BEYNƏLXALQ ƏLAQƏLƏR
İnformasiya təminatını günün tələblərinə uyqunlaşdırmaq üçün yerli və beynəlxalq elmi mərkəzlər, müvafiq tədqiqat və tədris müəssisələri ilə geniş elmi əməkdaşlıq əlaqələri yaradılır. Baytarlıq ET İnstitutunun rəhbərliyi başda olmaqla elmi əməkdaşları elmi problemlərin müzakirəsinə və elmi-tədqiqat işlərinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş konfranslara, müşavirələrə, konqreslərə, simpoziumlara və seminarlara qatılır və təqdimatlarla cıxışlar edirlər. Elmi nailiyyətlər, yeniliklər və qabaqcıl təcrübələr mətbuatda və digər kütləvi informasiya vasitələrində işıqlandırılır. Elmi tədqiqatların nəticələri, elmi əsərlər, monoqrafiyalar, jurnallar, toplular, məcmuələr, tövsiyələr kənd təsərrüfatı məhsul istehsalcılarına çatdırılır.
İnstitutun elmi fəaliyyəti, əməkdaşlarının apardıqları tədqiqatları işıqlandırmaq məqsədi ilə fotoşəkillər çəkilir, elmi nəşrlər üçün materiallar hazırlanır.
Azərbaycanvə Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq sahəsi üzrə əməkdaşlıq görüşü
Gürcüstan və Azərbaycan arasındakı uzun illər ərzində davam edən tərəfdaşlıq, regional sabitliyin qorunması üçün tətbiq edilən biotəhlükəsizlik və biomühafizə təcrübəsi uğurlu olması üçün, DİTRA beynəlxalq təşkilatın təşəbbüsü ilə Azərbaycan və Gürçüstan Kənd təsərrüfatı Nazirliyinin əməkdaşlarının görüşü təşkil olunmuşdur.
Yeni yaranmış patogenlər və hal-hazırda davam edən pandemiyanın qlobal təhdidlərinə qarşı çıxmaq məqsədilə həyata keçirdiyimiz səylər çərçivəsində çoxşaxəli əməkdaşlıq və öhdəliklərin daha da möhkəmləndirilməsi çox əhəmiyyətli məsələ olmuşdur.
Bunları nəzərə alaraq, 27-29 iyun 2022-ci tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyi və Gürcüstanın Kənd Təsərrüfatı üzrə Dövlət Laboratoriyası - baytarlıq sahəsinin transsərhəd xəstəliklərlə qarşı biotəhlükəsizlik və biomühafizə mövzuları ila bağlı iki tərəfli görüş keçirilmişdir.
Görüş zamanı DİTRA - nın regional baş ofisinin direktor müavini – Marqarita Şields, Gürcustanın Kənd Təsərrüfatı Nazir müavini - Salamon Pavliaşvili, Gürcüstanın Kənd Təsərrüfatı üzrə Dövlət Laboratoriyasının direktotu - İrakli Guledani Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Nümayəndələri - Sialə İsmayıl qızı Rüstəmova – Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, Məsud Mahmud oğlu Xatibi – Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi, Nigar Vilayət qızı Səfi – Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Epizootik tədbirlər şöbəsinin müdiri, Şəlalə Kərəm qızı Zeynalova – Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının müdiri, birgə əməkdaşlıq haqqında hazırlanacaq memorandumu müzakirə etmişdilər, Regional və Mərkəzi baytarlıq laboratoriyasına baxış keçirmişdilər.
Əməkdəşlıq sahələri üzrə müzakirə edilən bəndlərin memoranduma salınması təklif olunmuşdur.
- Xüsusi təhlükəli patogenlərin (XTP) aşkarlanması, profilaktikası və törətdiyi xəstəliklər üzrə baytarlara dövri təlimlər təqdim etmək;
- Nümunələrin qəbulu və işlənməsi, daşınması, laborator dianostikası (serologiya, molekulyar biologiya, bakteriologiya) üzrə müntəzəm təlimləri təqdim etmək;
- Əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və biomühafizə, tullantıların zərərsizləşdirilməsi üzrə əsas aspektlərə dair bilgiləri baytarlıq mütəxəssislərə təqdim etmək;
- Laboratoriya keyfiyyət sistemlərinin (QMS) 17025;
- Laboratorarası sınaqların təşkil olunması.
|
Türkiyə- Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi. Beynəlxalq Heyvanlıq Araştırma və Təhsil Mərkəzi |
|
Türkiyə- Qafqaz Universiteti
|
|
Rusiya- Peter-I” adına Voronej Aqrar Universiteti |
|
Kazaxıstan-N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Akademiyası
|
|
Rusiya- Rusiyanın elmi istehsalat birliyi “Ekolab” MMC
|
|
Kazaxıstan- Shakarium Universiteti
|
|
Ukrayna-Sumı Milli Aqrar Universiteti
|
|
Dağıstan- M.M.Djambulatov adına Dövlət Aqrar Universiteti
|