STRUKTUR

Quş xəstəlikləri şöbəsi

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin elmi  əməkdaşları haqqında məlumat

 

1. Arif  Rəhim oğlu Əsgərov- şöbənin müdiri, bayt.ü.f.d                                               

2. Sahib Baba oğlu Abbasov- aparıcı elmi işçi, bayt.ü.f.d.                                         

3. Mirzəmməd Murtuz oğlu Həsənov - aparıcı elmi işçi, K.T.ü.f.d.                    

4. Nurəddin Güllər oğlu Quliyev- böyük elmi işçi                                                               

5.. Ülviyyə Ramis qızı Səmədova- elmi işçi                                                                        

6. Eminağa Elxan oğlu Axundov- böyük laborant                                               

7. Sevinc Əli qızı Zeynalova- laborant

 

          2016-2020-ci illərdə şöbədə icra edilən mövzunun adı: “Müasir quşçuluq təsərrüfatlarında quşların kolibakteriozunun və salmonelyozunun epizootik vəziyyətinin öyrənilməsi və yeni profilaktiki tədbirlərinin işlənib hazırlanması” 

 Növbəti 5 illikdə “Quşçuluq təsərrüfatında qarışıq infeksiyalara (pasterelyoz, kolibakterioz) qarşı yeni profilaktika tədbirlərinin hazırlanması və tətbiqi” mövzusu icra olunması nəzərdə tutulur.

 

 

               Şöbənin müdiri:                                           A.R.Əsgərov

 

 

Quş xəstəlikləri şöbəsi -      Quşların bakteriya, virus və göbələklər  tərəfindən törədilən  xəstəliklərinin öyrənilməsiHeyvan məhsullarının, diaqnostika məqsədi ilə götürülmüş bioloji nümunələrin kimyəvi,  biokimyəvi  və toksikoloji  analizləri və tədqiqat nəticələrinin əsasında metodik göstərişlərin, ekspertiza və rəylərin hazırlanması, yem və yem əlavələrinnin kimyəvi tərkibinin öyrənilməsi və onlarıın kəmiyyət və keyfiyyət analizləri, kimyəvi mənşəli baytarlıq preparatların sınağı, ekspertizası və aprobasiyası, dopinq testləri.

                                                                     

 

   Quş xəstəlikləri şöbəsinin

   ƏSASNAMƏSİ

     1.Ümumi müddəalar

1.1. Quş xəstəliklləri şöbəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin  Baytarlıq Elmi Tədqiqat İnstitutu struktur bölməsi olmaqla Nazirliyin 04 sentyabr 2015-ci il tarixli 87 nömrəli əmri ilə yaradılmışdır.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası Əmək Məcəlləsini, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikasının  fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  qərar və sərəncamlarını, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri təşkilatı-sərəncamverici qərarının sənədləri, Nazirliyin kollegiya qərarlarını, “Aqrar Elm, İnformasiya Məsləhət Mərkəzi və Baytarlıq Elmi Tədqiqat İnstitutu haqqında Nizamnamə” nivə digər normativ hüquqi aktları, BETİ-nin Elmi şurasının qərarlarını, direktorun əmrləri və bu Əsasnaməni rəhbər tutur;

1.3. Quş xəstəlikləri şöbəsi öz vəzifəsini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin, Aqrar Elm Mərkəzi aparatının strukur bölmələri və BETİ-nin bütün şöbələri ilə qarşılıqlı əlaqəli fəaliyyət göstərir.

     2. Şöbənin vəzifələri

2.1. Müasir quşçuluq təsərrüfatlarında quşların infeksion xəstəliklərinin epizootik vəziyyətinin öyrənilməsi.

2.2.Quşların infeksion xəstəliklərinin yoluxma mənbəyinin təyin edilməsi.

2.3. İnkubasiya qalıqlarının, yemlərin və ölmüş quşların patoloji materiallarının bakterioloji və seroloji müayinəsi.

2.4. Quşların infeksion xəstəliklərinin  törədicilərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi.

2.5. Quşlarda aşkar edilən infeksion xəstəliklərinin ləğv edilməsi və profilaktikası üçün yeni dezinfeksiya və müalicəvi preparatların öyrənilməsi və tətbiqi.

2.6.Quşların infeksion xəstəliklərinin törədicilərinin dərman maddələrinə həssaslığının öyrənilməsi.

2.7.O və H aqulitinasiyaedici serrumlarının köməyi ilə kulturalarının identifikasiyası.

2.8. Quşların infeksion xəstəliklərinin profilaktikası və müalicəsində antibiotik təsirli bitkilərin sınaqdan keçirilməsi.

2.9.Quşların infeksion xəstəliklərinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi, səmərəli profilaktikanın hazırlanması və tətbiqi.

    3. Şöbənin funksiyaları

Şöbə institun elmi şurası ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

3.1. Şöbənin elmi işinin əsas istiqaməti “ Müasir quşçuluq təsərrüfatlarında quşların infeksion xəstəliklərinin epizootik vəziyyətinin öyrənilməsi və yeni profilaktiki tədbirlərin işlənib hazırlanması ”  mövzusunun yerinə yetirilməsini təmin etməkdir.

3.2. Həmin istiqamətə aid bütün məsələləri həm təsərrüfatda həm də laboratoriyada hərtərəfli öyrnənilməsini təmin etməkdir.

3.3. Quş xəstəlikləri üzrə araşdırmalar və tədqiqat işlərinin aparılmasında və iş prosesində qarşıya çıxan məsələlərin müdriyyətlə birgə həllində aparıcı rol oynayır.

3.4. İş əsnasında lazım olan bütün reaktivlərin, dərman maddələrinin, avadanlıqların əldə olunmasına və tətbiqinə rəhbərlik etməkdir.

    4. Şöbənin hüquqları

4.1. Şöbə öz funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir.

4.2. Elmi-tədqiqat işlərinin gedişi zamanı işə mane olacaq neqativ hallar baş verdikdə İnstitutun rəhbərliyi qarşısında müvafiq təkliflər qaldırır.

4.3. Şöbənin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər və ümumiləşdirmələr aparır, müzakirə olunan məsələlər barədə təkliflər verir.

4.4 Elmi-tədqiqat işləri zamanı istifadə olunan avadanlığın və müxtəlif aparatların texniki sazlığının qorunub saxlanmasına nəzarət edir, istismar müddəti qurtarmış, təmiri mümkün olmayan əsas vəsaitlərin silinməsi haqqında akta rəy təqdim edir.

4.5. şöbənin funksiyalarına aid edilmiş məsələlərlə bağlı müxtəlif təsərrüfat-idarə və elmi müzakirələrdə şöbəni təmsil edir və onun hüquq və qanuni mənafelərini müdafiə edir.

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və ştat vahidlərinin  sayı Nazir tərəfindən təsdiq edilir:

5.2.Şöbəyə İnstitutun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan şöbə müdiri rəhbərlik edir.

5.3. Şöbə müdiri:

5.3.1. Şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üşün şəxsən məsuliyyət daşıyır;

5.3.2. Şöbənin əməkdaşlarının xidməti fəaliyyəti haqqında məlumatlar hazırlayır və İnstitutun rəhbərinə təqdim edir;

5.3.3. Şöbənin funksiyalarına aid məsələlərin həllini təmin edir və şöbədə çalışan işçilər arasında vəzifə bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir;

5.3.4. Şöbənin işini təşkil edir və şöbənin fəaliyyəti barədə rüblük, yarımillik və illik hesabatların hazırlanmasını təmin edir.

5.3.5. Nazirliyin və İnstitutun rəhbərliyinin tapşırıqları şöbənin səlahiyyətləri çərçivəsində yerinə yetirilir.

5.3.6. Şöbədə çalışan işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;

5.3.7. Şöbədə çalışan işçilərin mükafatlandırılması və ya bərələrində intizam tənbehi görülməsi üçün İnstitutun direktoruna təkliflər verir;

5.3.8. Qanunvericiliyə uyğun olaraq digər hüquqlardan istifadə edir;

5.4. şöbənin işçiləri direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

5.5. Şöbənin hər bir əməkdaşı ona məlum olan və digər dövlət sirri, yaxud sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun fəaliyyət daşıyır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: