GƏNC ALİMLƏR

Əsasnamə

AQRAR ELM MƏRKƏZİNİN

GƏNC ALİMLƏR ŞURASI HAQQINDA

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Aqrar Elm Mərkəzinin Gənc alimlər Şurası (bundan sonra – Şura) Aqrar Elm Mərkəzinin  tabeçiliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan və təhsil alan gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin təşkili və əlaqələndirilməsinə yardım etmək, onların yaradıcı elmi və innovasiya fəaliyyətini inkişaf etdirmək üçün yaradılan ictimai təşkilatdır.

1.2. Şuranın fəaliyyəti elm və təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, KəndTəsərrüfatı Nazirliyi  Aqrar Elm Mərkəzinin  Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir.

1.3. Bu Əsasnamə Aqrar Elm Mərkəzinin  Elmi Şurasının qərarı əsasında baş direktor tərəfindən təsdiq edilir və təsdiq edildiyi gündən qüvvəyə minir.

1.4. Bu Əsasnaməyə əlavələr və dəyişikliklər Şuranın təqdimatı əsasında KəndTəsərrüfatı Nazirliyi   Aqrar Elm Mərkəzinin Rəyasət Heyətində  müzakirə edilərək qəbul edilir, baş direktor tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

1.5. Şuranın tam adı, göstərilən emblemi, möhürü və blankları ola bilər.

1.6. Şuranın yaradılması, ləğv edilməsi və ya yenidən təşkili baş direktorun əmri ilə həyata keçirilir.

II. ŞURANIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

2.1. Şuranın məqsədi gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək etməkdən ibarətdir.

2.2. Öz məqsədinə nail olmaq üçün Şura aşağıdakı vəzifələri həyata keçirir:

2.2.1. Gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili sahəsində Aqrar Elm Mərkəzinin  təhsil və elmi tədqiqat müəssisə və təşkilatlarının fəaliyyətini koordinasiya edir;

2.2.2. Aqrar Elm Mərkəzinin  ayrı-ayrı elmi tədqiqat müəssisə və təşkilatlarında çalışan gənc alim və tədqiqatçıların elmi fəaliyyətini koordinasiya edir, onların fundamental və tətbiqi tədqiqat işlərində fəal iştirak etməsinə təkan verir;

2.2.3. Gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil edir;

2.2.4. Gənc alim və tədqiqatçıları resbublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edir;

2.2.5. Şura gənc alimlərin akademik maraqlarını qoruyur və müdafiə edir;

2.2.6. Aqrar Elm Mərkəzinin ayrı-ayrı İnstitutları, respublikanın digər elmi təşkilatlarında  fəaliyyət göstərən  Gənc alimlər şuraları ilə əlaqə yaradır, birgə tədbirlər təşkil edir və həyata keçirir;

2.2.7. Aqrar Elm Mərkəzində, respublikanın və xarici ölkələrin elm və tədris müəssisələrində elmi tədqiqat və innovasiya fəaliyyəti üzrə müsbət təcrübəni öyrənir, təhlil edir, ümumiləşdirərək yayılmasını və tətbiq edilməsini təşkil edir;

2.2.8. Gənc alim və tədqiqatçıların innovasiya fəaliyyətini dəstəkləyir və onun stimullaşdırılması üçün təkliflər verir;

2.2.9. Aqrar Elm Mərkəzinin  elmi tədqiqat müəssisə və təşkilatlarında çalışan gənc alim və tədqiqatçıların regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsini təmin edir;

2.2.10. Müxtəlif səviyyəli ictimai, elmi, mədəni-kütləvi, idman-sağlamlıq tədbirlərinin təşkilinə kömək edir.

2.2.11. Gənc alim və tədqiqatçıları respublika və beynəlxalq səviyyəli mədəni tədbirlərdə iştiraka cəlb etməklə onların mədəni səviyyələrinin inkişaf etdirilməsini təmin edir.

2.2.12. Aqrar Elm Mərkəzinin  elmi tədqiqat müəssisə və təşkilatlarında çalışan və gənc alim və tədqiqatçıların, onlar tərəfindən yerinə yetirilən elmi tədqiqat işlərinin, layihələrin və digər işləmələrin məlumat bazasını yaradır;

2.2.13. Azərbaycan  Respublikasının  qanunvericiliyinə və bu Əsasnaməyə zidd olmayan digər fəaliyyətləri həyata keçirir.

III. ŞURANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

3.1. Şura KəndTəsərrüfatı Nazirliyi   Aqrar Elm Mərkəzinin elmi tədqiqat müəssisə və təşkilatlarında çalışan gənc alim və tədqiqatçılardan ibarət olmaqla təşkil edilir. Bu Əsasnamədə gənc alim və tədqiqatçı dedikdə  Aqrar Elm Mərkəzinin elmi tədqiqat müəssisə və təşkilatlarında çalışan və təhsil alan 40 yaşadək, magistrlar, doktorantlar, elmi işçilər, elmi tədqiqatla məşğul olan digər əməkdaşlar nəzərdə tutulur.

3.2. Şuranın tərkibinə elmi tədqiqat müəssisə və təşkilatlarının nümayəndələri daxil edilir. Hər bir qurumdan bir nümayəndə həmin qurumun elmi şurasının təqdimatı əsasında irəli sürülür.

3.3. Şuranın tərkibi baş direktor tərəfindən təsdiq edilir. Şuranın fəaliyyət müddəti 5 (beş) ildir.

3.4. Şuranın fəaliyyətinə rəhbərlik Şuranın sədri tərəfindən həyata keçirilir. Şuranın sədri Şuranın ümumi iclasında açıq və ya gizli səsvermə əsasında seçilir, elm və innovasiyalar üzrə baş direktorun müavininin təqdimatı əsasında baş direktor tərəfindən təsdiq edilir.

3.5. Şuranın sədri təsdiq edilmiş illik iş planına uyğun olaraq Şuranın fəaliyyətini təşkil edir, dövlət, ictimai və digər təşkilatlarda Şuranı təmsil edir və Şura üzvlərinin işinə rəhbərlik edir.

3.6. Şura sədri Şura üzvlərindən birini Şura sədrinin müavini təyin edir. Şura sədrinin müavini Şura sədrinin tapşırığı və öz səlahiyyətləri daxilində Şuranın fəaliyyətini idarə edir, Şura sədri olmadıqda onun səlahiyyətlərini icra edir.

3.7. Şura sədri Şura üzvlərindən birini Şuranın katibi təyin edir. Şuranın katibi sənədləşmə işlərini həyata keçirir.

3.8. Şura üzvləri Şuranın işində fəal iştirak edir, seçildikləri müvafiq qurumlarda Şura iclaslarında qəbul edilmiş qərarların icrasını təmin edir.

3.9. Sistematik olaraq Şura iclaslarında iştirak etməyən, öz vəzifələrini və öhdəliklərini lazımi qaydada yerinə yetirməyən və Şuranın normal fəaliyyətinə mane olan Şura üzvləri Şura iclasının qərarı əsasında Şura üzvlüyündən azad edilir.

3.10. Şuranın ali idarəetmə orqanı Şuranın ümumi iclasıdır. Şura iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şura iclaslarında qərarların qəbul edilməsi üçün iclasda Şura üzvlərinin ən azı üçdə ikisi iştirak etməlidir. Qərarların qəbul edilməsi üçün iclasda iştirak edənlərin yarıdan çoxu qərarın lehinə səs verməlidir.

3.11. Şura üzvlərinin üçdə ikisinin yazılı tələbi əsasında Şuranın növbədənkənar iclası çağırıla bilər.

IV. ŞURANIN HÜQUQLARI

4.1. Şuranın fəaliyyəti ilə əlaqədar sənəd və materialların hazırlanmasında iştirak etmək.

4.2. Şuranın fəaliyyətinə aid olan məsələlərlə bağlı KəndTəsərrüfatı Nazirliyi   Aqrar Elm Mərkəzinin rəhbərliyi tərəfindən keçirilən tədbirlərdə (toplantılarda) iştirak etmək.

4.3. Aqrar Elm Mərkəzinin  müvafiq struktur və qurumlarından Şuranın bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinin icrası üçün zəruri olan məlumatları əldə etmək və sənədlərlə tanış olmaq üçün sorğu vermək.

4.4. Səlahiyyətləri daxilində tabe olduğu rəhbərliyə öz hüquq və vəzifələrinin icrası zamanı aşkar edilən problemlər və çatışmazlıqlar haqqında məlumatlar, habelə onların aradan qaldırılması yolları haqqında təkliflər vermək.

4.5. Şuranın bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinin icrası ilə əlaqədar fəaliyyətlərin təkmilləşdirilməsi üçün təkliflər vermək.

4.6. Elmi tədqiqat fəaliyyətində fərqlənən gənc alimlərin mükafatlandırılması və onların həyat şəraitinin yaxşılaşdırılması haqqında təklif və tövsiyyələr vermək.

4.7. Öz fəaliyyəti ilə əlaqədar qərar layihələri ilə tanış olmaq.

V. ŞURA ÜZVÜNÜN BİLİK SƏVİYYƏSİ VƏ ŞƏXSİ KEYFİYYƏTLƏRİ

5.1. Şura üzvü mədəni olmalı, Kənd Təsərrüfatı Nazirliyi  Aqrar Elm Mərkəzinin üzrə məyyən edilmiş nizam-intizam qaydalarına əməl etməli, əxlaqi və etik davranış normalarına riayət etməsi ilə bir nümunə olmalıdır.

5.2. Bu Əsasnamə ilə müəyyən edilən vəzifələri keyfiyyətlə yerinə yetirmək üçün Şura üzvü aşağıdakıları bilməli və bacarmalıdır:

5.2.1. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi;

5.2.2. Elmi fəaliyyət və ali təhsillə bağlı qanunvericilik aktlarını;

5.2.3. Elmi fəaliyyətin, təlim-tərbiyənin təşkili prinsiplərini;

5.2.4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Nizamnaməsini və müvafiq normativ sənədlərini;

5.2.5. Kənd Təsərrüfatı Nazirliyi  Aqrar Elm Mərkəzinin Nizamnaməsini;

5.2.6. Aqrar Elm Mərkəzinin  tabeçiliyində olan institutlarda və təşkilatlarda elmi tədqiqat işlərinin, təlim və tərbiyənin təşkili ilə bağlı Elmi Şuranın qərarlarını və baş direktorun müvafiq əmrlərini;

5.2.7. Şuranın hüquq və vəzifələri ilə bağlı olan normativ-hüquqi sənədlərin məzmununu.

VI. ŞURANIN MALİYYƏLƏŞDİRİLMƏSİ

6.1. Şura aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

6.1.1. Aqrar Elm Mərkəzi  tərəfindən ayrılan vəsaitlər;

6.1.2. Qanuna uyğun olaraq, yerli və xarici hüquqi və fiziki şəxslərin könüllü ianələri;

6.1.3. Qanuna uyğun olaraq, xarici dövlətlərin və beynəlxalq təşkilatların qrantları və digər ayırmaları;

6.1.4. Qanunla qadağan olunmayan digər mənbələr. 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: