Az.BETİ-nin
“Yoluxmayan xəstəliklər və baytarlıq sanitariya “ şöbəsi haqqında
Məlumat
Şöbə 1937-ci ildə ilk dəfə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq stansiyası nəzdində təşkil edilmişdir.
1954-cü ildən institutun sanitar-gigiyena şöbəsi klinik şöbə adlandırılmışdır.
1957-ci ildə isə klinik şöbə zoogigiyena və yoluxmayan xətəliklər şöbəsi adlandırılmışdır.
Hazırda şöbə “ Yoluxmayan xəstəliklər və baytarlıq sanitariya” adlanır. Şöbənin əməkdaşları aşağıdakılardan ibarətdir:
- Məmmədli Əşrəf Teymur oğlu, bayt.ü.f.doktoru- müdir.
- Bağırov Yusif Tağı oğlu , bayt.ü.f.doktoru- aparıcı elmi işçi.
- Məmmədov Rafiq Cəmil oğlu, bayt.ü.f.doktoru- aparıcı elmi işçi.
- Ağaxanova Asya Şərif qızı- kiçik elmi işçi.
- Əzizova Kamilə Bahadur qızı- laborant.
- Əlişova Şəlalə Sarı qızı- böyük laborant.
Qeyd : Mövzuların daha keyfiyyətli və ətraflı icrası üçün ştat vahidinin artırılması məqsədə uyğun hesab edilməlidir.
Şöbədə hazırda 2 sanballı mövzu:
1) “ Müasir heyvandarlıqda boğaz inək və düyələrin saxlanmasının , yemlənməsinin sanitar qiymətləndirilməsi və onun yaxşılaşdırılması yolları ”.
2) “ İnəklərin metrit xəstəlikləri və onların yeni müalicə-profilaktikasının işlənib hazırlanması və tədbiqi ”.
Aparılan tədqiqatlar, təcrübələr və müşahidələr nəticəsində 2 tövsiyə:
1) “ Boğaz inək və düyələrin saxlanma və yemləndirilməsinin sanitariyası “
2) “ Yeni doğulmuş buzovların bəslənmə-yetişdirmə qaydaları və baş verə biləcək xəstəliklərlə mübarizə tədbirləri “ hazırlanmış və təsdiq üçün Elmi Şuraya təqdim olunmuşdur.
Eyni zamanda “ İnəklərdə mastit xəstəlikləri və onların müalicə-profilaktikası “ adlı tövsiyə hazırlanır və onun təsərrüfat şəraitində sınaqdan çıxarılması və tətbiq olunması davam etdirilir.
Gələcəkdə şöbədə daha geniş yayılmış və ciddi iqtisadi ziyan vuran “İribuynuzlu heyvanların dırnaq xəstəliklərinin müalicə-profilaktikasının ” öyrənilməsi nəzərdə tutulur.
Şöbə müdiri bayt.ü.f.doktoru: Əşrəf Məmmədli 25.06.2019