STRUKTUR

Direktor müavini

 

Tərcümeyi-hal

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor  müavini baytarlıq elmləri namizədi, dosent

 Hacıyev İltifat Müzəffər oğlu

24.01.1956-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.

1963-1973-cü illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil alıb. 1978-ci ildən 1981-ci ilə qədər Qafqaz Zonal Elmi-Nəzarət laboratoriyasında gənc mütəxəssis kimi kiçik elmi işçi vəzifəsində işləyib. 1981-1982-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun Helmintologiya laboratoriyasında “kiçik elmi işçi” vəzifəsində işləyib. 1982-ci ildə Moskva şəhəri K.İ.Skryabin adına Helmintologiya İnstitutunun nəzdində aspiranturanın əyani bölməsinə daxil olub, 1985-ci ildə oranı bitirib, namizədlik dissertasiyasını müdafiə edib. 1985-ci ildən 1994-cü ilə qədər Novosibirsk Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsində işləyib. Hal-hazırda institut Novosibirsk Aqrar Universiteti adlandırılır. 1991-ci ildə SSRİ Xalq Təhsili Dövlət Komitəsinin qərarı ilə “doktorant” elmi adı verilib. 1994-cü ildən 2016-cı ilə qədər tərəfindən təsis edilmiş Novosibirsk şəhərində fəaliyyət göstərən “Enimals” şirkətinin rəhbəri vəzifəsində işləyib. İ.Hacıyev 5 tövsiyyənin, 24 məqalənin müəllifidir.

2018-ci ilin sonunda Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Aparıcı elmi işçi, Şöbə müdiri vəzifələrində işləyib. Hal-hazırda Baytarlıq Elmi-Tədqiqat İnstitutunda direktor müavini işləyir.

Ailəlidir, 2 övladı, 1nəvəsi var.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: