MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda 3-cü BTS-laboratoriyasının direktoru Ş.Zeynalova tərəfindən Ev heyvanları saxlayan vətandaşlar üçün quduzluq xəstəliyi haqqında təlim keçirmişdir.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda 3-cü BTS-laboratoriyasının direktoru Ş.Zeynalova tərəfindən Ev heyvanları saxlayan vətandaşlar üçün quduzluq xəstəliyi haqqında təlim keçirmişdir.

                Quduzluq sinir sisteminə təsir edən, virus tərəfindən törədilən və ölüm ilə nəticələnən xəstəlikdir. Orqanizmə daxil olmuş virus sinir toxumalarının hüceyrələrində toplanır. Sonra sinir yolu vasitəsilə birbaşa və ya onurğa beyni ilə mərkəzi sinir sisteminə keçir. Mərkəzi sinir sistemində virus çoxaldıqdan sonra periferiyaya doğru yönəlir və ən çox ağız suyu vəzilərini innervasiya  edən sinirlərə toplanır. Quduzluq virusları insan orqanizminə xəstə heyvanlar onları dişlədikdə və ya insanların dərisində cızılma,yaralanma,kəsilmə olduqda xəstə və ya xəstəliyə şübhəli heyvanın ağız suyu vasitəsi ilə keçir. İnkubasiya dövrü virusun orqanizmə daxil olduğu yerdən (nahiyyədən) asılı olaraq 11 gündən bir neçə aya qədər davam edə bilər (baş və başa yaxın hissədən zədələnmə yoluxma zamanı inkubasiya dövrü çox qısa olur).

 Hər il quduzluq xəstəliyi ev heyvanları arasında əsasən iribuynuzlu heyvanlarda, sahibli və sahibsiz itlərdə, az miqdarda isə canavarlarda, çaqqallarda və tülkülərdə aşkar edilir.

Xəstəliyin ən çox yayıldığı ərazilər

Quduzluq xəstəliyi ən çox Bakı, Abşeron, Qax, Şəki, Balakən, Göyçay və s. Rayonlarda aşkar edilir. Lakin Azərbaycanın digər bölgələrindədə xəstəlik müşahidə edilir. İtlərin nəzarətsiz qalması və istənilən əraziyə sərbəst hərəkəti xəstəliyin yayılmasını artırır. Vəhşi heyvanlar həmçinin xəstəliyi yayılmasında böyük rol oynayır.

Quduzluğun kökünün kəsilməsi istiqamətində əsas tədbirlər.

Azərbaycanda quduzluğun kökünün kəsilməsi istiqamətində tətbiq edilməli olan əsas tədbirlər:

-Kütləvi İnformasiya Vasitələrində (Televiziya, radio, qazet, internet və s.) ictimaiyyətə, ev heyvanlarının sahiblərinə, məktəbli uşaqlara və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə (nümayəndələrinə) ünvanlanmış quduzluğa qarşı maarifləndirmə kampaniyalarının keçirilməsi;

Ev heyvanlarının (itlərin və pişiklərin) quduzluğa qarşı tam peyvəndlənməsinin təşkili;İtlərin qeydiyyatının aparılması;

Vaksin olunmamış it və pişiklərin azad gəzməsinin qarşısını almaq;

 Sahibsiz (küçə) itlərinin populyasiyalarının yerli qurumlar tərəfindən idarə edilməsinin təşkili;

-Bütün şübhəli heyvanların məcburi baytar müşahidəsinə (ən azı 12gün) cəlb edilməsi;

-Vəhşi təbiətdə oral peyvəndləmə kampaniyalarının təşkili;

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: