və  2010-cu ilin aprel ayından 2015- ci ilin sentyabr ayina kimi Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsində calışmışdır.

Sialə Rüstəmova işlədiyi müddətdə özünü işgüzar, dövlət maraqları çərçivəsində  tutduğu vəzifəsini yüкsəк səviyyədə yerinə yetirən, özünə qarşı tələbкar, qayğıkeş rəhbər  кimi göstərmişdir.

Sialə Rüstəmova baytarlıq işçiləri arasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın baytarlıq sisteminin inkişafında, onun milli baytarlıq siyasətinin   formalaşmasında üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir.  2010-cu ildə onun rəhbərliyi altında Milli baytarlıq qanunvericiliyi nəşr edilmişdir. 5 il müddətində Ümümdunya Heyvan Sağlamlığı Təşkilatında (OİE)  Azərbaycan dövlətinin nümayəndəsi olaraq, ölkəni yüksək səviyyədə təmsil etmişdir.  2015-ci ildə seçki yolu ilə Ümümdunya Heyvan Sağlamlığı Təşkilatının Avropa dövlətləri üzrə Subreqional Komissiyasının vitse-prezidenti seçilmişdir.

Sialə Rüstəmova Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işlədiyi dövrdə ölkənin epizootik durumunda vacib hesab edilən   heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlərin yüksək səviyyədə təşkilində, epizootik sabitliyin  qorunmasında zəhməti və fəaliyyəti olmuşdur.

O, 2015-2016 ci illərdə Sumqayıt Şəhər Baytarlıq Idarəsinin rəisi vəzifəsində çalışıb.

Sialə Rüstəmovanın elmə bağlılığı  2013-cü ildə Ukraynanın Lvov Baytarlıq Təbabəti və Biotexnoloqiya Milli Universitetinin doktoranturasına qəbul olunmasına səbəb olmuş və 2016-ci ildə parazitologiya ixtisası üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə  müdafiə edərək, Baytarlıq elmləri fəlsəfə doktoru elmi dərəcəsi diplomu almışdır. (№036311).

S.Rüstəmova ümumi dünyagörüşünü və ixtisası üzrə biliк səviyyəsini artırmaq üçün öz üzərində müntəzəm оlaraq işləyir. O, savadlı və bacarıqlı tədqiqatçı-parazitoloq olmaqla bərabər, həm də biolojı preparatların istehsalı sahəsində geniş təcrübə və  biliyə malikdir.

Belə ki, Ukraynada dissertasiya tədqiqatları aparılan zaman yeni antihelmint- "Brovatriol"(təsir ediçi maddə Albendazol, Triclabendazole, Praziquantel) preparatının təsisçisi kimi (patent №102104) təsdiq edilmişdir. Geniş təsirediçi spektrli fassiolyoza, moniyezioza, diktiokaulyoza və həzm traktının stronqilyatozuna qarşı mübarizədə  elmə yenilik etmişdir.

Sialə Rüstəmova 11elmi əsərin müəllifidir və  Azərbaycanda, həmçinin  xaricdə çıxan dövrü elmi məcmuələrdə nəşr оlunub.

Ailəlidir, üc övladı var.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: