ƏMƏKDAŞLIQ

ISO 9001:2015

      

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Keyfiyyətli idarəetmə siyasəti

 

 

 

Sənəd №                    BETİ/KİS/S

Yoxlama №:

Yazılma tarixi:           01.03.2021

Səhifə №                    1/1


Baytarlıq sahəsində elmi-tədqiqatların aparılması, mütəxəssislərin hazırlanması və onların ixtisaslarının artırılması,  elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş yeni baytarlıq preparatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada aprobasiyasının keçirilməsi istiqamətində standartların tələblərinə cavab verən keyfiyyətli xidmətlərın təmin edilməsi; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun keyfiyyət sahəsində fəaliyyəti:

  • İnstıtutda qüvvədə olan Keyfiyyəti idarəetmə sisteminin ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” beynəlxalq standartının tələblərinə uyğun olaraq daim təkmilləşdirilməsi;
  • İnstitutda xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması;
  • Keyfiyyət sahəsində siyasətin daimi yararlılığın təhlili;
  • İnstitutun fəaliyyətini əks edən maliyyə göstəriciləri sisteminin tətbiq edilməsi;
  • İnstitutun bütün işçilərinin bilik səviyyələrinin və peşə ixtisaslarının fasiləsiz artırılması;
  • İnstitutun hər bir əməkdaşının öz iş metodunun keyfiyyətinə və təkmilləşdirilməsinə məsuliyyətli yanaşması;
  • Keyfiyyət sahəsində siyasətin İnstitutun məqsədləri ilə vəhdət təşkil etməsi;
  • İnstitutun keyfiyyət sahəsində siyasəti barədə bütün əməkdaşların məlumatlandırılması;

       Keyfiyyət sahəsində İnstitutun keyfiyyətli idarəetmə sisteminin əhatə dairəsi üzrə öhdəlikləri:

  • Xidmətlərin yaxşılaşdırılması, onların keyfiyyətinin artırılması, təkmilləşdirilməsi;
  • Xidmətlərinin tətbiq edilməsi və keyfiyyətinə nəzarət üsullarının inkişaf etdirilməsi;
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar tələb olunan tədbirləri vaxtında həyata keçirmək və sənədləşdirmədə müvafiq düzəlişlər aparmaq;
  • Xidmətlərin hazırlanmasında keyfiyyətin artırılmasına kömək edən texniki yeniliklərdən və aparıcı texnologiyalardan istifadə edilməsi;
  • Baytarlıq sahəsində mövcud və potensial ehtiyaclarının daim öyrənilməsi və təkmilləşdirilməsi.

      Keyfiyyət sahəsində müştərilərimiz, partnyorlarımız və cəmiyyət qarşısında öhdəliklər:

  • Baytarlıq sahəsində əhalinin maarifləndirilməsi, ehtiyaclarının ciddi təhlil edilməsi və həmin ehtiyaclara görə təklifinin təqdim edilməsi;
  • İnstitutun keyfiyyətli idarəetmə sisteminin əhatə dairəsi ilə əlaqədar suallara operativ cavab verilməsi, onların fəaliyyətimizdə istifadə edə bilmələrinin təşkil edilməsi və yaranan problemlərin vaxtında həll edilməsi;
  • Fəaliyyətimizin müəyyən edilmiş tələblərə uyğun olmasının təmin edilməsi.

Qeyd: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun keyfiyyət sahəsində siyasəti İnstitutun saytında və sosial şəbəkəsində yerləşdirilməli və bütün işçilər tanış edilməlidir.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: