MEDİA

XƏBƏRLƏR

Tərtər rayonunda növbəti təlim keçirildi

17 fevral 2021-ci il tarixində Tərtər rayonunda Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovaziya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri ilə Baytarlıq Elmi Tədqiqat institutunun alimləri birgə “Alimlər fermerlərin yanında” lahiyəsinin davamı olaraq, “Kənd təsərrüfatı heyvanlarının və quşlarının mövsümü xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi praktiki seminar keçirmişlər. Tədbir Tərtər Regional Aqrar Elmi və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tərtər rayonu Bəyimsarov kəndində Heyvandarlıq təsərrüfatında və Tərtər rayonu İrəvanlı kəndində Quşçuluq təsərrüfatında, açıq şəraitdə təsərrüfatlarda, hazırki pandemiya şəraiti ilə əlaqədar maksimum 10 nəfərə qədər heyvandarlıq üzrə fəaliyyət göstərən fermerin və aqrar sahə mütəxəssislərinin , həmçinin Tərtət Dövlət Aqrara İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Pandemiya ilə əlaqədar qəbul olunmuş qaydaların tələblərinə uyğun olaraq ara məsafələri qorunmuş, tibbi maskalardan istifadə edilmişdir. Mütəxəssislər əsasən bölgə fermerlərinə dəstək məqsədilə iri və xırda buynuzlu heyvanların, quşların mövsümi xəstəlikləri barədə, onlara qarşı mübarizə tədbirləri haqqında geniş şəkil də məlumatlar vermişlər, bir başa quşçuluq və heyvandarlıq təsərrüfatlarında infeksion, mövsümi parazitar xəstəliklərlə mübarizədə kimyəvi və bioloji preparatların istifadə qaydaları ilə bağlı, mövsümi xəstəliklərə qarşı baytarlıq-sanitariya tədbirləri haqqında tövsiyələr verilmişlər, fermerlərə bukletlər təqdim edilmişdir. Bu cür təlimlərin, seminarların, fermerlərin şəxsi təsərrüfatlarında görüşlərin keçirilməsində əsas məqsəd heyvandarlıqda, quşçuluqda qulluq işlərinin, xəstəliklərə qarşı mübarizə tədbirlərinin səmərəliliyini yüksəltmək, nəticə etibarı ilə fermerlərin məhsuldarlığını, gəlirlərinin artırmaq, təsərrüfatlarda daha da rentabelli işləməsi üçün onlara lazımı mütəxəssis tövsiyyələrini, rəylərini verməkdən ibarətdir. Alimlərin elmi-nəzəri bilikləri ilə, fermerlərin təcrübi biliklərini birləşdirərək, yeni-yeni texnologiyaları, metodları və s. təsərrüfatlarda tətbiq edərək, gələcəkdə çox yüksək uğurların əldə ediləcəyi danılmaz faktdır. Görüş qarşılıqlı müzakirə şəraitində baş tutmuşdur, bölgədə fəaliyyət göstərən və tədbirdə iştirak edən bir qrup heyvandarlıq təsərrüfatları sahiblərini, fermerləri maraqlandıran suallara Bayatarlıq Elmi Tədqiqat İnstitutunun alimləri, eləcə də Tərtər Regional Aqrar Elm və innovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən geniş şəkildə izahat verilmişdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: