MEDİA

XƏBƏRLƏR

Yasin Mirqasım oğlu Seyidov vəfat edib

Yasin Mirqasım oğlu Seyidov
baytarlıq üzrə elmlər namizədi, baytar həkim, ömrünün 84-cü ilində vəfat edib.
Yasin Mirqasım oğlu Seyidov 1936-cı ildə Naxçıvan MR, Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1954–1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda “Baytar həkim” ixtisası üzrə təhsil almışdır.
Yasin Seyidov, AKTİ-nin baytarlıq fakültəsini bitirdikdən sonra 1959-1964-cü illərdə Naxçıvanda Y.Cabbarov adına kolxozda baytar həkim kimi işləmişdi. Eyni zamanda 1960-1961-ci illərdə Naxçıvan Rayon Baytarlıq Müalicəxanasında 2-ci baytar həkim, daha sonra baş baytar həkim işləmişdir.
1961-1963-cü illərdə BTS-da “Epizootologiya” şöbəsinin müdiri vəzifəsində, 1965-1966-cı illərdə “Yoluxmayan xəstəliklər” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Yasin Seyidov 1966-cı ildə “Naxçıvan MR-da xırda buynuzlu heyvanların helmint və 4 helmintozları” mövzusu üzrə müdafiə etmişdir, baytarlıq elmlər namizədi dərəcəsinə layiq görülmüşdür. 1966-1968-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytar İdarəsinin “Helmintologiya ekspedisiyasında” böyük baytar həkim kimi çalışmışdır.
Y.M. Seyidov 1968-1976-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun “Helmintologiya” şöbəsində baş elmi işçi, 1976-1978-ci illərdə Baş Baytarlıq İdarəsinin Epizootologiya Əleyhinə Ekspedisiyasının rəisi işləmişdi. 1978-1979-cu illərdə Baş Baytarlıq İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. 1979-1981-ci illərdə Kolxozlar arası Heyvandarlıq Sənaye Respublika Birliyinin sədri, 1981-2000-ci illərdə Bakı Şəhər Baytarlıq Stansiyasının rəisi olmuşdur.
Y.M. Seyidov 2004-cü ildən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda “Helmintologiya” şöbəsində aparıcı elmi işçi, 2015-ci ildən şöbə müdiri vəzifəsində, 2018-ci ildən həmən şöbədə aparıcı elmi işçi kimi çalışmışdır.
2014-cü ildə Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Psoriazın müalicəsi üçün məlhəm” hazırladığına görə ona Patent verilmişdir. O, bir çox elmi məqalələrin müəllifi, institutun elmi şurasının üzvü olmuşdu. İxtisaslı elmi kadrların hazırlanmasında Yasin müəllimin xidmətləri böyük olmuşdur.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Elmi Tədqiqat İnstitutunun rəhbərliyi tərəfindən 2019-cu ildə əmək fəaliyyətinə görə təşəkkürnamə ilə mükafatlandırılmışdır.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivi alim Yasin Seyidovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun doğmalarına, əzizlərinə, və dostlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: