KADR HAZIRLIĞI (BETİ—2019)
Baytarlıq ETİ-nin kadr hazırlığı əsasən elmlər və fəlsəfə doktorluğu, dissertantura yolu ilə həyata keçirilir.
Elmlər doktoru üzrə doktoranturaya cari ildə “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotosikologiya ilə mikologiyası və immunologiyası” ixtisasına 1 nəfər qəbul olunmuşdur.
Fəlsəfə doktoru üzrə dissertanturaya “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotosikologiya ilə mikologiyası və immunologiyası” ixtisasına 1 nəfər, “Parazitologiya” ixtisasına 2 nəfər,
“Baytarlıq sanitariyası, zoogigiyena və baytarlıq sanitar ekspertizası” ixtisasına 1 nəfər, Fəlsəfə doktorluğu üzrə doktoranturaya “Parazitologiya” ixtisasına 1 nəfər qəbul olunmuşdur.
İnstitutda 7 nəfər doktorant elmlər doktorluğu üzrə, 7 nəfər doktorant fəlsəfə doktorluğu üzrə, 9 nəfər dissertant fəlsəfə doktorluğu üzrə elmi iş aparır.
Hesabat dövründə 1 nəfər fəlsəfə doktoru üzrə (dissertantura), 2 nəfər elmlər doktoru üzrə (doktorantura) təhsilini başa vurmuşdur.
Cari hesabat ilində institutun 2 dissertantı fəlsəfə doktorluğu üzrə “Parazitologiya” və “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotosikologiya ilə mikologiyası və immunologiyası” ixtisasından müdafiəyə hazırlaşır.