ELMİ ŞURA

Metodiki şura

Baytarlıq Elmi Tədqiqat İnstitutunun

Metod Komissiyasının Əsasnəməsi

I. Ümumi müddəalar

1.1. Metod Komissiya (bundan sonra komissiya adlanacaq) institutun elmi hissəsinin təqdimatına əsasən  Elmi Şuranın qərarı və direktorun əmri əsasında təşkil edilir.

1.2. Metod Komissiya direksiya tərəfindən təqdim olunan mövzuların iş proqramlarını, elmi-tədqiqat işlərindən irəli gələn tövsiyə, təlimat, metodiki göstəriş və tətbiq üçün praktiki təklifləri müzakirə edir.

1.3. İş proqramları Metod Komissiyaya  təqdim olunduqda, onlarla birlikdə şöbənin müzakirə protokolu və ya protokoldan çıxarış əlavə edilməlidir.

1.4. Təlimat, tövsiyə və metodiki göstərişlər Metod Komissiyada müzakirə edilərkən, təsərrüfatlarda  keçirilən komission  yoxlamanın sınaq aktları və şöbənin protokolu təqdim olunmalıdır.

1.5. Material müzakirədən əvvəl komissiya üzvlərindən birinə, yaxud ixtisasa uyğun mütəxəssisinə rəyə verilir. Materiallların xüsusiyyətindən asılı olaraq rəyə göndərilmədən də  Metod Komissiya müzakirə edə bilər. Müzakirədə iş haqqında icraçı məlumat verir. Rəyçi çıxış edir və ya rəy oxunur.

1.6. Mövzuların iş proqramlarının müzakirəsində elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəlməsi məqsədilə qarşıya qoyulmuş məsələlərin aktuallığı, yeniliyi, müasir dövrün  tələbinə və elmi tərəqqiyə uyğun olaraq sınanmış və yeni metodlardan istifadə edilməsi, gözlənilən nəticə, iqtisadi səmərəlilik, praktik əhəmiyyəti və s. kimi məsələlər nəzərə alınır.

1.7. Materiallar müzakirə zamanı protokollaşdırılır, qərar verilir və təsdiq üçün direksiyaya  və ya Elmi Şuraya təqdim  edilir.

 

II. Komissiyanın tərkibi və iş fəaliyyəti

2.1. Metod Komissiyanın tərkibi elmi hissənin təqdimatı əsasında  Elmi Şuranın  qərarı  və direktorun əmri ilə müəyyən edilir.

2.2. Tərkibə sədr, katib və müxtəlif  ixtisas sahələri nəzərə alınmaqla üzvlər müəyyən edilir.

2.3. Komissiyaya təqdim olunan materialların miqdarından asılı olaraq vaxtaşırı iclas kecirilir.

2.4. Komissiyanın fəaliyyəti ilə əlaqədar işlərin təşkilini sədr, sənədləşməni katib icra edir.

2.5.  Metod Komissiya öz iş fəaliyyəti barədə direksiya qarşısında cavabdehdir  və institutun Elmi Şurasında  vaxtaşırı hesabat verir.

 

III. Metod Komissiyanının  yenidən təşkili və ləğvi

3.1. Metod Komissiya  yenidən təşkili və fəaliyyətinin dayandırılması elmi hissənin təqdimatı əsasında  Elmi Şuranın qərarı və direktorun əmri ilə həyata keçirilir.

METODİKİ ŞURANIN İŞİ

       

2021-ci ildə Metodiki Komissiyanın 2 iclası keçirilmişdir. Həmin iclaslarda     doktorant və dissertantların yerinə yetirdikləri elmi-tədqiqat işlərinin  “İş proqramları”, həmçinin institut əməkdaşlarının apardıqları tədqiqat  işlərindən alınan nəticələrə dair hazırladıqları tövsiyələr  müzakirə olunmuş və  təsdiq üçün Elmi Şuraya təqdim edilmişdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: