Maliyyə və mühasibat uçotu şöbəsinin
ƏSASNAMƏSİ
1.1 Bu şöbə institut tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, mühasibat uçotu və hesabatının məlumatları üzrə institutun maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
1.2 Daxil olan pul vəsaitlərini, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, iş və xidmətlərin yerinə yetirilməsini; maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil edir. İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
1.3 İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanmasına nəzarət edir. Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirilməsinə nəzarət edir.
1.4 Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitləri, əmtəə-maddi qiymətlilərin, təsərrüfat - maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin hesabı, eləcə də göstərilən xidmətlər və c. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçməsində iştirak edir. Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir. İşin, xidmətin maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də digər fondlara vəsaitin köçürülməsini həyata keçirir.
1.5 Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
1.6 Bu şöbə yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkili, hesabatının tərtibi və müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər orqanların metodiki, normativ materiallarını forma və qaydalarını, pul vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını, pul, əmtəə vəsaitlərinin çatışmazlıqları, debitor borclarının silinməsi qaydalarını, debitor və kreditorlarla hesablaşma qaydalarını, mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydasını və müddətini, yoxlanış və sənədli təftişin qaydalarını rəhbər tutaraq maliyyə hesabatlarını aparmalıdır.