Fərmanlar

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanının ləğv edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və preambuladan “dövlət agentliyi və” sözləri çıxarılsın;

1.2. 3-cü hissədə “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilsin;

1.3. 5-ci hissə ləğv edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.4.1. 3-cü və 5-ci hissələr ləğv edilsin;

1.4.2. 10.13-cü bənddə “yanında fəaliyyət göstərən qurumların (Agentlik, Xidmət və s.)” sözləri “sisteminə daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

1.4.3. 11.6-cı və 11.7-ci bəndlərdə “Nazirlik yanında yaradılan Dövlət Agentliyi və Dövlət Xidmətləri, habelə Nazirliyin bilavasitə tabeliyində olan qurumlar” sözləri “Nazirliyin sisteminə daxil olan qurumlar” sözləri ilə əvəz edilsin;

1.4.4. 11.47-ci bənddə “göstərilməsinə kömək edir” sözləri “göstərilməsini təşkil edir” sözləri ilə əvəz edilsin;

1.4.5. 12.6-cı bənddə “Nazirlik yanında olan Dövlət Agentliyinə və Dövlət Xidmətlərinə, Nazirliyin sisteminə daxil olan müəssisə, idarə və təşkilatlara” sözləri “Nazirliyin sisteminə daxil olan qurumlara” sözləri ilə əvəz edilsin;

1.4.6. 16-cı hissə aşağıdakı redaksiyada verilsin:

“16. Nazirliyin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sairə) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Nazirlik həmin qurumların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir.”;

1.4.7. 17-ci hissədə “yanında olan dövlət agentliyi və xidmətləri” sözləri “strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin;

1.4.8. 18.4-cü bənddə “Nazirlik yanında olan dövlət agentliyinin və xidmətlərinin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

1.4.9. 18.5-ci bənddə “və bilavasitə tabeliyində olan qurumlarının” sözləri “, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və onların struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.4.10. 18.6-cı bənddə “və yerli orqanlarının rəhbərlərini, nomenklatura uyğun olaraq Nazirlik sisteminə daxil olan müəssisə, idarə və təşkilatların” sözləri “strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların” sözləri ilə əvəz edilsin;

1.4.11. 18.8-ci bənddə “və yerli orqanlarının, habelə səlahiyyətləri daxilində Nazirlik yanında olan agentliyin və xidmətlərin” sözləri “, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların” sözləri ilə əvəz edilsin;

1.4.12. 19-cu hissədə “yanında olan dövlət agentliyinin və xidmətlərinin,” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

1.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə” üzrə:

1.5.1. adında və 1-ci hissədə “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilsin;

1.5.2. 11-ci hissəyə “Baytarlıq” sözündən sonra “Nəzarəti” sözü əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 377; 2000, № 7, maddə 503; 2003, № 10, maddə 585) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyul 2015-ci il

   № 572

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: