Tərcümeyi hal
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi, baytarlıq elmləri namizədi, dosent
Məmmədova Sevinc Əlibaba qızı
29 mart 1965–ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1982-ci ildə orta təhsili başa vurmuşdur. 1983-cu ildə Azərbaycan Kənd Təsərrufatı İnstitutunun (indiki Azərbaycan Aqrar Universitetinin) Baytarlıq fakultəsinə daxil olmuş, 1988-ci ildə ali təhsili başa vurub baytar həkimi ixtisasına yiyələnmişdir. O, 1989-cu ildən 1996-cı il tarixə qədər AzETBİ-nin helmintologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. S.Ə.Məmmədova 1996-cı ilin iyul ayında elmi tədqiqat işlərində topladığı təcrubəni və tapşırılan işin öhdəsindən layiqincə gəlməsini nəzərə alaraq elmi işçi vəzifəsinə keçirilmişdir. Elmə böyuk həvəsi olduğuna görə 1996-cı ildə istehsalatdan ayrılmamaqla institutun qiyabi aspiranturasına daxil olmuş, 2003-cu ildə isə “Abşeronda ev toyuqlarında parazitlik edən eymeriyaların ekoloji - faunistik xususiyyətləri və profilaktikası” adlı dissertasiya mudafiə edilərək Ali Attestasiya Komissiyası tərəfindən 29 iyun 2004-cu il tarixdə təsdiq olunmuş və ona biologiya elmləri namizədi alimlik dərəcəsi verilmisdir.
S.Ə.Məmmədova 31.08.2004-cu il tarixdən 11.07.2011-ci il tarixə qədər parazitologiya laboratoriyasında aparıcı elmi işçi vəzifəsində işləmişdir. O, 2011-ci ildən hal-hazıra qədər institutda elmi katib vəzifəsində işləyir.
Kənd Təsərrüfatı Nazirliyinin 22 dekabr 2011-ci il tarixli 345 saylı əmri ilə S.Ə.Məmmədova elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olunmuşdur.
S.Ə.Məmmədovaya 2018-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən “dosent” elmi adı verilmişdir.
S.Ə.Məmmədova işlədiyi muddətdə özunu bilikli və bacarıqlı mutəxəssis kimi göstərir, icra etdiyi işin öhtəsindən layiqincə gəlir, uzərinə duşən vəzifənin məsuliyyətini daim hiss edir və bu muddət ərzində kollektivin dərin hörmətini qazanmışdır. O, gənc tədqiqatçılardan, dissertantlardan öz bilik və bacarıgını əsirgəməyir, onlara lazımı köməklik göstərir.
S.Ə.Məmmədova hal hazırda 2 dissertanta rəhbərlik edir. Onun rəhbərliyi altında (26 yanvar 2018-ci il) 1 dissertant müdafiə etmişdir. O, 2011-ci ildən Dövlət İmtahan Mərkəzində ali məktəblərə qəbul və sınaq, orta məktəblərdə buraxılış imtahanlarında imtahan rəhbəri kimi fəaliyyət göstərir.
S.Ə.Məmmədova həmçinin institutun ictimai işlərində də fəal iştirak edir. S.Ə.Məmmədova 70 -ə yaxın elmi məqalə və 2 tövsiyənin müəllifidir.
Ailəlidir, 2 övladı, 2 nəvəsi var.