STRUKTUR

Elmi katib

          Tərcümeyi hal

 

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi, baytarlıq elmləri namizədi, dosent

 Məmmədova Sevinc Əlibaba qızı

29 mart 1965–ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1982-ci ildə orta təhsili başa vurmuşdur. 1983-cu ildə Azərbaycan Kənd Təsərrufatı İnstitutunun (indiki Azərbaycan Aqrar Universitetinin) Baytarlıq fakultəsinə daxil olmuş, 1988-ci ildə ali təhsili başa vurub baytar həkimi ixtisasına yiyələnmişdir.                O, 1989-cu ildən 1996-cı il tarixə qədər AzETBİ-nin helmintologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. S.Ə.Məmmədova 1996-cı ilin iyul ayında elmi tədqiqat işlərində topladığı təcrubəni və tapşırılan işin öhdəsindən layiqincə gəlməsini nəzərə alaraq elmi işçi vəzifəsinə keçirilmişdir. Elmə böyuk həvəsi olduğuna görə 1996-cı ildə istehsalatdan ayrılmamaqla institutun qiyabi aspiranturasına daxil olmuş,  2003-cu ildə isə  “Abşeronda ev toyuqlarında parazitlik edən eymeriyaların ekoloji - faunistik xususiyyətləri və profilaktikası”  adlı dissertasiya mudafiə edilərək  Ali Attestasiya Komissiyası tərəfindən 29 iyun 2004-cu il tarixdə təsdiq olunmuş və ona  biologiya elmləri namizədi alimlik dərəcəsi verilmisdir.

S.Ə.Məmmədova 31.08.2004-cu il tarixdən 11.07.2011-ci il tarixə qədər parazitologiya laboratoriyasında aparıcı elmi işçi vəzifəsində işləmişdir. O, 2011-ci ildən hal-hazıra qədər institutda elmi katib vəzifəsində işləyir.

Kənd Təsərrüfatı Nazirliyinin 22 dekabr 2011-ci il tarixli 345 saylı əmri ilə      S.Ə.Məmmədova  elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olunmuşdur.

S.Ə.Məmmədovaya  2018-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən “dosent” elmi adı verilmişdir.

S.Ə.Məmmədova  işlədiyi muddətdə özunu bilikli və bacarıqlı mutəxəssis kimi göstərir, icra etdiyi işin öhtəsindən layiqincə gəlir, uzərinə duşən vəzifənin məsuliyyətini daim hiss edir və bu muddət ərzində kollektivin dərin hörmətini qazanmışdır. O, gənc tədqiqatçılardan, dissertantlardan öz bilik və bacarıgını əsirgəməyir, onlara lazımı köməklik göstərir. 

S.Ə.Məmmədova hal hazırda 2 dissertanta rəhbərlik edir. Onun rəhbərliyi altında (26 yanvar 2018-ci il) 1 dissertant müdafiə etmişdir. O, 2011-ci ildən Dövlət İmtahan Mərkəzində ali məktəblərə qəbul və sınaq, orta məktəblərdə buraxılış imtahanlarında imtahan rəhbəri kimi fəaliyyət göstərir.

S.Ə.Məmmədova həmçinin institutun  ictimai işlərində də fəal iştirak edir. S.Ə.Məmmədova 70 -ə yaxın elmi məqalə və 2 tövsiyənin müəllifidir.

         Ailəlidir, 2 övladı, 2 nəvəsi var.

 

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: