MEDİA

XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstutunun “Balıq və arı xəstəlikləri şöbəsinin əməkdaşları balıqlar üzərində tədqiqatlar aparmışdır

Baytarlıq Elmi-Tədqiqat İnstutunun  “Balıq və arı xəstəlikləri şöbəsinin əməkdaşları Afət Süleymanova, Mehdi Əli, Tahir Ağəliyev tərəfindən şöbədə icra olunan “Balıq əmtəə təsərrüfatlarında yetişdirilən vətəgə əhəmiyyətli balıqların parazitar xəstəliklərinə yoluxmasının bioloji xüsusiyyətlərinin öyrənilməsi, xəstəliklərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması” mövzusu üzrə “İş” və “Təqvim” planına uyğun olaraq Səlyan və Neftçala rayonlarının ərazilərində yerləşən göl balıqçılıq təsərrüfatlarında yetişdirilən karp kimi (karp, çəki, ağ amur, qalınalın, daban balıq) balıqlar üzərində tədqiqatlar aparılmışdır.

Yaz-yay fəslində aparılan tədqiqatlara əsasən balıqlarda bakterial və helmintoz xəstəliklər aşkar edilmişdir. Bu da yay aylarında havaların isti keçməsi və göllərdə suyun hərarəti yüksək olduğuna görə xəstəliklərin baş verməsinə səbəb olmuşdur. Çöl şəraitində tədqiqatlar zamanı balıqlardan qan alınaraq qamçıların törətdiyi xəstəlikləri müəyyənləşdirmək üçün qan yaxmaları hazırlanmışdır.

Diaqnostika zamanı balıqların qanında Tripanosoma carassiiCribtobia cyprini qan parazitləri aşkar edilmişdir.

Bizim tədqiqatların nəticələri göstərmişdir ki, balıqların təsərrüfatlarda hazırki qənaətbəxş Epizootoloji durumu saxlamaq üçün göllərə buraxılacaq balıqların epizootoloji vəziyyətinə xüsusi diqqət yetirilməklə balıqların nəql edilməsi və karantində saxlanması baytar-sanitar nəzarəti altında tələb olunan qaydada aparılmalıdır.

Göllərdə və istərsə də balıqçılıq təsərrüfatlarında insanlar üçün təhlükə törədən parazitlərin tapılmaması Səlyan və Neftçala göl balıqçılıq təsərrüfatlarında Epizootoloji durumu qənaətbəxşolduğunu göstərir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: