ƏMƏKDAŞLIQ

Beynəlxalq əməkdaşlıq

BEYNƏLXALQ ƏLAQƏLƏR

 İnformasiya təminatını günün tələblərinə uyqunlaşdırmaq üçün yerli və beynəlxalq elmi mərkəzlər, müvafiq tədqiqat və tədris müəssisələri ilə  geniş elmi əməkdaşlıq əlaqələri yaradılır. Baytarlıq ET İnstitutunun rəhbərliyi başda olmaqla  elmi əməkdaşları elmi problemlərin müzakirəsinə və elmi-tədqiqat işlərinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş konfranslara, müşavirələrə, konqreslərə, simpoziumlara  və seminarlara qatılır və təqdimatlarla cıxışlar edirlər. Elmi nailiyyətlər, yeniliklər və qabaqcıl təcrübələr mətbuatda və digər kütləvi informasiya vasitələrində işıqlandırılır. Elmi tədqiqatların nəticələri, elmi əsərlər, monoqrafiyalar, jurnallar, toplular, məcmuələr, tövsiyələr  kənd təsərrüfatı məhsul istehsalcılarına çatdırılır.

 İnstitutun elmi fəaliyyəti, əməkdaşlarının apardıqları  tədqiqatları işıqlandırmaq məqsədi ilə fotoşəkillər  çəkilir,  elmi nəşrlər üçün materiallar hazırlanır.

Baytarlıq ET İnstitutunun rəhbərliyi, kollektivlə birgə kənd təssərrüfatı və aqrar sahənin inkişafı üçün səylərini durmadan ildən ilə artırır, qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq beynəlxalq aləmə inteqrasiya prosesini davamlı olaraq həyata keçirirlər. İnstitutun əməkdaşlarında adları  aşağıda qeyd olunanlar xarici dövlətlərə ezam olunmuşlar:

T.Əliyeva Fransa Respublikasının Paris şəhərində 21 - 28 mart   2017-ci  il tarixlərində  “Azərbaycan Epidemioloji  Nəzarət Sisteminin  Gücləndirilməsində  Dövlət Baytarlıq Nəzarəti Xidmətinə Dəstək” Tvininq layihəsi çərçivəsində  keçirilmiş tədbirdə, 21 - 27 may   2017-ci  il tarixlərində isə  Ümumdünya Heyvan Sağlamlığı  Təşkilatı dünya Nümayəndələr Assambleyasının 85-ci illik Baş Sessiyasında  iştirak etmişdir.

T. Əliyeva 19 - 23 iyun   2017-ci  il tarixlərində  Gürcüstanın  Tbilisi şəhərində “Dabaq xəstəliyi  riskinin idarə edilməsi” mövzusunda keçirilmiş seminarda iştirak etmişdir.  

Eləcə də, institutun əməkdaşları Hüseynova Ü., Yusifova K., Süleymanova Ç., Abdullayev A. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşavirliyinin 008/17 saylı 27.03.2017- ci il tarixli məktubu, NK Aparatının 31.03.2017 ci il tarixli 17/1429-15 saylı məktubu əsasında  Çin Xalq Respublikasında 3 həftəlik seminarda iştirak etmişlər və səfər barədə ətraflı hesabat təqdim etmişlər.

K.Yusifova Cənubi -  Qafqaz   Regional Proqram çərçivəsində Tətbiqi Epidemiologiya və Laboratoriya üzrə tam kursu bitirmiş, beynəlxalq sertifikat almışdır.

Bioloji preparatların keyfiyyətinə nəzarət şöbəsinin müdiri M.Abdullayev ABŞ-ın Azərbaycan respublikasında fəaliyyət göstərən“B&V” təşkilatının   vasitəçiliyi ilə “Elmi diplomatiya  dəstək mərkəzi” proqramı çərçıvəsində keçirilən seminarlarda iştirak etmişdir.

Eyni zamanda o, Fransa respublikasının dəstəyi ilə “TWINNING” layihəsi çərçivəsində  keçirilən “Risklərin təhlili üçün önəmli alətlər” və “Kollektiv ekspert qiymətləndirilməsinin prinsipləri və təşkili” adlı təlim kurslarında iştirak etmişdir.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində

İnstitutun bir neçə əməkdaşı xarıci ölkələrdə elmi mübadilə  və təlim keçmək məqsədi ilə ezamiyyədə olmuşlar. Belarusiya Respublikasının Minsk şəhərində S.N.Vışelesski adına Eksperimental Baytarlıq İnstitutunda elmi mübadilə  və təlim keçmək məqsədi ilə Abdullayev M., Bağırova M., Qurbanov S., Məmmədova S., Mehralıyeva Ü.  18-22 dekabr 2017-ci il tarixlərdə  ezamiyyədə olmuşlar. Ezamiyyət zamanı BETİ ilə Vışeleskiy adına Eksperimental Baytarlıq İnstitutu arasında müqavilə bağlanmışdır.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: