MEDİA

XƏBƏRLƏR

BETI nümayəndələri Abşeron rayonu Yaşma qəsəbəsi “Azər Aqro” qoyunçuluq təsərrüfatında olmuşlar.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri biol.ü.f.d., dosent Aygün Əzizova və Abşeron Eksperimental Dayaq Məntəqəsinin müdiri Ramin Məmmədov Abşeron rayonu Yaşma qəsəbəsi “Azər Aqro” qoyunçuluq təsərrüfatında olmuşlar. Mütəxəssislər tərəfindən heyvanlar kliniki baxışdan keçirilmiş, xəstə və qızdırmalı heyvanlardan patoloji materiallar götürülüb müayinə üçün institutun laboratoriyasına gətirilmişdir. Tədqiqat üçün 10 (on) baş müxtəlif qoyun cinslərinə məxsus kal və 10 baş heyvanın periferik qan nümunələri müayinədən keçirilmiş, tələf olmuş 2 baş heyvanın daxili orqanları infeksion xəstəliklərə görə müayinə edilmişdir.

Kal nümunələrinin müayinəsi zamanı nematodlardan Strongylus sp., Nematodirus sp. mono və assosiativ formadayüksək intensivliklə, ibtidailərdən  Eimeria sp. müxtəlif nümunələrdə fərqli intensivliklə aşkar edilmişdir. Müalicə məqsədilə hər iki parazitə eyni vaxtda məhvedici təsir göstərən  Prima Levo Forte suspenziyasının oral qəbulu tövsiyə edildi (10 kq diri çəkiyə 2,5 qr).

 Sağlam heyvanların periferik qan yaxmalarının mikroskopiyasında eritrositlər norma səviyyəsində görünüşə malik izlənildi. Xəstə heyvanların qan yaxmalarının mikroskopiyasında eritrositlər dağılmış vəziyyətdə müşahidə edildi. Heyvanda patoloji proses izlənilsə də eritrositlərdə qan-parazitar törədiciləri qeyd edilmədi.

Cəsədlərin parenximatoz orqanlarından (qaraciyər, dalaq, böyrək, ağciyər, ürək, sümük iliyindən) yaxmalar hazırlanaraq mikroskopiya edildi. Mikroskopiya zamanı yaxmalarda Clostridium perfringens, Pasteurella multocida, E.coli bakteriyaları aşkarlandı. Bu isə heyvanlarda pasterellyoz və enterotoksimiya xəstəliklərinin mövcudluğunu təsdiq edir. Xəstəliklərə qarşı təlimata müvafiq Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklər şöbəsinin müdiri tərəfindən müalicə sxemi tövsiyə edildi.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: