MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, aqrar e.ü.f. doktoru M.M.Həsənov və şöbənin əməkdaşları tədqiqat işləri aparırlar.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, aqrar e.ü.f. doktoru  M.M.Həsənov və şöbənin əməkdaşları“Quşların infeksion xəstəliklərinin epizootoloji monitorinqinin aparılması, səmərəli müalicə-profilaktika tədbirlərinin işlənib hazırlanması və tətbiqi” mövzusu üzrə tədqiqat işləri aparırlar.

          2021-ci ilin yanvar-fevral  aylarında   Antibiotik təsirli bitkilərin və onların köklərinin quş xəstəliklərinə qarşı  müalicə təsirinin öyrənilməsinə  dair  işlər yerinə yetirilir.

           Quşçuluqda yemləmə düzgün olmadıqda və istifadə edilən yemlər keyfiyyətsiz olduqda bir çox xəstəlik törədicilərinin, o cümlədən salmonellyozun, mikotoksikozların, kolibakteriozun, pasterellyozun və s. xəstəlik törədicilərinin yayılmasına səbəb olur. Bundan əlavə yem vasitəsilə mikoplazmanın, pasterellyozun, infeksion bronxitin və s. xəstəlik törədicilərin yayılması təsdiq edilmişdir. Ona görə də yemlərin qeyd olunan xəstəlik törədicilərinə görə yoxlanması və  biyan kökünün, amarant dəninin quşların yem payına əlavə edilməsi  çox vacibdir.                                                                                          

Biyan kökündən dərman preparatları, ət və balıq məhsullarının konservləşdirilməsində və müalicəvi quş yemlərinin hazırlanmasında istifadə olunur. Biyan kökünün quşçuluqda mikoplazmanın, pasterellyozun, infeksion bronxitin və s. xəstəlik törədicilərin yayılmasının qarşısının alınmasnda da böyük əhəmiyyəti vardır. Belə ki, quşçuluqda biyan kökünün qüvvəli yemlə qarışığından istifadə edilməsi quşların məhsuldarlığına, məhsulun keyfiyyətinə və quşların inkişafına müsbət təsir göstərir.                                                                           Amarant toxumlarının təkribində polidoymamış yağ turşularından eykozapentaen turşusu, dokozaheksaen turşusu və alfalinolen turşuları vardır. Amarant toxumlarında olan linolen turşusu immun sistemi möhkəmləndirir və məhsuldarlığı artırır.Tədqiqatlar göstərmişdir ki, amarant dənin mum yetişkənliyi fazasında  xam proteinin miqdarı 25,1%, süpürgələrin əmələ gəlmə fazasında isə 18,3% təşkil etmişdir.Toxumlarda isə quru maddənin miqdarı 87,6% olduğu müəyyənləşdirilmişdir. Proteinin ən çox miqdarı bitkinin dənində 23,51%, həmçinin amarant toxumlarının tərkibində olan 19,96% linolen turşusu əzələləri dağıtmağa və piy qatını çoxaltmağa qadir olan kortizol stress hormonunun səviyyəsini azaldır. Nəticədə hüceyrələrə qidalandırıcı maddələrin nəqli yaxşılaşır, bu isə qidalandırıcı maddələrin daha asan mənimsənilməsinə imkan verir, kalsium balansını yaxşılaşdıraraq və sümük toxumasının sıxlığını artırır. Ona görə də  yem rasionun həzməgediciliyini artırmaq üçün amarant dəni üyüdüldükdən sonra qüvvəli yemlə qarışdırılaraq ana toyuqlara verilməsi metodikaya uyğundur.Təcrübə BETİ-də yetişdirilən 10 baş ana toyuqlar üzərində aparılır. Birinci 20 gündə ana toyuqlar təsərrüfat yemi ilə yemləndiriləcək, 21-ci gündən isə qruplar üzrə tərtib edilmiş yem rasionu tətbiq olunacaq. Təqdim olunmuş məlumata əsasən amarant dəninin bütün göstəriciləri hər iki dən yeminin (buğda və arpa) göstəricilərindən, xüsusilə, protein, yağ və kül elementlərinə görə üstünlük təşkil edir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: