ELMİ ŞURANIN İŞİ
25yanvar 2019-cu il tarixində Elmi Şuranın ilk iclası keçirildi. İclasda 2019-cu ilə dair Elmi Şuranın iş planı, Elmi Şura və Metod Komissiya üzvlərinin yeni tərkibi təsdiq olundu. Həmçinin bir neçə cari məsələlər müzakirə edilərək qəbul olundu.
31 yanvar 2019-cu il tarixində Elmi Şuranın növbəti iclası keçirildi. İclasda Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşlarından Faiq Xudayev, Laləzar Sadıqova, Sevda Hacıyeva iştirak etdilər. İclasda Baytarlıq Elmi - Tədqiqat İnstitutunun 2018-ci il üçün elmi-tədqiqat fəaliyyətinə həsr edilmiş hesabatlar müzakirə olundu və qəbul edildi. İclasda şöbə müdirləri hər bir şöbədə görülən işlər haqqında hesabat verdilər. Həmçinin elmi işlərin gedişində qarşıya çıxan problemlərdən, bir sıra vacib məsələlərin həll olunmasından bəhs etdilər.
27 fevral 2019-cu il tarixində Elmi Şuranın növbəti iclası keçirildi. İclasda İnstitutun dissertant vədoktorantlarının 2018-ci ilə olan hesabatlarının müzakirəsi keçirildi. Doktorant və dissertantlar icra etdikləri dissertasiya mövzuları əsasında ətraflı çıxışlar etdilər və onların hesabatları dinlənilərək qəbul edildi. Doktorant və dissertantlar müxtəlif mövzular üzərində calışaraq müəyyən bilgilər əldə edilməsindən bəhs etdilər.
16 aprel 2019-cu il tarixində Elmi Şuranın növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin 31/8-190 saylı 01 aprel 2019-cu il tarixli məktubunun icrası ilə əlaqədar müzakirə keçirildi. İclasın sədri S.Rüstəmova Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi” nin müvafiq bəndlərinin və yarımbəndlərinin icrasına dair məlumatlar mütəmadi olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinə təqdim edilməsinin zəruriliyini qeyd etdi.
01 may 2019-cu il tarixində Elmi Şuranın növbəti iclası keçirildi. İclasda 2019-cu ildə elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunanların dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq olundu.