MEDİA

XƏBƏRLƏR

Arif Rəhim oğlu Əsgərov vəfat edib

Arif Rəhim oğlu Əsgərov
baytarlıq üzrə elmlər namizədi, baytar həkim, 80 yaşında vəfat etdi.
Arif Rəhim oğlu Əsgərov Gədəbəy rayonu Mutu-Dərə kəndində anadan olmuşdur. 1965–1970-ci illərdə Odessa Kənd Təsərrüfatı İnstitutunda “Baytar həkim” ixtisası üzrə təhsil almışdır.
1978-ci ildə “Azərbaycanda iri buynuzlu heyvanların aktinomikozunun etioloji quruluşu, epizootologiyası və kimyəvi terapiyasının bəzi məsələləri” mövzusu üzrə müdafiə etmişdir, baytarlıq elmlər namizədi dərəcəsinə layiq görülmüşdür..
A.R.Əsgərov 1970-ci ildən Azərbaycan Baytarlıq Elmi - Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1978-1982-ci illərdə “Xüsusi qorxulu xəstəliklərlə mübarizə” dəstəsində rəis, 1982-1983-cü illərdə Bas Quşçuluq Birliyində baş baytar həkim, 1983-1987, 1989-1992-ci illərdə Yeni Bakı Broyler fabrikasında baş baytar həkim, 1987-1988-ci illərdə Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri işləmişdir. 1992-1995-ci illərdə Mərdəkan quşçuluq fabrikasında baş baytar həkim, 1995-2011-ci illərdə Bakı şəhəri Baytarlıq İdarəsində laboratoriya müdiri vəzifəsində çalışmışdır.
A.R.Əsgərov 2011-2015-ci illərdə Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun “Quş xəstəlikləri” şöbəsində aparıcı elmi işçi, “Heyvanların infeksion xəstəliklərini öyrənən” laboratoriyasında aparıcı elmi işçi, son illərdə “Quş xəstəlikləri” şöbəsinin müdiri vəzifəsində çalışmışdı.
A.R. Əsgərov bir çox elmi məqalələrin müəllifi, institutun elmi şurasının üzvü olmuşdu. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Elmi Tədqiqat İnstitutunun rəhbərliyi tərəfindən əmək fəaliyyətinə görə təşəkkürnamə ilə mükafatlandırılmışdır.
Arif Rəhim oğlu Əsgərov xəstəlik nəticəsində vəfatı xəbəri əməkdaşlarımız tərəfindən dərin kədər hissi ilə qarşılandı. O, gözəl, çalışqan insan idi.
A.Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: