MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə gəzinti təşkil olunmuşdur

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşının yubiley tədbirində iştirakı zamanı elmin keşiyini çəkən mütəxəssislərin maraqlı təşəbbüsünə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi sədrinin böyük həvəslə razılıq verməsindən cəmi bir həftə keçdi. 

“Gənclik” metrostansiyasnın yaxınlığı, “Mersedes” markalı yüksək keyfiyyətə malik avtobus və baytarlıq elminə töhfə verən alimlər. Ölkəmizin gözəl guşələrindən birinə - Qəbələyə gedrik.  Baytarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivini yaxından tanıyanlar səfərin çox maraqlı keçəcəyini, səmimi abu havaya köklənəcəyimizi öncədə söyləmişdilər. “Kaş institutun direktoru Sialə Rüstəmova da bizimlə getsin” – bu ifadəni gənc alimlərdən biri səsləndirmişdi. Avtobusa yenicə daxil olan Sialə xanıma həmin ifadəni xatırladanda cavabı belə oldu: “Mənim onlardan başqa kimim var axı?! Əlbəttə, əziz həmkarlarımla bir yerdə olmaq böyük sevincdir”.

Hə, elə bu sevinc içərisində Bakıdan ayrıldıq. Müasirliyin bir bəlası da ünsiyyətsizlikdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları elmin müasir sirrlərinə nə qədər bələd olsalar da, yeni texnologiyaların tətbiqini əsas meyar seçsələr də klassikanı, kökü, ənənəni yaşatmağı da bacarırlar. 

Mahnı oxudular, şeir dedilər, yerlərindəcə əl qaldırıb oynadılar. Əlbəttə kədərli və sevincli anları da xatırladılar. Azərbaycanı qalib elan edən Prezidentə can sağlığı arzuladılar, şəhidlərimizin ruhu qarşısında daim baş əydiklərini söylədilər, qazilərimizlə fəxr etdiklərini dedilər, mənfur düşmənin tülkü xisləti ilə basdırdığı minaya müharibədən sonra qurban gedənlərə Allahdan qəni-qəni rəhmət dilədilər. Bütün bu hisslərin çuğlaşmasında Qarabağ adlı cənnətə yenidən sahib çıxmağımızın qürurunu yaşadıqlarını da fikir bayrağ kimi dalğalandırmağı unutmadılar. 

Vətən bütün ölkələrdən gözəldir. “O gün olsun bu kollektivlə birgə Qarabağa gedək” arzusuna yerbəyerdən cavab gəldi: “Elə Qəbələ də Qarabağıdır”. Dəqiq yanaşmadır. Əgər Azərbaycan 30 illik işğala məruz qaldığı dövrdə “Hər yer Qarabağ, hər birimiz qarabağlı” şüarını əqidəsinin parlaq guşəsində bütün dünyanın görəcəyi yerə hək etməsəydi, qələbə qazanmaq çətin olardı. 

Vəndamdayıq. İstirahət guşələrindən birinin, belədə ki adı niyə çəkməyək axı, reklamdır ona görə? Olsun, 60 nəfərə yaxın heyətin qulluğunda dayanan azərbaycanlıları niyə də reklam etməyəsən. 

Vəndamdayıq. “Zeytun” İstirahət mərkəzinin qonağıyıq. Vənadam füsunkar kənddir. Ortasından “Qəbələ” çayı axır. Çay həm də meşəni iki hissəyə ayırır.  Dörd tərəfi yaşıllığa bürünən Vətən torpağı. Bu gün almlər sənin qonağındır. Sadə, təvəzökar, bəzən əməklərinin layiqli qiymətini almayan alimlər. Ancaq rahatdrlar, azaddırlar. Bilirsiniz, kollektiv olmaq çox çətindir. Həm də indiki zamanda – fərdiyyəçiliyin tüğyan etdiyi dövrdə. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları bu tapıntının nümunəsi ola biliblər. Səbəb sadədir: onların rəhbəri xaraktercə bütöv azərbaycanlıdır. Qayğı, hörmət, diqqət. Əgər rəhbər bu üç keyfiyyəti özündə birləşdiribsə, nə xoş onun başçısı olduğu kollektivin halına. 

Sizə həsəd aparan başqa elmi tədqiqat ocaqalarını anlayışla qarışılayın, Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Bu həsədi təbrik kimi qəbul edin. 

İki günlük səfər həm fotolarda, həm də xatirələrdə xoş ovqatlı dərin iz buraxacaq. Nə naharda xidmət zamanı yaşanan cüzi anlaşılmazlıq, nə həmin anlaşılmazlığa rəhbərliyin axşam yeməyi zamanı möhtəşəm adekvat münasibəti, nə mahnıların müşayətində yağan şıdırğı yağış, nə çay masası arxasında musiqi gecəsi, nə qayıdarkən İsmayıllı meşəsində s60 nəfərdən çox heyətə açılan qutab süfrəsi, qonaqların sayının çox oduğuna görə o qutabları bişirən xanımlarla birgə qollarını çırmayıb saca qutab yayan institut direktorunun işçiyə olan sevgisi tarixin səhifəsində oxunmuş vərəqə çevriləcək. Dəyərli alimlərimiz o səhifəni sətir-sətir, təkrar-təkrar oxuyacaqlar. 

Azərbaycanlı unutqan deyil. Azərbaycanlı artıq heç nə istəmir. Onu yaşatmağın yolu ruhunun rahatlığına meydan verməkdir. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi işçilərin arzusuna xidmət göstərir. Arzulamaq, sidq ürəkdən istəmək məqsədə çatmağın yeganə yoludur. 

İstəyin, həmkarlar sizin ərk etdiyiniz ocaqdır. Dədə Qorqud necə deyir, ocaqlarınız heç vaxt sönməsin.  

Ceyhun Musaoğlu 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: