MEDİA

XƏBƏRLƏR

Quş xəstəliklərinə qarşı müalicə təsirinin öyrənilməsi haqqında

Baytarliq

 

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri,aqrar e.ü.f. doktoru M.M.Həsənov və şöbənin əməkdaşları tərəfindən“Quşçuluq təsərrüfatlarında qarışıq infeksiyalara (kolibakterioz, pasterellyoz) qarşı yeni müalicə-profilaktika tədbirlərinin hazırlanması və tətbiqi“ mövzusunun   2021-ci ilin aprel-may   ayları üzrə  Antibiotik təsirli bitkilərdən şənbəllənin, amarantın, üyüdülmüş şirin biyan kökünün və yüksək bioloji qidalılıq keyfiyyətliliyiə  malik hidroponik üsulla cücərdilən yemlərin quş xəstəliklərinə qarşı     müalicə təsirinin öyrənilməsi haqqında

M ə l u m a t

Antibiotik təsirə malik yemlərlə qidalanmayan nəzarət qrupunda olan iki  baş quş tələf olmuşdur. Tərəfimizdən nəzarət qrupda olan tələf olmuş bir baş 130 günlük fərənin  cəsədi yarılmış və kolibakterioz aşkar edilmişdir.   

Nəzarət qrupda olan digər tələf olmuş 150 günlük fərənin  cəsədi üzərində isə tərəfimizdən patanatomiki yarma aparılmışdır. Bakterioloji müayinə üçün patoloji material sümük iliyindən, dalaqdan, ürəkdən, həmçinin müxtəlif orqanlardan götürülmüş qaşıntılardan fizoloji məhlul (100ml. suya + 0,9qr. NaCI) hazırlanaraq, Endo, Nutrient qida mühitlərinə əkərək 18-24 saat 37-380 C temperaturda inkubasiya etdikdən sonra qida mühitlərində mikrob boyanın vəziyyəti yoxlanılaraq kolibakterioz aşkar edilmişdir. 

         Həmçinin kulturanın patogenliyini yoxlamaq üçün ağ siçanlar üzərində bioloji sınaq qoyulmuşdur. Bu məqsədlə bir günlük aqar kulturasının yuyuntusu ilə  16-18-qramlıq ağ siçanların qarın boşluğuna kultura ilə yoluxdurulma apararaq, 5 gün ərzində onların tələf olması bioloji sınağın müsbət olmasının göstərir.   

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: