MEDİA

XƏBƏRLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda seminar keçirilib. Tədbiri çıxış nitqi ilə açan AMEA-nın vitse-prezidenti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova təşkil olunan seminar haqqında məlumat verib. Yayılan viruslar və onlarla əlaqədar yanlış informasiyaların insanlar arasında təşviş və narahatlıq hissi yaratdığını deyərək akademik İ.Hüseynova yeni növ koronavirus (COVID-19) təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən müxtəlif qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirib. Koronavirusdan və ümumiyyətlə, virus infeksiyalarından qorunmaq üçün immuniteti gücləndirməli, şəxsi gigiyenik qaydalara ciddi riayət etməli, kütləvi tədbirlərdən maksimum imtina edilməli və maarifləndirmə aparılmalıdır. Tədbirdə digər çıxışlarla yanaşı Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova “SARS-Co-2 koronavirusun mənşəyi, epizootologiyası və yayılma xüsusiyyətləri” mövzusunda çıxış edərək məlumat vermişdir. Mövzu ətrafında qarşılıqlı müzakirələr aparılaraq sualları cavablandırıb

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: