MEDİA

XƏBƏRLƏR

Quş qripi xəstəliyi üzrə milli simulyasiya çalışmalarının keçirilməsinə dair

Quş qripi xəstəliyi üzrə milli simulyasiya çalışmalarının keçirilməsinə dair

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatlarına görə, cari mövsümdə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınmış və xəstəliyin yayılam arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşurutlarının respublikanın ərazisindən keçməsi, habelə bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır və bununla əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır.

Bu baxımdan da ölkə ərazisində quş qripi xəstəliyinin erkən aşkarlanması və müvafiq tədbirlərin vaxtında koordinasiyalı şəkildə yetirilməsinə əminlik, quşlarda yüksək patogenli quş qripi xəstəliyinə şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, personalın bu sahədə bilik və bacarıqlarının artırılması məqsədi ilə 3-4 mart 2021-ci il tarixində quş qripi xəstəliyi üzrə milli simulyasiya çalışmaları keçirilmişdi.

Milli simulyasiya çalışmasında BETİ-nin baytar mütəxəssisləri də iştirak etmişdirlər. Tədbir Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və  Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Pirşağı qəsəbəsində yerləşən Elmi Ekspermental Dayaq məntəqəsinin ərazisində həyata keçirilmişdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: