İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsi
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə aid müasir informasiyasının toplanması, mübadiləsi, beynəlxalq əlaqələrin qurulması, beynəlxalq layihələrin hazırlanması.
İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsinin
ƏSASNAMƏSİ
1.Ümumi müddəalar
1.1. İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsi (bundan sonra-şöbə) Azərbaycan Respublikası KTN-nin (bundan sonra-nazirlik) Baytarlıq Elmi-Tədqiqat İnstitutunun (bundan sonra-institut) struktur şöbəsi olmaqla nazirliyin 03 mart 2020-ci il tarixli 18 saylı əmri ilə yaradılmışdır.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin (bundan sonra-nazir) əmrlərini, institutun direktorunun əmrlərini, institutun elmi şurasının qərarlarını və bu Əsasnaməni rəhbər tutur;
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən nazirliyin və institutun struktur şöbələri və institutun strukturuna daxil olan digər qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin vəzifələri
2.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. Şöbədə aparılacaq işlər ilə bağlı yarımillik və illik hesabatların hazırlanması və təhlilini həyata keçirmək;
2.1.2. Şöbənin müqayisəli üstünlükləri və çatışmazlıqlarına dair analitik materiallar və məlumatlar hazırlamaq;
2.1.3. İnformasiya təminatı və beynəlxalq əlaqələr sahəsində elmi fəaliyyətin aktual məsələləri və onun təkmilləşdirilməsi yolları barədə təkliflər vermək;
2.1.3.1. Aktual məsələlər dedikdə buraya xüsusi təhlükəli patogenlərin diaqnostikası ilə bağlı tədqiqat işlərinə aid məlumatların toplanması nəzərdə tutulur. Bu sıraya başlıca olaraq aşağıdakı xəstəliklər: Qarayara, Brusellyoz, , Təbii çiçək virusu, Ku qızdırması, Gənə ensefaliti, Botulizm, Dabaq, Yüksək patogenli nyukasl, Yüksək patogenli quş qripi heyvanların taunu, Qoyun və keçilərin çiçək xəstəliyi və b. şamil edilir.
2.1.3.2. Şöbə respublikada baş verən infeksion (insanlar üçün təhlükəli olan) xəstəliklərin alovlanması zamanı məlumat toplayır, xəritələşdirir və statistikaya əsaslanaraq elmi hissəyə təqdim edir.
2.1.3.3. Şöbənin fəaliyyəti ilə bağlı, işlər zamanı kompüterin törətdiyi fəsadlar (şüalanma, göz yorğunluğu, göz xəstəlikləri, şüalanmanın nəticəsi olaraq bir çox xəstəliklərin- nevroloji, stres, ürək-damar, mədə-bağırsaq, qan xəstəlikləri, ankoloji, printerlərin işi zamanı zərərli tozların yaratdığı xəstəliklər və s.) bununla əlaqədar qarşıya çıxan problemlər barədə institut rəhbərliyinə və digər instansiyalara sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları almaq;
2.1.4. Aqrar elmin problemlərinə dair elmi konfranslarda, seminarlarda, sərgilərdə, müsabiqələrdə iştirak etmək;
2.1.5. Şöbəyə daxil olmuş və qanunvericiliklə bağlı sənədlərin layihələrinə rəy və təkliflər vermək;
2.1.6. Şöbəyə daxil olan və özündə olan sənədlərin komplektləşdirilməsi, saxlanması və qeydiyyatı ilə bağlı işləri həyata keçirmək;
2.1.7. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
3. Şöbənin funksiyaları
3.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
3.1.1. Şöbəyə daxil olan xəstəliklərə aid yeni informasiyaları İnstitutun direktoruna təqdim etmək;
3.1.2. İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti zamanı qarşıya çıxan problemlərlə bağlı müzakirələr aparmaq, çətinliklərin dəf olunması ilə bağlı müvafiq məsləhətlər vermək və elmi metodiki köməklik göstərmək;
3.1.3. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq digər dövlətlərin elmi institutlarının təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.1.4. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;
4.Şöbənin hüquqları
4.1. İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Şöbə öz fəalliyəti işlərinin aparılması və ona dair hesabatların vaxtında institutun elmi hissəsinə təqdim edilməsini təmin etmək;
4.1.2. Şöbənin fəaliyyət istiqamətlərinə uyğun müvafiq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, müzakirə olunan məsələlərə dair təkliflər vermək;
4.1.3. Şöbənin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə institutu təmsil etmək, onların işində iştirak etmək;
4.1.4. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək;
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir;
5.2. Şöbəyə institutun direktoru tərəfindən təyin edilən şöbə müdiri rəhbərlik edir;
5.3. Şöbə müdiri:
5.3.1. Şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
5.3.2. Şöbənin əməkdaşlarının fəaliyyəti haqqında məlumatlar hazırlayır və institutin rəhbərinə təqdim edir;
5.3.3. Şöbənin funksiyalarına aid məsələlərin həllini təmin edir, şöbədə çalışan işçilər arasında vəzifə bölgüsünü aparır və onların fəaliyyətini əlaqələndirir;
5.3.4. Şöbənin işini təşkil edir və şöbənin fəaliyyəti barədə yarımillik və illik hesabatların hazırlanmasını təmin edir;
5.3.5. Nazirlik və institut rəhbərliyinin tapşırıqlarının şöbənin səlahiyyətləri çərçivəsində həyata keçirilməsini təmin edir;
5.3.6. Şöbədə çalışan işçilərin əmək və icra intizamına riayət etməsinə nəzarət edir;
5.3.7. Şöbədə çalışan işçilərin mükafatlandırılması və ya barələrində intizam tənbehi tədbirləri görülməsi üçün institutun direktoruna təkliflər verir;
5.3.8. Qanunvericiliyə uyğun olaraq digər hüquqlardan istifadə edir.
5.4. Şöbənin digər işçiləri institutun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Şöbə öz işini institutun digər şöbələri ilə əlaqəli şəkildə həyata keçirir.
5.6. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.