STRUKTUR

Baytarlıq sanitariyası və yoluxmayan xəstəliklər şöbəsi

Yoluxmayan xəstəliklər və baytarlıq ekspertiza şöbəsi 

Şöbə 1937-ci ildə ilk dəfə olaraq, Azərbaycan Elmi-tədqiqat Baytarlıq stansiyası bazasında təşkil olunmuşdur.Şöbənin əsas istiqaməti respublikanın heyvandarlıq “Aqrokompleks ”lərində və kəndli-fermer təsərrüfatlarında müxtəlif növ heyvan və quşlar arasında ciddi iqtisadi ziyan vuran yoluxmayan xəstəlikləri müəyyən etməkdən, onların patogenezini və əmələgəlmə səbəblərini araşdırmaqdan , müalicə proflaktika tədbirlərinin elmi əsaslarla hazırlanmasından ibarətdir. Eyni zamanda heyvandarlıq təsərrüfatlarında və obyektlərində sanitar-gigiyenik qaydaların işlənib hazırlanması və tətbiq edilməsinə dair elmi tədqiqat işləri həyata keçirir. Şöbənin fəaliyyətində yoluxmayan xəstəliklərin proqnozlaşdırılması da əsas məsələlərdən biridir.

Hazırda şöbədə Ə.T.Məmmədlinin rəhbərliyi altına 2 mövzu icra olunur.

“Müasir heyvandarlıqda boğaz inək və düyələrinn saxlanma və yemləndirilməsinin sanitar qiymətləndirilməsi və onların yaxşılaşdırılması yolları”

“ İnəklərin metrit xəstəliklərinə onlara qarşı yeni müalicə-profilaktikanın işlənib hazırlanması və tətbiqi”

Şöbədə 7 nəfər əməkdaş çalışır: müdir, 2 aparıcı elmi işçi, 2 kiçik elmi işçi, 1 böyük laborant və 1 laborant.

                                                  Baytarlıq  Sanitariyası  və  yoluxmayan  xəstəliklər   şöbəsinin

                                                                                              Əsasnaməsi

     1.Ümumi müddəalar

1.1  Baytarlıq Sanitariyası və yoluxmayan xəstəlikər laboratoriyası  Azərbaycan Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  Aqrar  Elm  və  İnformasiya  Məsləhət  mərkəzinin  tabeçiliyində  olan  Azərbaycan  Baytarlıq  Elmi-Tədqiqat İnstitutunun  struktur  bölməsidir.

1.2   Şöbə öz  iş fəaliyyətində  Azərbaycan  Respublikası Kənd  Təsərrüfatı  Nazirinin əmrlərini, sərəncamlarını, qərarlarını ,Nazirliyin Kollegiya  qərarlarını  “Aqrar Elm  və  İnformasiya Məsləhət  mərkəzi  haqqında  Nizamnaməni,  Mərkəzin  Baş  direktorunun  əmrlərini, Az.BETİ-nin  Nizamnaməni  və  bu Əsasnaməni əsas  tutur.

1.3   Şöbə  öz  vəzifəsini   yerinə  yetirərkən  və  hüquqlarını  həyata  keçirərkən  İnstitutun  digər  bölmələri  ilə  əməkdaşlıq fəaliiyətləri göstərir. 

     2. Şöbənin  vəzifələri

2.1   Şöbə  bu Əsasnaməyə uyğun olaraq  müəyyən edilmiş  aşağıdakı  vəzifələri  yerinə  yetirir:

2.1.1 Şöbədə  icra olunacaq  mövzuların  aktuallığını  araşdırmaq,  təhlil etmək,  iş proqrqmını  təstiq  etmək  və təstiqi üçün  institutun  elmi  hissəsinə  təqdim  etmək,

2.1.2  Tədqiqat işlərinin  nəzəri  və  praktik  cəhətdən  əhəmiyyətini  nəzərə  alaraq  uyğun  proflaktik  Elmi  Tədqiqat  İnstitutları   və İnstitut daxili  bölmələrlə  əməkdaşlıq-əaqələndirmə  işləri  həyata  keçirmək;

2.1.3  Elmi-Tədqiqat və Təcrübə  işlərini  uğurla yerinə  yetirmək  üçün  Respublikanın  müxtəlif  təbii-coğrafi  iqlim  zonalarında münasib  heyvandarlıq  təsərrüfatları  seçmək;

2.1.4  Təqvim  planına  uyğun olaraq  mövzu  icraçılarının  ezamiyyə  getmələrinə  ,baktereoloji,mikoloji və toksikoloji  müayinələrin  həyata  keçirilməsinə nəzarət  etmək;

2.1.5 Şöbədə  fiziki-kimyəvi,toksikoloji   və bir sıra biokimyəvi  müaynəərin aparılması  üçün  reaktivlərin  alınmasını təmin  etmək;

2.1.6  Müayinə üçün əldə  edilmiş  zəhərli  və  zərərli  reaktivlərin  saxlanılmasını  və istifadə ediməsini  ciddi nəzarətə  götürmək ;

2.1.7 Şöbədə iş proqrqmına və təqvim planına uyğun olaraq  yarım illik  və illik  hesabatların  hazırlanması,  təhlil  edilməsi  və elmi  hissəyə təqdim  edilməsini  təmin etmək.

2.1.8 Mövzu  planının  müvəffəqiyyətlə  yerinə yetirilməsini  və  səmərəli  nəticələrin  alınması  üçün müasir  metodlardan və  internet  məlumatlardan  rasional  istifadə etmək ;

2.1.9 Şöbə əməkdaşlarının elmi  konfranslarda, simpoziumlarda, seminar  və müsabiqələrdə  iştirakını təşkil etmək ;

2.1.10. İcrası  başa  çatmş mövzulardan alınan nəticələrə  dair  məqalələr, tövsiyələr, metodiki  göstərişlər  və vəsaitlər  hazırlayıb  elmi  hissəyə  təqdim  etmək ;

2.1.11  Respubliıkada  mövcud  olan  bir  sıra  elmi  layihələrdə  iştirak  etmək  və  elmi  nailiyyətləri, qabaqcıl  təcrübələri  tətbiq etmək üçün  heyvandarlıq  təsərrüfatları ilə müqavilə  bağlamaq ;

2.1.12  Şöbənin iş planına uyğun olaraq  onun  fəaliyyəti ilə əlaqədar  dövrü arayışlar  və  hesabatlar  hazırlayıb  elmi  hissəyə təqdim etmək;

2.1.13  Şöbənin fəaliyəti istiqamətində  bir sıra  təsərrüfat-təşkilat  işlərini  yerinə yetirmək.

     3. Şöbənin funksiyaları

3.1 Şöbə bu əsasnaməyə  uyğun  olaraq,  aşağıdakı  funksiyaları  həyata  keçirir;

3.1.1 Baytarlıq  və  heyvandarlıq  üzrə  aparılaraq  tədqiqatların   prioritet  istiqamətlərini  mövzu  planlarına uyğun olaraq   müəyyənləşdirmək;

3.1.2 Tədqiqat  mövzularının həyata  keçirilməsini  uyğun  elmi-tədqiqat   və  ali  təhsil  müəssisələrilə  koordinasiyasını  təşkil  etmək;

3.1.3  İnstitutun  strukturna  daxil  olan  qurumlar  tərəfindən  hazırlanmış  mövzu planını elmi  araşdırmaq, təhlil  etmək  tədqiqatların  koordinasiyası  ilə əlaqədar  olaraq  səmərəli  təkilflər  vermək;

3.1.4  Heyvandarlıgı   çox  narahat  edən  xəstəliklərə  qarşı  elmi  əsaslara  söykənən  mübarizə  tədbirlərinin  mövzu planına  daxil  etməyi  təyin  etməli;

3.1.5 Şöbədə  mövzuların  icrası  ilə  məşğul olan  əməkdaşlar  vaxtaşırı  elmi-tədqiqat  və  təsərrüfat  fəaliyyətləri ilə  bağlı  məlumatları   təhlil  etməli  və ümumiləşdirib müdirə təqdim etməli;

3.1.6 Vaxtaşırı respublikanın heyvandarlıq təsərrüfatlarında olub baytarlıq-sanitariya  və  müalicə-profilaktika  tədbirlərinin  təşkilində  və  tətbiqində  iştirak  etmək ;

3.1.7  Şöbəyə  daxil  olan  tövsiyyələri, metodiki  göstərişləri, dissertasiyaları, avtorefaratları, layihə  və təklifləri  araşdırıb, təhlil edib, müvafiq  rəy  və  təkliflər  vermək;

3.1.8  Şöbədə  elmi  əməkdaşların  fəaliyyəti  və  mövzuların  icrası ilə  bağlı  qarşıya  çıxan  problemlərin  həlli  istiqamətində  institutun  rəhbərliyinə  məlumat  vermək;

3.1.9  Elmi- tədqiqatların  daha  səmərəli və yüksək  səviyyədə  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq  qabaqcıl  xarici  ölkələrin  faydalı  təcrübələrini öyrənmək  və  bu  sahədə  tədqiqat  işlərini  təkmilləşdirmək  istiqamətində  təklif  vermək;

3.1.10  Şöbənin fəaliyyət  dairəsinə uyğun  olaraq, nizamnamədə  nəzərdə  tutulmuş  digər  funksiyaları  da həyata  keçirmək;

    4. Şöbənin  hüquqları

4.1  Şöbə  öz  vəzifəsini yerinə  yetirmək  üçün  aşağıda  göstərilən  hüquqlara  malikdir;

4.1.1  Şöbənin  strukturuna  uyğun  olaraq  elmi  əməkdaşların  mövzu  və  təqvim  planının  yerinə  yetirilməsi  istiqamətində, təcrübələrin  həyata  keçirilməsinə  və səmərəli  nəticələrin  alınmasına, hesabatların vaxtında  hazırlanıb  verilməsinə  nəzarət  etmək;

4.1.2  Şöbənin  mövcud  vəziyyəti  və  ayrı-ayrı  əməkdaşların  emi və  təsərrüfat  fəaliyyəti  barədə  vaxtaşırı  rəhbərliyə  məlumat  vermək;

4.1.3 Şöbədə  qarşıya  çıxan  məsələlərlə   bağlı  rəhbərliyə  müraciətlər  və  sorğular  ünvanlanaraq , onlardan  müvafiq  məlumatlar  almaq;

4.1.4  Şöbənin  mövzu  icraçılarının  hər  birinin  elmi-istehsalat  fəaliyyətini  araşdırmaq , təhlil  etmək  və  nəticələri  barədə  məlumat  vermək;

4.1.5 İnstitututun  ayrı –ayrı  ictimai  təşkilatlarında ,  elmi  və metodiki  şuralarda , komissiyalarında  və  işçi  qruplarında  bu  və  ya  digər  məsələnin  müzakirəsində  iştirak  etmək ;

     5.Şöbənin  fəaliyyətinin  təşkili

5.1 Şöbənin strukturu və ştat  vahidlərinin sayı Kənd  Təsərrüfatı Naziri  tərəfindən  təsdiq  edilir;

5.2 Şöbəyə  Aqrar  Elm və İnformasiya Məsəhət Mərkəzinin nəzarəti ilə   institutun  Müsabiqə Komisiyyasında  səs  çoxluğu qazanmış mütəxəssis  rəhbərlik edir;

5.3  Şöbə  müdiri:

5.3.1  Şöbənin  elmi-tədqiqat  və  təşkilat  işinin  təşkili, şöbəyə  həvalə  olunmuş  məsələlərin  yerinə  yetirilməsi və  öz  hüquqlarının  həyata  keçirilməsi üçün məsuliyyət  daşıyır;

5.3.2 Şöbənin  əməkdaşlarının  elmi-istehsalat  fəaliyyətləri  haqqında  məlumatlar  toplayaraq   lazım  gəldikdə  rəhbərliyə  təqdim edir.

5.3.3  Şöbənin  funksiyalarına  dair  məsələlərin  həllini  təşkil  edir , əməkdaşlar  arasında vəzifə  bölgüsü  aparır,  onların  fəaliyyətinə nəzarət  edir  və əlaqələndirir.

5.3.4  Şöbənin  elmi  təcrübə  və  təsərrüfat  işlərini  təşkil  edir, şöbənin  fəaliyyəti  haqqında  yarımillik  və illik  hesabatların  hazırlanmasını  təmin  edir ;

5.3.5  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin, AEİMM-nin və  İnstitutun  rəhbərliyinin  sərəncam  və  tapşırıqlarını  şöbənin  səlahiyyətləri  və  fəaliyyəti  çərçivəsində  yerinə  yetirilməsini  təyin  edir;

5.3.6 Şöbədə  çalışan  elmi  və  texniki  işçilərin  (əməkdaşların)  əmək  və  icra  intizamına  riayət  etmələrinə  nəzarət  edir;

5.3.7 Şöbədə  işləyən  əməkdaşların  mükafatlandırılması  və  tənbeh  edilməsi  barədə  müvafiq  tədbirlər  görülməsi  üçün  institut  rəhbərliyinə  təkliflər  veri;

5.3.8  İnstitutun  Nizamnaməsinə  və  qanunvericiliyə  uyğun olara  digər  hüquqlardan  istifadə  edir;

5.4  Şöbənin digər  əməkdaşları  müsabiqə  qaydaları  əsasında  işə qəbul  edilir;

5.5  Şöbənin  hər  bir  əməkdaşı  ona  məlum  olan  və  dövlət  sirri  və ya  xidməti  sirri  təşkil edən  məlumatların  mühafizə  olunmasına  görə öz  vəzifəsinə  uyğun olaraq  məsuliyyət  daşıyır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: