MEDİA

XƏBƏRLƏR

Quş xəstəlikləri şöbəsinin müdiri, a.e.ü.f.d. M.M.Həsənovda müzakirələrdə

Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyinin  27 fevral      2020- ci il tarixli 14 №-li  əmri  ilə      “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu”layihəsinin hazırlanması üçün işçi qrupu yaradılmışdır. İşçi qrupunun üzvü olaraq Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, a.e.ü.f.d. M.M.Həsənovda müzakirələrdə iştirak edir:

“Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında”

QanunAzərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə əsasən ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarəetmə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyir.

                 Kənd təsərrüfatı informasiya-məsləhət xidməti sisteminin məqsədi elmi-texniki tərəqqinin nailiyyətləri və istehsalın innovasiyalı metodları haqqında biliklərdən istifadə etmək əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına informasiya-məsləhət xidməti göstərməklə kənd təsərrüfatının və kənd ərazilərinin inkişaf etdirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə nail olmaqdır. 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: