ELMİ ŞURA

İclaslar

ELMİ ŞURANIN İCLASLARI

 

Elmi Şura 26.12.2017

26 dekabr 2017-ci il tarixində Elmi Şuranın növbəti  iclası keçirildi. İclasda Masallı Elmi-Eksperimental Bazasının və Qusar  Elmi-Eksperimental Bazasının 2017-ci ilə dair iş  fəaliyyəti ilə bağlı hesabatları  müzakirə edilmişdir.    Müzakirədə:    

  Masallı Elmi-Eksperimental Bazasının müdiri   Ə.Şahmarov  və Qusar  Elmi-Eksperimental Bazasının müdiri  N. Qaçabəyov  institutun tabeliyində olan yardımçı təsərrüfatların fəaliyyətlərinin yekunları, problemləri və gələcək perspektivləri haqqında hesabat verdilər. Elmi Şuranın iclasında icra olunan işlər haqqında hesabatlar   dinlənildi  və geniş müzakirə aparıldı.

Beynəlxalq əməkdaşlıq

İnstitutun bir neçə əməkdaşı xarıci ölkələrdə elmi mübadilə  və təlim keçmək məqsədi ilə ezamiyyədə olmuşlar. Həmin əməkdaşlar Elmi Şuranın iclasında gördükləri işlər barədə məlumat verdilər:

Belarusiya Respublikasının Minsk şəhərində S.N.Vışelesski ad. Eksperimental Baytarlıq İnstitutunda elmi mübadilə  və təlim keçmək məqsədi ilə Abdullayev M., Bağırova M., Qurbanov S., Məmmədova S., Mehralıyeva Ü.  18-22 dekabr 2017-ci il tarixlərdə  ezamiyyədə olmuşlar.

         Ezamiyyənin məqsədi
1.Vışeleskiy adına Eksperimental Baytarlıq İnstitutunun fəaliyyəti ( əsas istiqamətləri ) ilə yaxınan tanışlıq.

2. Vaksinlərin və digər baytarlıq preparatlarının  hazırlanmasında yeni biotexnoloji üsulların öyrənilməsi

3. Epizootik ştammların identifikasiyasında müəyyən cətinliklərin araşdırılması və elmi mübadilənin aparılması.

4. BETİ ilə Vışeleskiy adına Eksperimental Baytarlıq İnstitutu arasında müqavilə bağlamaq

İnstitutun istehsal etdiyi məhsullar:

- Kənd təsərrüfatı və vəhşi heyvanların immunizasiyası üçün quduzluq əleyhinə vaksin

- İBH-ın virus və bakterial xəstəliklərin profilaktikası və müalicəsi üçün vaksinlər

- Donuzların virus və bakterial xəstəliklərin profilaktikası və müalicəsi üçün vaksinlər

- Quşların virus və bakterial xəstəliklərin profilaktikası və müalicəsi üçün vaksinlər

- Balıq və arıların xəstəliklərinin profilaktikası və müalicəsi üçün preparatlar

- Parazitlər əleyhinə preparatlar, immunostimulyatorlar

- Diaqnostik test-sistemlər və s

           Ezamiyyə müddətində əldə olunan nəticələr

İnstitutun infeksion və vaksinlərin biotexnologiyası şöbəsində Pasteurella multocida və Mannhemiya hemoliticanın bakterioloji analizatorla müəyyən edilmişdir.

1-Vaksinlərin hazırlanmasında müasir avadanlıqların və texnologiyalarının istifadəsi qaydalarının öyrənilmişdir.

2-Akkreditasiyadan kecmiş Vitebsk  biofabrik ilə tanışlıq və orada aparılan işlər haqqında məlumatın toplanmışdır.

3-E.coli ştamının identifikasiyası ücün diaqnostikum əldə edilmişdir.

4-Parazitar xəstəliklərin təyin edilməsi üsullarının təkmilləşdirilməsi

5-Parazitar   xəstəliklərinin profilaktikası və müalicəsi üçün preparatların hazırlanması

 

          Təkliflər:

1-Vışeleski adına Eksperimental Baytarlıq İnstitutu ilə sıx əməkdaşlıq yaratmaq,

2-Kadr hazırlanması, elmi məqalələrin dərc edilməsində əməkdaşlıq,

3-Yerli epizootik izolyatlardan vaksin və serumların, diaqnostikumların  hazırlanması

4-Layihələr təklif etmək və müştərək işlərin aparılması.

 

Türkiyənin Ankara  Baytarlıq Elmi Tədqiqat və Nəzarət İnstitutunun (ETLİK VETERİNER KONTROL MERKEZ ARAŞTIRMA ENSTİTÜSÜ)  quduzluq laboratoriyasında təlim keçmək məqsədi ilə Ç. Süleymanova  18-22 dekabr 2017-ci il tarixlərdə  ezamiyyədə olmuşdur.

          Ezamiyyənin məqsədi

Quduzluq xəstəliyinə laboratoriya şəraitində diaqnozun qoyulması üsullarının təkmilləşdirilməsi.

 

      Ezamiyyə müddətində əldə olunan nəticələr

Quduzluq xəstəliyinin laboratoriya şəraitində diaqnozun qoyulması üsulları və tədbiqi (FAT, FAVN) və Quduzluq virusunun titrasiyası.

Təlimin sonunda iştirak sertifikatı.

1-İnstitut 1921-ci ildən fəaliyyət göstərir. Türkiyə üzrə 7 institutu özündə birləşdirir.

2-Quduzluq laboratoriyası 1929-cu ildən fəaliyyətə başlamışdır.

3-2008-ci ildən etibarən Avropa Birliyinin dəstəyi ilə BSL-2 və BSL-3 səviyyəsi üzrə yeni laboratoriya binalari xidmət göstərir.

Türkiyənin Baytarliq elmi tədqiqat və nəzarət institutunun (ETLİK VETERİNER KONTROL MERKEZ ARAŞTIRMA ENSTİTÜSÜ)  quduzluq laboratoriyası -Türkiyə Cumhuriyyəti, həmçinin Səhiyyə Nazirliyi üçün də Beynəlxalq Referans Laboratoriyadır.   Laboratoriya 2008-ci ildən etibarən Avropa Birliyinin dəstəyi ilə BSL-2 və BSL-3 biotəhlükəsizlik səviyyəsi üzrə yeni inşa edilmiş binada fəaliyyət göstərir.

 

            Təlim keçdiyimiz laboratoriyanin vəzifələri:

1.Quduzluq xəstəliyindən ölmüş və ya  öldürülən heyvanlara aid laboratoriya nümunələri əsasında diaqnozun qoyulması

2.Quduzluq xəstəliyi ilə bağlı olaraq epidemioloji müşahidələrin və nəzarətin aparılması

3.Quduzluq xəstəliyi ilə bağlı elmi tədqiqat işlərinin həyata keçirilməsi

4.Yerli və xarici mütəxəssislərə müxtəlif təlimlərin verilməsi və təkminləşdirmə kurslarının təşkili

5. Türkiyədən ixrac ediləcək it və pişiklərin Quduzluq xəstəliyinə qarşı edilmiş peyvəndləmədən 30 gün sonra qanda anticisimlərin təyin edilməsi və peyvəndləmənin effektivliyinin qiymətləndirilməsi

6. Quduzluq laboratoriyalarında istifadə edilən sınaq  metodlarının və avadanlıqların, o cümlədən sınaqların qoyulması zamanı istifadə edilən maddələrin (kitlərin)  yararlığının və effektivliyinin yoxlanılması.

7. Türkiyə Cumhuriyyəti ərazisində tapılmış müsbət nümunələrdən quduzluq virusunun ayrılaraq izolyat halında saxlanılması

8. Bölgələrdə rastlanmış müsbət laborator nəticələrin təsdiqlənməsi

9. Quduzluq xəstəliyinin ləğv edilməsinə dair layihələrin hazırlanması və iş planının hazırlanması

AKKREDİTASİYA OLUNMUŞ SINAQLAR (TÜRKAK tərəfindən TS EN ISO/IEC 17025 standartlarına əsasən)

1.Floresan Antigen təyini (FAT) -2005-ci ildən etibarən

2.Floresan Antigen Virus Neytrallaşdırma sınağı (FAVN, RFFIT)  - 2005-ci ildən etibarən

3.Tərs (Revers) Transkripsiya –Polimeraz  Zəncir Reaksiyası -2007-ci ildən etibarən

DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN -  http://vetkontrol.tarim.gov.tr/merkez/Menu/123/Kuduz-Teshis-Laboratuvari

 

1.«Brovafarma» Ukrayna-Alman Baytarlıq Preparatları Elmi - İstehsalat Firması Ukrayna Təbii Sərvətlər və Bioloji Resurslar Universitetində təlim keçmək məqsədi ilə Q.Ş.Cəlladov  18-22 dekabr 2017-ci il tarixlərdə  ezamiyyə olunmuşdur.

 

          Ezamiyyənin məqsədi
Baytarlıq dərman preparatlarında təsiredici maddənin  xromatoqrafiya üsulu ilə analiz edilməsi;
Bioloji nümunələrdə hormonal preparatların xromatoqrafiya üsulu ilə analiz edilməsi;
Yemlərdə mikotoksinlərin xromotoqrafiya üsulu ilə təyin edilməsi;
Yemlərdə Geni Modifikasiya Olunmanın PZR-də təyini;

 

         Ezamiyyə müddətində əldə olunan nəticələr

1.Brovafarma firmasının rəhbəri professor A.V.Berezovski və direktor M.Rozputniyin köməyi ilə firmada dərman istehsalı prosesi izlənilmiş və firmanın xromotoqrafisti Y.D.Krendelevin keçirdiyi təlimlərdə «Shimadzu» markalı maye xromatoqrafında dərman preparatlarında təsiredici maddənin təyin edilməsində iştirakçı olmuş;

2.Ukrayna Təbii Sərvətlər və Bioloji Resurslar Universitetinin Ərzaq Məhsullarının Keyfiyyət və Qida Təhlükəsizliyi laboratoriyasının direktoru professor V.Uşkalov və elmi işlər üzrə direktor müavini professor V.Dançukun razılığı əsasında onların laboratoriyasında  «Shimadzu» markalı maye xromatoqrafında yem nümunələrində mikotoksinlərin təyin edilməsi, qaz-maye xromatoqrafında yağ turşularının təyini, PZR-də yem nümunələrinin GMO analizləri  ilə bağlı keçirilən təlimlərdə iştirak edilmiş;

3.Bunlarla əlaqədar olaraq video çəkilişlər aparılmış;

4.Ukrayna Təbii Sərvətlər və Bioloji Resurslar Universitetinin mərkəzi laboratoriyasının elmi katibi Svetlana Miduk ilə institutumuz ilə elmi-təcrübəvi əməkdaşlıq etmək barədə danışıqlar aparılmışdır. Bu istiqamətdə ikitərəfli müqavilələr bağlanması üçün institutumuz ilə əlaqələr qurulacaqdır;

5.Həmin universitetin  Baytarlıq təbabəti  fakültəsində Biokimya və fiziologiya kafedrasının professoru Liliya Kalaçnyuk ilə görüş keçirilmış, onların kafedrasında tələbələrin tədris prosesində iştirak edilmış və onunla  gələcəkdə elmi əməkdaşlıq etmək barədə danışıqlar olmuşdur;

6.Baytarlıq fakultəsində anatomiya kafedrasının yaratdığı muzeyə baxılmış və institutun adından muzeyin kitabında qeydiyyat aparılmışdır;

 

- Türkiyənin Bodrum  səhərində Muğla Sıtkı Koçman Üniversitesində təlim keçmək məqsədi ilə Gülalıyeva F. və Səfərova A. 18-21 dekabr 2017-ci il tarixlərdə  ezamiyyə olunmuşlar.

Muğla Sıtkı Koçman Üniversitesi (Köhnə adı: Muğla Üniversitesi), 3 iyul 1992-ci ildə 3837 saylı qanun ilə Muğlada yaradılmışdır

31 May 2012-ci il tarixindən etibarən adı Muğla Sıtkı Koçman Üniversitesi olarak dəyişmişdir.

 

Ezamiyyənin məqsədi


           1. MUĞLA SITKI KOÇMAN ÜNİVERSİTESİ ilə yaxindan tanış olmaq, müəllim və prosessor heyətinin elmi təcrübəsindən yeni iş    metodlarından  yararlanmaq.

            2. Arı xəstəliklərini (nazematoz, amerika çürüməsi, varoatoz) yeni metod və müayinələrlə    öyrənmək.

            3. MUĞLA SITKI KOÇMAN ÜNİVERSİTESİndə yeni avadanlıqların iş prinsipi ilə tanış  olmaq. 

                                                                                                                                       
Ezamiyyə müddətində əldə olunan nəticələr     
1.Nazimatoz xəstəliyininin yeni metodla  öyrənilməsi.

2.Mugla Sitki Koçman Universitetində Muğla arıçilar ittifaqının  sədri və arıçılarla, Apimodiya iştirakçıları ilə görüş.

3.Varroa xəstəliyinin yeni müalicə metodu. 

                                                                                                                                                                          
            Təkliflər                                                                                                                                                                                                 
 1.Arıçılıq üzrə  epizootolozi və entemoloji xəritə hazirlamaq.

2.Mugla Sıtkı Koçman Üniversiteti ilə əməkdaşlıq yaratmaq.

3.Gənc kadrları arıçılığa cəlb etmək.

 4.100 qamlıq şüşə bankalar sifariş etmək, arı patmaterialı saxlamaq üçün.

Elmi Şura 31.01.2017

31 yanvar  2017-ci il tarixində Elmi Şuranın   iclası keçirildi. İclasda “Fiziologiya” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə namizəd irəli sürülmüş AMEA –nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının rəhbəri b.e.d., prof. Fəxrəddin Bəhmən oğlu Əskərovun dəstəklənməsi müzakirə edilmişdir.

Elmi Şura 10.02.2017

10 fevral  2017-ci il tarıxdə Elmi Şuranın növbəti  iclası keçirildi. İclasda Baytarlıq Elmi - Tədqiqat İnstitutunun  2016-cı il üçün  elmi-tədqiqat və nəzarət fəaliyyətinə həsr edilmiş hesabatları müzakirə edildi. Baytarlıq Elmi Tədqiqat İnstitutunun  2016-cı il üçün  elmi-tədqiqat və nəzarət fəaliyyətinə həsr edilmiş hesabat yığıncağına qonaqlar dəvət olunmuşdur: AEİMM-in baş direktoru R. Balayev, KTN-in Elm və Təhsil şöbəsinin müdiri N. Məmmədov,  AEİMM baş direktorunun birinci  müavini E.Kosayev islasda iştirak etmişlər. Baytarlıq ET İnstitutunun direktoru Tamilla Əliyeva hesabat yığıncağını giriş sözü ilə açaraq, gündəliyə aid olan məsələlərdən   bəhs etdi. Sonra KTN-nin "Elm və təhsil " şöbəsinin müdiri Namiq Məmmədov və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev "Strateji yol" xəritəsinə istinadən, dövrün tələblərindən, institutun üzərinə düşən vəzifələrin aktuallığından, gələcək fəaliyyətindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən, institutda görülmüş elmi-tədqiqat işlərdən, özünü maliyyələşdirmə məsələlərindən, əməkdaşların maddi rifahının daha da yaxşılaşdırılmasıdan danışaraq tövsiyələr verdilər.

Elmi Şura 05.04.2017

05 aprel   2017-ci il tarıxdə Elmi Şuranın növbəti  iclası keçirildi. İclasda 2017-ci ildə  elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunanların dissertasiya mövzuları və elmi rəhbərlərinin təsdiqi müzakirə edilmişdir.

Elmi Şura 31.10.2017

31 oktyabr 2017-ci il tarixində Elmi Şuranın növbəti  iclası keçirildi. İclasda şöbələrin 9 ayda iş  fəaliyyəti ilə bağlı hesabatları  müzakirə edilmişdir. Müzakirədə Neftkimya mənşəli baytarlıq preparatlarının analizi şöbəsində icra olunan “Baytarlıq dezinfeksiyası üçün yeni neftkimya maddələrinin axtarılması və  sınaqdan keçirilməsi”; Quş xəstəlikləri şöbəsində icra olunan “Müasir quşçuluq təsərrüfatlarında quşların kolibakteriozunun və salmonelyozunun epizootik vəziyyətinin öyrənilməsi və yeni profilaktiki tədbirlərinin işlənib hazırlanması”; Mikroorqanizmlər Ştammları Bankı şöbəsində icra olunan  “Nodulyar dermatit xəstəliyinin virusoloji, epizootoloji, kliniki və digər xüsusiyyətlərinin öyrənilməsi” və “Depolaşdırılmış və yeni əldə edilmiş mikroorqanizmlərin istehsalat, nəzarət və epizootik ştammlarının bioloji xüsusiyyətlərinin öyrənilməsi”  mövzularının hesabatları dinlənildi.

Elmi Şura 02.11.2017

 

02 noyabr 2017-ci il tarixində Elmi Şuranın növbəti  iclası keçirildi. İclasda şöbələrin 9 ayda iş  fəaliyyəti ilə bağlı hesabatları  müzakirə edilmişdir.    Müzakirədə:  

1. Balıq və arı  xəstəlikləri şöbəsində icra olunan  “Respublikanın müxtəlif göl balıqçılıq təsərrüfatlarında balıqların parazitar  xəstəliklərinə  qarşı  mübarizə tədbirlərinin işlənməsi və tətbiqi”  və “Bal arılarının paratif xəstəliyinin öyrənilməsi və ona qarşı  mübarizə tədbirlərinin hazırlanması”;

2. Parazitologiya şöbəsində icra olunan  “Azərbaycanın müxtəlif bölgələrində  iri  və  xırda  buynuzlu heyvanların, eləcə  də quşların əsas  helmint xəstəlikləri, törədicilərin növ tərkibinin   öyrənilməsi, onlara qarşı  mübarizə tədbirlərinin hazırlanması və tətbiqi”  və “Respublikanın bölgələrində kənd təsərrüfatı heyvanlarının qan-parazitar   xəstəliklərinin epizootologiyasının öyrənilməsi, piroplazmidozların  (piroplazmoz, fransaielloz) müalicə-profilaktika tədbirlərinin      hazırlanması  və tətbiqi”;

          3. Yoluxmayan xəstəliklər və baytarlıq sanitariya şöbəsində icra olunan “Müasir heyvandarlıqda boğaz inək və düyələrin saxlanma və   yemləndirilməsinin sanitar qiymətləndirilməsi və onun  yaxşılaşdırılması yolları”  və “İnəklərin  metrit xəstəlikıəri və onlara qarşı yeni müalicə - profilaktikanın işlənib hazırlanması və tətbiqi”  mövzularının hesabatları dinlənildi.

Elmi Şura 03.11.2017

03 noyabr 2017-ci il tarixində Elmi Şuranın növbəti  iclası keçirildi. İclasda şöbələrin 9 ayda iş  fəaliyyəti ilə bağlı hesabatları  müzakirə edilmişdir.    Müzakirədə:  

 1. Kənd Təsərrüfatı heyvanlarının infeksion  xəstəlikləri  şöbəsində  icra olunan “Kənd Təsərrüfatı heyvanlarının pasterelyozunun epizootiki vəziyyətinin öyrənilməsi, müalicə profilaktika tədbirlərinin təkmilləşdirilməsi“ və “Müasir fermer heyvandarlıq təsərrüfatlarında xlamidioz xəstəliyinin epizootiki vəziyyətinin öyrənilməsi, yeni mübarizə tədbirlərinin işlənib hazırlanması”;

2. Bioloji preparatların keyfiyyətinə nəzarət şöbəsində  icra olunan  “Quşların çiçək virusuna (“Bakı” ştammı) müxtəlif hüceyrə kulturaların həssaslığının öyrənilməsi”;

          3. Molekulyar biologiya şöbəsində  icra olunan “Azərbaycanın quşçuluq təsərrüfatlarında yetişdirilən quşların orqanizmində və onların məhsullarında biokimyəvi göstəricilərin, geni modifikasiya olunmuş orqanizmlərin və hormonal maddələrin öyrənilməsi”;

          4. Ev, dekorativ və vəhşi heyvanların xəstəlikləri şöbəsində  icra olunan “Azərbaycanın müxtəlif təbii iqlim zonalarından alınmış quduzluq  virusu  ştammlarının molekulyar-bioloji  xüsusiyyətlərinin   öyrənilməsi” mövzularının hesabatları;

          5. Kimyəvi preparatların  keyfiyyətinə  nəzarət    şöbəsində icra olunan işlər haqqında hesabatlar   dinlənildi  və geniş müzakirə aparıldı.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: