STRUKTUR

Virusologiya şöbəsi

Vəhşi, ev və dekorativ heyvanların xəstəlikləri şöbəsi -     Vəhşi heyvanların bakteriya və virus  tərəfindən törədilən  xəstəliklərinin öyrənilməsi, onlara qarşı mualicə profalikatika tədbirlərinin işlənib hazırlanması.

                                                                  Ev, dekorativ və vəhşi heyvanların xəstəlikləri  şöbəsinin

                                                                                                      ƏSASNAMƏSİ

         1.Ümumi  müddəalar.

 1.1.  Ev, dekorativ və vəhşi  heyvanların  xəstəlikləri  şöbəsi  (bundan sonra –şöbə)  Azərbaycan  Respubilkası  Kənd  Təsərrüfatı  Nazirliyinin  (bundan sonra  -Nazirlik)  Baytarlıq  Elmi-Tədqiqat  İnstitutunun (bundan sonra- İnstitut)   struktur bölməsi  olmaqla 04. Sentyabr 2015-ci  il  87  saylı  əmri  ilə  yaradılmışdır.

1.2.Şöbə öz fəaliyyətində  Azərbaycan  Respubilkasının  Konstitutsiyasının  qanunlarını,  Azərbaycan  Respubilkası  Prezidentinin  fərman  və  sərəncamlarını, Azərbaycan  Respubilkası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını, Azərbaycan  Respubilkası   Kənd Təsərrüfatı Nazirinin  (bundan sonra-Nazir) əmrlərini, sərəncamlarını, qərarlarını (bundan sonra-təşkilatı-sərəncamverici sənədlər), Nazirliyin Kollegiya qərarlarını, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (bundan sonra-Mərkəz) əmrlərini, sərəncamlarını, İnstitutun Nizamnaməsini və digər normativ hüquqi aktları, institutun Elmi Şurasının qərarlarını, İnstitutun direktorunun (bundan sonra-Direktor) əmrlərini və bu əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini və hüquqlarını yerinə yetirərkən Nazirliyin və Mərkəzin struktur bölmələri, eləcə də  İnstitutun strukturuna  daxil olan qurumlarla əlaqədə fəaliyyət göstərir.

         2. Şöbənin vəzifələri.

2.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. Şöbə öz fəaliyyətini institutun strukturuna daxil olan bütün bölmələri, Mərkəzin digər tədqiqat müəssisələri və AMEA-nın uyğun elmi-tədqiqat müəssisələri ilə tədqiqat istiqamətli əlaqə qurur;

2.1.2. Şöbə elmi-tədqiqat işlərinin mövzu planlarını, iş məramnəmələrini, təqvim planlarını institutun elmi işlər üzrə direktor müavini, elmi katiblə birlikdə təhlil edir və təsdiq üçün hazırlayır;

2.1.3. Şöbə mövzu planına  əsasən “Azərbaycanın müxtəlif iqlim zonalarından alınmış quduzluq virusu ştammlarının bioloji xüsusiyyətlərini”, bundan başqa Respublika ərazisində ev, dekorativ və vəhşi heyvanlar arasında baş verə bilən  insanlar üçün də təhlükəli olan tuberkulyoz, brusellyoz, qara yara, listerioz, quş qripi və ornitoz zamanı kliniki, patomorfoloji, götürülən patmateriallarda  laborator müayinələri aparmalı və onlara qarşı profilaktiki, eləcə də baytarlıq sanitariya tədbirlərini təşkil edərək, insan orqanizmi üçün zərərli olan formaldehid, yeyici natrium qələvisi və digər dezinfeksiya maddələrinin köməyi ilə infeksiya mənbəyinin ləğvinə nail olmalıdırlar;

2.1.4.  Şöbə elmi fəaliyyəti ilə bağlı yarımillik, illik və başa çatmış elmi-tədqiqat işlərinə dair hesabatlarının tərtibatı və təhlilini həyata keçirmək, müzakirə üçün rəhbərliyə təqdim etmək;

2.1.5.Baytarlıq elminin problemlərinə dair təşkil edilmiş elmi konfransların, seminarların, sərgilərin işində iştirak etmək;

2.1.6. Şöbəyə daxil olan elmi məqalələrə, tövsiyələrə, iş məramnamələrinə, dissertasiyaların avtoreferatlarına, dissertasiya işlərinə rəy  hazırlamaq;

2.1.7.Şöbənin mövzu planına uyğun olaraq elmi-tədqiqat işlərini, eləcə də patoloji materiallarla davranışı biomühafizə və biotəhlükəsizlik qaydalarına uyğun icra etmək;

2.1.8. Şöbəyə daxil olan sənədlərin qeydiyyatı və saxlanmasını təşkil etmək.

2.1.9. Dövlət Baytarlıq Nəzarəti Xidmətini narahat edən xəstəliklərlə əlaqədar olaraq təsərrüfatlarda, bölgələrdə ev, dekorativ və vəhşi heyvanlar arasında xəstəliklərin baş verməsi  səbəblərini müəyyən edib tədbir görülməsi üçün əməli köməklik göstərmək.

             3. Şöbənin funksiyaları

3.1. Şöbə bu əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

3.1.1. Baytarlığın aktual məsələlərinə dair elmi yeniliklər işləmək və inkişaf etdirmək;

3.1.2.Ev, dekorativ və vəhşi heyvanların xəstəliklərinə qarşı yeni vasitələr tətbiq etmək üçün elmi axtarışlar aparmaq, elmin nailiyyətlərini və qabaqcıl təcrübəni istehsalata tətbiq etmək;

3.1.3.Heyvandarlara və baytar mütəxəssislərinə  elmi-metodik köməklik göstərmək;

3.1.4. Respublika ərazisində ev, dekorativ və vəhşi heyvanlar arasında ilk dəfə , yaxud nadir hallarda müşahidə olunan xəstəliklərin  diaqnostikası, müalicə-profilaktikası üzrə tədqiqatlar aparmaq, tövsiyələr vermək;

3.1.5. Tədqiqatlar zamanı patoloji materiallarda xəstəlik törədicilərini ayıraraq onların biomühafizə və biotəhlükəsizlik qaydalarına uyğun şəkildə saxlamaq;

3.1.6. Direktorla bağlanmış əmək müqavilələrindən irəli gələn öhdəlikləri, elmi-tədqiqat işlərini vaxtında və yüksək səviyyədə yerinə yetirmək.

           4. Şöbənin hüquqları

4.1. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1.Şöbə icra etdiyi mövzularla əlaqədar olan elmi-tədqiqat işlərinin, aparılan təcrübələrin nəticələrinin hesabatlarını vaxtında rəhbərliyə təqdim etmək;

4.1.2.Şöbənin fəaliyyəti istiqamətinə uyğun olaraq müvafiq rəy, təhlil və ümumiləşdirmə aparmaq, müzakirə olunan məsələlərə dair təkliflər vermək;

4.1.3. Nazirlik, İnstitut tərəfindən yaradılmış komissiyalarda, işçi qruplarda, fəaliyyət istiqamətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə iştirak etmək;

4.1.4. İnstitutun fəaliyyəti istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

          5. Şöbənin fəaliyyətinin təşkili

5.1.Şöbənin strukturu və ştat vahidlərinin  miqdarı Nazir tərəfindən təsdiq edilir;

5.2. Şöbəyə rəhbərlik üçün müdir direktor tərəfindən təyin edilir və azad edilir;

5.3. Şöbə müdir:

5.3.1. Şöbənin işinin təşkilinə, onun vəzifə və hüquqlarının yerinə yetirilməsinə şəxsən məsuliyyət daşıyır;

5.3.2.  Şöbənin əməkdaşlarının xidməti fəaliyyətinə dair məlumatlar hazırlayaraq direktora təqdim edilir;

5.3.3. Şöbənin funksiyalarına dair məsələləri həll edir. Şöbənin əməkdaşları arasında iş bölgüsünü aparır və onların fəaliyyətini əlaqələndirir;

5.3.4. Şöbənin işini təşkil edir və onun fəaliyyəti barədə, yarımillik, illik hesabatların hazırlanmasını təmin edir;

5.3.5. Şöbənin əməkdaşlarının əmək və icra intizamına əməl etmələrinə nəzarət edir;

5.3.6. Şöbənin işçilərinin mükafatlandırılması və ya barələrində intizam tənbeh tədbirləri görülməsi üçün direktora təkliflər verir;

5.3.7.  Qanunvericiliyə uyğun olaraq digər huquqlardan istifadə edir.

5.3.8. Şöbənin digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilir.

5.3.9.Şöbə öz işini institutun digər şöbələri ilə əlaqəli olaraq həyata keçirir;

5.3.10.Şöbənin hər bir əməkdaşı ona məlum olan dövlət sirri, yaxud xidmət sirri təşkil edən məlumatların mühafizəsinə görə öz vəzifəsinə və səlahiyyətinə görə məsuliyyət daşıyır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: