MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ağır itki üz verib

Nekroloq

 

Ağanisə Səfərova Nadir qızı

 

Səfərova Ağanisə Nadir qızı 01 oktyabr 1961-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində  anadan olmuş, 1979-cu ildə orta məktəbi həmin qəsəbədə bitirmişdir.

O, əmək fəaliyyətinə 1979-cu ildə Neftçala rayonun “1May” Kolxozunda pambıqçı kimi başlamışdı.

1989-cu ildə AKTİ-nin baytarlıq fakultəsini bitirərək, Neftçala rayonunun “1May” Kolxozunda feldşer kimi çalışmışdır.

1990-cıl ildə Neftçala rayonu «Heyvan Xəstəlikləri ilə mübürizə stansiyasında» baş həkimin müavini, 1991-1992-ci illərdə Neftçala rayonu baytarlıq laboratoriyasında direktor vəzifələrində işləmişdir.

Səfərova Ağanisə 1993-2009-cu illərdə isə “Mahmud oğlu” fermasında çalışmışdır.

2009-cu ildən AzBETİ-də “Quş xəstəlikləri laboratoriyasında” kiçik elmi işci, 2013-cü ildən “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri”   söbəsində  böyük elmi işçi kimi işləmişdir. BETİ-də işlədiyi dövrdə təcrübəsini artırmaq üçün müxtəlif seminarlarda və təcrübələrdə iştirak etmişdir. 2018-ci ildə Ağanisə Səfərova bir qrup əməkdaşlar ilə birlikdə  Bakı Peşə Liseyinin "Laborant-mikrobioloq" ixtisası üzrə tələbələrə “Mikrobioloji laboratoriyada biotəhlükəsizlik qaydaları və İnfeksion törədicilərlə işləmə qaydaları” üzrə təlim keçmişdir. Eyni zamanda  arıçılıq təsərrüfatlarında infeksion və parazitar xəstəliklərinə qarşı kompleks profilaktika və mübarizə tədbirlərinin aparılması, arıların yoluxan və yoluxmayan xəstəliklərinə qarşı profilaktika və müalicə işlərinin xüsusiyyətləri, patoloji  materialın  laboratoriyaya göndərilmə  qaydaları mövzuları üzərində uzun müddət çalışmışdır.

Amansız qəfil ölüm kollektivimizin sevimlisi, infeksion xəstəliklər şöbəsinin böyük elmi işcisi Səfərova Ağanisə xanımı sıralarmızdan vaxtsız apardı.

Gözəl insan, fədakar ana, qayğıkeş həyat yoldaşı, səmimi dost Ağanisə xanım bu vəfasız dünyada, bizlərə, ailəsinə və onu sevənlərə əlvida dedi. Ağanisə xanım işlədiyi müddətdə kollektivin dərin hörmət və rəğbətini qazanmışdı. Öz yüksək intelekti, mədəniyyəti, davranışı ilə secilirdi. Elə adı da boyuna bicilmişdi Ağanisə xanımın. Əsl xanım idi.

Eyni zamanda fəalliyət göstərdiyi sahə üzrə savadlı, daim öz üzərində işləyən mütəxəssis idi. Ağanisə xanım qəfil ölümü onu sevən Baytarlıq Elmi Tədqiqat İnstitutuniun əməkdaşlarını çox sarsıtdı. Onun gülən üzü, parlaq siması onu sevənlərin xatirəsində daim yaşayacaq.

 

İki üzlü yalan dünya, Verdiyini alan dünya, Mənzil başına catmamış, Yarı yolda salan dünya........

Ağanisə xanım da bu vəfasız dünyanın yarı yolda saldığı sərnişini oldu.

Baytarlıq Elmi Tədqiqat İnstitutunun kollektivi mərhumun ailəsinə onun vaxtsız ölümü ilə əlaqədar kədərləndiklərini bildirilir və dərin hüznlə baş sağlığı verilir.

 

 

Allah rəhmət eləsin. !  

 

 

Baytarlıq Elmi Tədqiqat İnstitutunun kollektivi adından.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: