MEDİA

XƏBƏRLƏR

Səfərov Deputat Məmməd oğlu alim-zootexnik ömrünün 80-ci ilində vəfat edib

Səfərov Deputat Məmməd oğlu

alim-zootexnik ömrünün 80-ci ilində vəfat edib.

 

Səfərov Deputat Məmməd oğlu 1940-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olmuşdur.

1957–1961-ci illərdə Kənd Təsaərrüfatı Texnikomunun “İpəkçi aqronom” şöbəsində, 1964-1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Zootexnik” şöbəsində təhsil almışdır.

1962-1973-cü illərdə Səfərov Deputat “Damazlıq atçılıq” fermasında iş fəaliyyətini briqadirlikdən başlamışdır. 1973-cü ildə Bakıya köçdükdən sonra Bakı Dövlət Cıdır meydanında “Məşqçi istehsalat” şöbəsinə müdir və 1975-ci ildən Azərdamazlıq birliyində baş zootexnik vəzifələrində çalışmışdır. Eyni zamanda Bakı Damazlıq Camışçılıq Mərkəzində istehsalat şöbə müdiri olmuşdur.

Damazlıq atçılığın sınaqdan keçirilməsi xidmətinə görə 1978-ci ildə Moskva Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ona Beynəlxalq atçılıq hakimlik dərəcəsi verilmişdir.

Alim D.Səfərov 1978-1979-cu illərdə Respublika Atlı İdman Mərkəzində, 1979-1980-cı illərdə Şəki rayonu Daşüz camışçılıq sovxozunda direktor vəzifəsində işəmişdir. 1981 – 1986-cı illərdə “Azərdamazlıq bir cins mal-qara tədarükü və satışı” şöbəsində baş zootexnik vəzifəsində çalışaraq seleksiya damazlıq işləri aparmış,  1993-cü ildə Pirşağı Süni Mayalanma Mərkəzində, daha sonra 1996-cı ildə ömrünün sonuna qədər Baytarlıq Elmi Tədqiqat İnstitutunun Abşeron Regional Süni Mayalanma Mərkəzində direktor vəzifəsində çalışmışdır.  

Hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti ilə seçilmiş D.Səfərovun yoxluğunu qəbul etmək olduqca ağırdır. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivi alim D.Səfərovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı diləklərini çatdırır, dərin hüznlə başsağlığı veririk.

 

Allah rəhmət eləsin!

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: