MEDİA

XƏBƏRLƏR

İri buynuzlu heyvanların nodulyar dermatit xəstəliyi - Epidemiologiya

Nodulyar dermatit (ND), kənd təsərrüfatı heyvanlarının dəri xəstəliyi olub, Poxviridae ailəsində Capripox cinsinə aid olan DNT virusu – nodulyar dermatit virusu (NDV) tərəfindən törədilir. Baxmayaraq ki, digər Capripox ştamları qoyun və keçiləri yoluxdurur, NDV iribuynuzlu heyvanlarda müşahidə olunur (Davies, 1981). Nodulyar dermatit xəstəliyi ilk dəfə 1929-cu ildə Zambiyada qeydə alınmışdır və daha sonra cənubi Afrikaya və şimala, Sudana tərəf yayılmışdır. Afrikadan kənarda ilk dəfə 1989-cu ildə İsraildə xəstəliyə diaqnoz qoyulmuşdur və növbəti illərdə Bəhreyn, Küveyt, Oman, Yəmən, Livan və İordaniyada qeydə alınmışdır (Wainwright və başqaları, 2013). Xəstəlik hərarət, dəri, selikli qişalar və daxili orqanlarda nodulyar yaralar ilə xarakterizə olunur (Beynəlxalq Epizootoloji Büro (BEB) 2010). Süd məhsuldarlığının azalması, dəridə düyünlərin əmələ gəlməsi, müvəqqəti və ya daimi qısırlıq və/və ya yoluxmuş heyvanların ölümü baş verə bilər, yoluxmanın qeydə alındığı ölkələrdə nəzərəçarpan iqtisadi nəticələrə gətirib çıxarda bilər (Alemayehu və başqaları, 2013). Kliniki əlamətlərin ağırlıq dərəcəsi virusun ştammından və yoluxmuş iribuynuzlu heyvanların cinsindən asılıdır (BEB 2010). Xəstəliyin ötürülməsinin əsasən həşəratların dişləməsi nəticəsində baş verməsi ehtimal edilir, baxmayaraq ki, birbaşa təmas vasitəsilə də baş verə bilər (Majori-Cohen və başqaları, 2012; Chihota və başqaları, 2001; Kitching və Mellor 1986). NDV-nin orta inkubasiya dövrü 6-9 gün təşkil edir. Xəstəliyin orta ölüm göstəricisi təxminən 10% təşkil edir, baxmayaraq ki, ölüm göstəricisi ikincili infeksiyalarda adətən daha yüksək olur (BEB 2010).

Kliniki əlamətlər

Xəstəliyə məruz qalmış heyvanların dərialtında ağrılı bir şişkinlik və sonra qızdırma, burundan axıntı, hipersalivasiya və daha sonar isə həssas mal-qaranın 50% -də dəri və bədənin digər hissələrində xarakterik düyünlər əmələ gəlir. Xəstəliyin inkubasiya müddəti 4-14 gündür. Düyünlər gözlə görülən, yuvarlaq, bir qədər böyümüş, bərk və ağrılı formada olmaqla bütün tənəffüs və cinsiyyət orqanlarının selikli qişalarını əhatə edir. Düyünlər ağız boşluğu və burunun selikli qişalarının içərisində inkişaf edə bilər. Dəridə olan düyünlər bərk, sarı-boz və ya sarı toxuma kütləsindən ibarətdir.. Limfa düyünləri şişir, döş qəfəsi və aşağı ətraflarda ödem inkişaf edir. Bəzi hallarda ikincili infeksiyalar yaranır ki, buda kəskin toxuma çürüməsi və şişkinliyə səbəb olur. Nəticədə heyvan həddən artıq zəifləmiş hala düşür. Vaxt keçdikcə düyünlər ya reqressiya olur, ya da dəridəki nekroz ətrafdakı dəridən aydın şəkildə ayrılır. Xəstəliyin vurduğu ən böyük itki süd veriminin azalması və dərinin yarasız vəziyyətdə olması ilə əlaqədardır.

Xəstəliyə nəzarət

ND-ə nəzarət və qarşısının alınması vaksinasiya, karantin və mal-qaranın hərəkətinə nəzarət; vektor nəzarəti, yoluxmuş və ekspozisiya olmuş heyvanların kəsilməsi, ərazilərin təmizlənməsi isə dezinfeksiya yolu ilə aparılır. Peyvəndin xəstəlik, endemik, həm də qeyri-endemik bölgələrdə ND-ə nəzarətin ən güclü üsul olduğu bildirilir. Hal-hazırda, ND-ə qarşı yalnız diri vaksinlər satılır, fərqli ölkələrdə istifadə üçün lisenziyalı fərqli vaksinlər olsa da, zəiflədilmiş peyvəndlərdə ən çox istifadə edilən ND ştamı Neethling-dir. Məlumatlara əsasən bu vaksin Balkanlarda epidemiyalara nəzarətdə yüksək təsirli olmuşdur. Keçi poxvirus-un yayıldığı ölkələrdə, Qorqan keçi poxvirus zəiflədilmiş vaksinindən istifadə edilə bilər

Nümunələrin götürülmə qaydası:

Yoluxmaya məruz qalmış heyvanların boyun və baş nahiyələrində nodulyar dəri yaralarından dəri qabığı və EDTA məhlulunda 5 mL qan nümunələri toplanılır. PZR müayinəsi üçün heyvanların ağciyər, böyrək, qaraciyər və ürək orqanlarından kiçik miqdarda hissələr toplanılır.

Real-vaxt rejimli PZR müayinəsi

DNT ekstraksiyası icra olunmamışdan əvvəl dəri nümunələri bir saat müddətinə fosfat buferli duz məhlulunda (1X FBD) saxlanıldı. Hər bir daxili orqandan bir hissə (təxminən 1,3 sm2) qayçı vasitəsilə kiçik hissələrə doğranıldı və digər orqanlar ilə qruplaşdırıldı (cəm olaraq 5 q miqdarına kimi). Az miqdarda şüşə tozu və 8 mL 1X FBD-dən ibarət laboratoriya həvəngdəstəsindən istifadə edərək nümunələr (dəri və ya qruplaşdırılmış daxili orqanlar) homogenləşdirilir. Homogenləşmə icra olunduqdan sonra suspenziya 15 mL konusvari sınaq şüşələrinə ehmalca əlavə olunur və 10 dəqiqə müddətinə dəqiqədə 8,000 dövr ilə sentrifuqada fırladılır. İstehsalçının təlimatlarına əsasən DNeasy Qan və Toxuma Mini Dəstlərindən (Qiagen, ABŞ) istifadə edərək əldə edilən supernatant mayenin 140 uL miqdarda alikvotundan DNT ekstraksiya olunur. Bu dəstlərdən həmçinin qan nümunələrindən DNT-nin ekstraksiyası üçün istifadə olunur. Nümunələrin işlənilməsi prosesləri arasında laboratoriya həvəngdəstələri ağardıcı məhlul ilə dezinfeksiya olunur.

Xəstəlik hadisələrinə tez bir zamanda diaqnoz qoymaq məqsədilə real-vaxt rejimli PZR analizindən istifadə olunur. Balinski və başqaları (2008) tərəfindən təsvir olunduğu kimi xırdabuynuzlu heyvanların çiçək xəstəliyi üzrə spesifik irəli və geri praymerlərindən istifadə olunur; sekvensiyalar 1-ci Cədvəldə qeyd olunmuşdur.

Cədvəl. Mastermiksin komponentləri

Praymer/Prob/MŞK

Sekvensiya

İrəli Praymer

5'-TCC-GAG-CTC-TTT-CCT-TAC-TAT-3’

Geri Praymer

5'-TAT-GGT-ACC-TAA-ATT-ATA-TAC-GTA-AAT-AAC-3’

Prob*

5’ 6FAM-CAATGGGTAAAAGATTTCTA - MGBNFQ 3’

Müsbət Şablon Kontrol

5’ ATG GCG ATG TCC ATT CCC TGA CCA ATG GGT AAA AGA TTT CTA TCG TAA CAG ATG AAA GAG CAA GCT ACT ATT CCT CAC GGA AAT GAA ATG CTT C 3’

* Flüoressent boya abbreviaturası: 6FAM= 6-Karboksiflüoressin; MGBNFQ= kiçik kapilyar birləşməsi, qeyri-flüoressent uducusu

Cədvəl 1. NDV-nin real-vaxt rejimli PZR analizi üçün Praymer, Prob və Müsbət Şablon Kontrol sekvensiyaları

Balinski və digərləri (2008) tərəfindən təsvir edilən protokola əsasən Taq polimeraz, 10X PZR buferi, 50 mM MgCl2 və 10 mM dNTP-lərdən istifadə edərək PZT master miks hazırlanır. Ümumi olaraq 5 µL miqdarda ekstraksiya olunmuş nümunə DNT və ya şablon kontrollar 15 µL miqdarda hazırlanılmış master miksə əlavə olunur və yekun olaraq 20 µL miqdarda məhlul əldə edilir. Balinski və digərləri (2008) tərəfindən təsvir edilən termosikl şərtlərindən istifadə edərək reaksiya LightCycler 2.0 PZR alətində (Roche Diagnostics, Almaniya) aparılır. Nümunə sınaqdan keçirilməmişdən əvvəl müsbət şablon kontrolu hissəli şəkildə 1 pg/µL miqdardan 0.001 fg/µL miqdara kimi durulaşdırılır və R.A.P.I.D. PZR alətində (BioFire Defense, Solt Leyk Siti, Utah, ABŞ) sınaqdan keçirilir.

Zeynalova Şəlalə

3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyanın direktoru, aqrar e.ü.f.d.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: