15-19.09.2022-ci il tarixində İtaliyanın Teramo vilayətinin Giulianova şəhərində “Bruselyoz 2022” Elmi Beynəlxalq konfransında Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar e.ü.f.d., dosent Sialə Rüstəmova və III Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens laboratoriyasının direktoru, aqrar e.ü.f.d., dosent Şəlalə Zeynalova iştirak etmişdidirlər
İtaliyada keçirilən “Bruselyoz 2022” Elmi-Beynəlxalq konfransında beynəlxalq ekspertlər və collaboratorlarla görüş zamanı bruselyozun tədqiqatı və monitorinqi haqqında innovativ təkliflər irəli sürülmüşdür və bu təkliflər beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən 2023-cü il 28-30 mart tarixlərində Mərkəzi Asiya və Qafqaz ölkələri üçün “Vahid sağlamlıq” subregional seminar keçirilmişdir
Qazaxıstanın Almata şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) keçirdiyi “Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Baytarlıq İşçi Qüvvəsinin inkişafı üzrə Regional Maarifləndirmə Seminarı”nda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Eksperimental Dayaq Məntəqəsinin müdiri Məmmədov Ramin iştirak etmişdir.
Seminar ÜHST-yə üzv ölkələrdə işçi qüvvəsinə olan ehtiyacları nəzərdən keçirmək, adekvat və müvafiq işçi heyətin yaradılmasının vacibliyi barədə məlumatlılığı artırmaq, həmçinin baytar mütəxəssislərə töhfə verən amillər haqqında bilik və anlayışlar formalaşdırmaq məqsədilə təşkil edilib.