Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin
ƏSASNAMƏSİ
1.Ümumi müddəalar
1.1. Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi (bundan sobra – şöbə) Baytarlıq Elmi-Tədqiqat İnstitunun struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm, Məsləhət və İnformasiya Mərkəzinin, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sərəncamlarını rəhbər tutur.
2. Şöbənin vəzifələri
2.1. Şöbə bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. Əmək qanunvericiliyinə, əsasnamə, təlimatlara və verilmiş sərəncamlara əsasən müəssisə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətlərin verilməsi və s. işləri;
2.1.2. Qanun mahiyyətli sənədlərin işlənib hazırlanması və ya hazırlanmasında iştirak edilməsini;
2.1.3. İnstitutda qanuni işlərə metodik rəhbərlik edərək, iddiaların qəbul edilməsində əsaslandırılmış cavabın hazırlanmasında iştirak etməli;
2.1.4. İnstitutda standartdan kənar, başqa qanun pozuntuları haqqında arbitraj işlərinin hesabını və mühafizəsini aparır.
2.1.5. Kargüzarlıq işləri üzrə mütəxəssislər kargüzarlıq işini apararaq, rəhbərliyin adına gələn korrespondensiyanı qəbul edir;
2.1.6. İnstitutda qəbul olunmuş qaydaya uyğun olaraq məktubları rəhbərlik baxdıqdan sonra onu cavabın hazırlanması üçün laboratoriyalara və ya icraçılara göndərmək;
2.1.7. Rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət etməli, müxtəlif sənədlərin kompüterdə yığılmasını təmin etməli;
2.1.8. Xidməti məktubların çap olunma, orfoqrafiya və punktuasiya qaydalarına riayət olunmasına nəzarət etməli və rəhbərin iş yerini dəftərxana ləvazimatı, texniki təşkilatı vasitələrlə təmin edərək, onun səmərəli işləməsinə imkan verən şərait yaratmalıdırlar.
3. Şöbənin funksiyaları
3.1. Şöbə bu əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
3.1.1. Şöbə işçilərin şəxsi işlərini, kadrların seçilməsi və düzgün yerləşdirilməsini aparır:
3.1.2. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlayaraq, attestasiya komissiyasının işində bilavasitə iştirak edir;
3.1.3. Tabel uçotunun, məzuniyyət qrafikləri və iş günü rejiminin tərtibini təşkil edir. İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
3.1.4. Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir. Kadrlar üzrə hesabatların tərtib edilməsinə və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir.
3.2. Hüquq məsləhətçisi bilavasitə təsərrüfat hesabının, müqavilə, maliyyə və əmək intizamının mökəmlənməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsini yerinə yetirir;
3.3. Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir;
3.4. Təsərrüfat müqavilələrinin bağlanması işində onların hüquqi əsaslandırılması rəyinin hazırlığında, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcları məsələlələrinin baxılmasında iştirak edir.
3.5. İnstitutun fəaliyyətində ortaya çıxmış hüquqi məsləhətlərə rəy sorğularına gələn normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də, fəaliyyətin təkmilləşməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
4. Şöbənin fəaliyyətinin təşkili
4.1. Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.2. Şöbənin funksiyalarına aid məsələlərin həllini təmin edir və şöbədə çalışan işçilər arasında vəzifə bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir.
4.3. Şöbənin işini təşkil edir və şöbənin fəaliyyəti barədə rüblük, yarımillik və illik hesabatların hazırlanmasını təmin edir.
4.4. Şöbədə çalışan işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsinə nəzarət edir.
4.5. İş sektorunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Yuxarı orqanların qərar, sərəncam və əmrlərini; müəssisənin hüquqi fəaliyyətinə aid olan metodik, normativ və başqa rəhbər materialları; qüvvədə olan qanunvericiliyi; vətəndaş, əmək və inzibati qanunu; qanunvericilik və normativ aktlar üzrə sorğu-məlumat işini; təsərrrüfat müqavilələrinin rəsmiləşdirmə və bağlanma qaydasını; əməyin idarəetmənin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını rəhbər tutaraq, bu qanunlardan çixiş etməlidir.