STRUKTUR

Elmi işlər üzrə direktor müavini

Tərcümeyi-hal

         Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrədirektor  müavini baytarlıq elmləri namizədi, dosent

Bayramov Səhman Yusif oğlu

3 noyabr 1967-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Əzizli kəndində fəhlə ailəsində anadan olub.

         O, 1984-cü ildə orta məktəbi bitirərək, həmin ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin ) baytarlıq fakultəsinə daxil olub.

         1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən təxris olunduqdan sonra təhsilini davam etdirərək, 1991-ci ildə İnstitutu bitirib və Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Xocalı rayonunda Kənd Təsərrüfatı və Ərzaq İdarəsində baytar həkimi vəzifəsinə təyin olunmuşdur.

         Məlun Xocalı faciəsindən sonra 1992-ci ildə Azərbaycan Elmi-Tədqiqat baytarlıq İnstitutunda əmək fəaliyyətinə başlamış və hal-hazırkı vaxta qədər davam etdirir.

         S.Y.Bayramov 1994-cü ildə “Şərəf Nişanı” ordenli Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda qiyabi aspiranturaya daxil olmuşdur.

         1999-cu ildə “Quşların askaridiozuna qarşı dərman bitkilərinin və antihelmint preparatlar qarışığının tətbiqi”  adlı namizədlik dissertasiyasını müdafiə edərək “baytarlıq elmləri namizədi” alimlik dərəcəsini almışdır.

         1992-1995-ci illərdə kiçik elmi işçi, 1995-1999 –cu illərdə elmi işçi, 1999-2007-ci illərdə aparıcı elmi işçi, 2007-2015-ci illərdə AzETBİ-nin direktoru vəzifəsində işləmişdir. İki İnstitutun birləşməsi ilə əlaqədar olaraq 15 dekabr 2015-ci ildən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

         2018-ci ildə AAK tərəfindən dosent elmi adı verilmişdir.

         2007-ci ildən İnstitutda yaradılmış Yeni Azərbaycan Partiyasının sədridir.

         S.Bayramov 2 kitabın, 2 atlasın, 1 metodik vasitin, 5 tövsiyyənin, 1 patentin, Respublika və xaricdə nəşr olunmuş 110 elmi məqalənin müəllifidir.

         S.Y. Bayramov əmək fəaliyyəti ilə bərabər aspirantlara elmi rəhbərlik edir və hal-hazırda “Azərbaycanda ev toyuqlarının başlıca helmintozları və onlara qarşı yeni mübarizə tədbirləri” adlı doktorluq dissertasiyasını yekunlaşdırıb müdafiə ərəfəsindədir.

         S.Y.Bayramov  parazitologiya ixtisası üzrə bir çox elmi, texniki və müdafiə şuralarının üzvü olmuş və hal hazırda Azərbaycan Aqrar Elmi jurnalının redaksiya heyətinin üzvüdür.

         2005-ci ildən YAP-ın üzvü, 2008-ci ildən BETİ-nin “Baytarlıq Təbabəti” ərazi təşkilatının sədridir.

         Ailəlidir, 2 övladı var.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: