MEDİA

XƏBƏRLƏR

Kənd təsərrüfatı heyvanlarının və quşların sağlamlığına və məhsuldarlığına müasir baxış

26 noyabr 2021-ci il tarixdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubleyinə həsr olunmuş “Kənd təsərrüfatı heyvanlarının və quşların sağlamlığına və məhsuldarlığına müasir baxış” mövzusunda elmi-praktiki treyninq keçirilmişdir. Rusiya Federasiyasının “BİOTROF” Elmi-istehsalat kompleksi satış bölməsinin rəhbəri Bolşakov Vladislav Nikolayeviç, aqrar elmləri namizədi, Rusiya Federasiyası höküməti premiyasının laureatı, “Quş bağırsağının mikroflorası: müasir yanaşma və onun
təmizlənmə metodları” haqqında ətraflı məlumat verərək şirkətin yeni məhsulları haqqında danışmışdır. Treyninqdə “BİOTROF” Elmi-istehsalat kompleksinin digər mütəxəssisləri də çıxış etmiş və onların çıxışları treninq iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Qazaxıstan Respublikası, Semey şəhəri Şakarim adına Dövlət Universitetinin Baytarlıq fakultəsinin dekanı, baytarlıq elmləri namizədi, professor Saule Seilqazina “Xlorella suspenziyasının gənc İBH və toyuqların orqanizmində qanın biokimyəvi parametrlərinə təsiri” mövzusunda treyninqdə çıxış etmişdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: