Baytarlıq preparatlarının istehsalının təşkili və tədbiqi şöbəsinin
ƏSASNAMƏSİ
1.Ümumi müddəalar:
1.1. Baytarlıq preparatlarının istehsalının təşkili və tədbiqi şöbəsi (bundan sonra Şöbə)
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun struktur bölməsi olmaqla Nazirliyin 04 sentyabr 2015-ci il
tarixli 87 saylı əmri ilə yaradılmış və onun tabeliyində fəaliyyət göstərir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əmrlərini, sərəncamlarını, qərarlarını, Nazirliyin Kollegiya qərarlarını “Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (bundan sonra Mərkəz) Rəyasət Heyətinin qərarlarını baytarlığa aid normativ texniki və normativ hüquqi sənədləri və bu əsasnaməni rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata kecirərkən Nazirliyin və Mərkəzin aparatının struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin vəzifələri:
2.1. Şöbə bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir.
2.1.1. Heyvanların müalicə və profilaktikası üçün innovativ baytarlıq preparatlarının işlənib hazırlanması sahəsində axtarış və tətbiqinə dair elmi tədqiqatların aparılması
2.1.2. Baytarlıq preparatlarının sınaqdan keçirilməsi, ekspertizası və keyfiyyətinin təhlili sahəsində tədqiqatların və təşkilati işlərin yerinə yetirilməsi, həmçinin institut şəraitində işlənib hazırlanmış dərman vasitələri üçün normativ sənədlərin düzgün tərtibatının mənimsənilməsi.
2.1.3. Təklif olunan perspektivli baytarlıq preparatlarının institutda (BETİ) hazırlanması və istehsalı üçün rəsmi sənədləşmənin aparılması.
2.1.4. İnstitutun şöbələri üzrə yeni baytarlıq preparatlarının sınağı və tətbiqi sahəsində təşkilati-metodiki işlərin həyata keçirilməsi.
2.1.5. İnstitutun Elmi Şurasında İş proqramına uyğun olaraq yarımillik və illik hesabatların müzakirəsinin hazırlanması.
3. Şöbənin funksiyaları:
3.1. Şöbə bu əsasnaməyə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir.
3.1.1. Dərman vasitələrinin təhlili sahəsində tədqiqatların aparılması, əczaçılıq substansiyalarının və dərman preparatlarının buraxılış formalarının analizi, işlənib hazırlanmasl metodikalarının sınaqdan keçirilməsi.
3.1.2. Əczaçılıq substansiyaları və dərman formaları üzrə normativ sənədlərin aidiyyəti üzrə orqanlarda qeydiyyatdan keçirilməsi üçün hazırlanması.
3.1.3. Biyofarmaseptik aspektlər üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, dərman vasitələrinin keyfiyyətinin ekspertizasının keçirilməsi və sınaq protokollarının verilməsi.
3.1.4. İnstitut şəraitində işlənib hazırlanmış dərman vasitələrinin in vitro, in vivo üsulları ilə səmərəliliyinin qiymətləndirilməsi üzrə elmi-tədqiqat işlərinin aparılması.
3.1.5. Şöbənin fəaliyyətinin nəticələrinə dair nəşrlərin, məqalələrin, metodiki vəsaitlərin, bukletlərin və monoqrafiyaların müəyyən edilmiş qaydada hazırlanması.
3.1.6. Şöbənin əməkdaşlarının elmi-praktik tədbirlərdə, konfranslarda, simfoziumlarda iştirakı.
4.Şöbənin hüquqları
4.1. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.2. Şöbə əməkdaşlarla birlikdə mövzu planına uyğun olaraq təcrübələrin qoyulmasını və hesabatların vaxtında tərtib edilərək, müzakirə üçün institiutun elmi hissəsinə verilməsini təşkil etmək;
4.1.3. Şöbənin fəaliyyət istiqamətinə uyğun müvafiq rəy və müzakirə olunan məsələlərə dair təkliflər vermək;
4.1.4. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəsində institutda və digər dövlət qurumlarında fəaliyyət istiqamətinə aid kecirilən tədbirlərin işində iştirak etmək.
5.Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və ştat vahidlərinin sayı Nazir tərəfindən təsdiq edilir.
5.2. Şöbə müdiri institutun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.3. Şöbə müdiri:
5.3.1. Şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata kecirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
5.3.2. Şöbənin əməkdaşlarının xidməti fəaliyyəti haqqında məlumatlar hazırlayır və institutun direktoruna təqdim edir;
5.3.3. Şöbənin strukturuna aid məsələlərin həllini təmin edir, şöbədə işçilər arasında vəzifə bölgüsünü aparır və onların fəaliyyətini əlaqələndirir;
5.3.4. Şöbənin işini təşkil edir və şöbənin fəaliyyəti barədə yarımillik və illik hesabatların hazırlanmasını təmin edir;
5.3.5. İnstitutun rəhbərliyinin tapşırığını şöbənin səlahiyyətləri çərcivəsində yerinə yetirilməsini təmin edir;
5.3.6. Şöbədə çalışan işcilər tərəfindən əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
5.3.7. Şöbədə çalışan işcilərin mükafatlandırılması və ya barəsində intizam tənbehi tədbirləri görülməsi üçün institutun direktoruna təkliflər verir;
5.3.8. Qanunvericiliyə uyğun olaraq digər hüquqlardan istifadə edir;
5.3.9. Şöbənin digər işciləri institutun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;
5.3.10. Şöbə öz işini institutun digər şöbələri ilə əlaqəli şəkildə həyata kecirir.
Şöbənin əməkdaşlarının Azərbaycan Respublikasının Nazirlər Sövetinin qərarı ilə yaradıldığı 1962-ci ildən qorxulu xəstəliklərin törədiciləri olan mikroorqanizmlərlə, neftkimya mənşəli preparatlarla, zərərli və zəhərli maddələrlə işlədiklərinə və 20% əlavə əmək haqqı almaları barədə hüquqi vəsadəti təmin etmək üçün təklif vermək.
Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.