Göygöl rayonunda “Azərbaycanda arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə, arı islahı təlimi” keçirilmişdir
11-15 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Azərbaycanda arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə, arı islahı təlimi” keçirilmişdir. Təlimdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biol.ü.f.d. Sialə Rüstəmova, Balıq və arı xəstəlikləri şöbəsinin müdiri, biol.ü.f.d. Afət Süleymanova, Quş xəstəlkləri şöbəsinin müdiri, k.t.ü.f.d. Mirzəmməd Həsənov iştirak etmişlər.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova təlimdə çıxış etmişdir: Azərbaycan Respublikasında heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahələrindən biri də arıçılıqdır. Azərbaycan Respublikasının ərazisi arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.
Arıçılığın inkişafının əsas istiqamətlərindənqarşıya qoyulan məqsədlərə nail olmaq üçün üç istiqamət fəaliyyəti göstərmək lazımdır:
Azərbaycan ərazisində bal verən ağac, kol və ot bitkilərinin, həmçinin respublikada olmayan bal verən bitkilərin öyrənilməsi, arealının müəyyənləşdirilməsi və oturaq arıçılığın tələbatı üçün onların ayrı-ayrı bölgələrə introduksiyası, adaptasiyası sahəsində tədqiqatların aparılması əhəmiyyət kəsb edir.
Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.
İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.
AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.