GƏNC ALİMLƏR

Konfrans və Seminarlar

Gənc Alimlər və mütəxəssislər Şurasının keçirdiyi konfrans və seminarlar

İlk görüşümüz  Əkinçilik Elmi Tədqiqat İnstitutunda  22 yanvarın  2014-cü il -də keçirildi. İclasda Aqrar Elm Mərkəzi Gənc Alimlər Şurasının üzvləri, Əkinçilik institutunun rəhbərliyi və alimləri iştirak edirdi. Görüş zamanı iştirakçılara Əkinçilik institutunun yaranma tarixi, strukturu, hazırda fəaliyyət göstərən laboratoriyaları, tədqiqat işləri, eyni zamanda, institutun əmakdaşlıq etdiyi yerli və beynəlxalq Elmi Tədqiqat İnstitutları haqqında məlumat verildi. Gənc Alimlər Şurasının təmsilçiləri Əkinçilik institutunun dənin keyfiyyət laborotoriyasında aparılan analizlərinin gedişatı, yerli buğdalardan hazırlanmış çörəyin bişirilməsi texnologiyası, Bitki seleksiyası şöbəsində yeni yaradılan sortlarla, torpaq və bitki analizləri laborotoriyasında isə torpaq analizlərinin aparılması ilə  tanış oldular.

Aqrar Elm Mərkəzi gənc alimlər şurasının respublikanın müxtəlif elm ocaqlarında təbiət elmləri istiqamətində təhsil alan gənclərin aqrar sahəyə marağını artırmaq, ali təhsil müəssisələrinin gənc alimlər şurası ilə birgə əməkdaşlıq əlaqələrinin yaradılması, elmi əlaqələrin təşkili, yaradıcı elmi innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, AEM-nin  strukturunda olan ET institutlarında kadr potensialının gücləndirilməsi, BDU-nin müvafiq fakultələrini bitirən məzunların Aqrar Elm sahəsinə cəlb edilməsi ilə əlaqədar olaraq  08 aprel 2014- cü il tarixdə AEM-nin gənc alimlər şurasının  üzvülərinin  Bakı Dövlət Universitetində  görüşü oldu.

Tədbir iştirakçılarına Bakı Dövlət Universiteti haqqında ətraflı məlumat verildi və bildirildi ki,  belə görüşlərin tez-tez keçirilməsi aqrar sahəyə olan marağını daha da artıracaqdır. Gənclər Universitetin müasir laborotoriyaları  ilə tanış oldular. Xüsusi olaraq qeyd etmək istəyirəm ki,  bu görüşün  nəticəsi olaraq Universitetin məzunlarından olan 10-dan artıq gənc mütəxəssis hal-hazırda  ET İnstitutlarımızada fəaliyyət göstərirlər.  

Növbəti görüşümüz 22 aprel 2014- cü il tarixdə ölkəmizin aqrar sahədə kadr potensiyalına olan tələbatını qisməndə olsa ödəyən ADA Universitetində rəhbərlik və tələbələrlə  oldu. İclasda Universitet haqqında ətraflı məlumat verildi. Bu sahənin gələcəkdə daha da yaxşı inkişaf etdirilməsi üçün,  savadlı kadrlara  ehtiyac olduğu söylənildi və qeyd olundu  ki, müharibə şəraitində yaşayan ölkənin  təkcə silahı deyil həm də elmi gücü, savadlı gənc ordusu olmalıdır. Buna görə də  gənclərin üzərində böyük məsuliyyət olduğu  bildirildi.

Tədbirdə iştirak edən gənclərə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi onun funksiyası, strukturu və ET İnstitutları və onların təcrübə stansiyaları haqqında məlumat verildi. ET İnstitutları haqqında gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı. Sonra ADAU-nun Gənc alimlər şurasının  sədrinin seçilməsi barədə görüş iştirakşılarına məlumat verildikdən sonra Aqronomluq və Baytarlıq fakultələrində görüş davam etdirildi.

24.04.2014-cü il tarixdə ET İpəkçilik İnstitutunda AEM gənc alimlər şurasının üzvləri ilə İnstitutun kollektivi arasında görüş zamanı gənc alimlərə  institutun  laborotoriyaları, təcrübə  sahələri, barama hazırlanan otaqları,  tut bağları, arı saxlanan sahələri ilə  bağlı ətraflı məlumat verildi və bütün ET İnstitutlarında gənc alimlər şurasının yaradımasının vacib olduğu qeyd olundu.

ET Bitki Mühafizəsi və ET Aqromexanika İnstitutunun  kollektivləri ilə keçirilən görüşdə İnstitutunun direktoru akademik Sidiqə xanım Məmmədova gənclərə keçdiyi həyat yolundan, elmi tədqiqat işlərindən, mövcud problemlərdən və kadr potensiyalından danışdı. Gənclərin elmə olan marağının azalmasının yolverilməz olduğunu vurğulayan  Sidiqə xanım gənc alimlər şurasının yaranmasının gənclərin həyatında mühüm dəyişikliyə səbəb olacağını  söylədi və uğurlar arzuladı.

ET Pambıqçılıq İnstitutunda keçirilən görüşdə İnstitutun  sovetlər dövründə əldə etdiyi nailiyyətlər, alimlərin bu sahəyə verdiyi töhvələr Ulu Öndərimiz  Heydər Əliyevin  bu instituta olan diqqət və qayğısından  danışıldı. Şöbələrdə institutun fəaliyyəti,  yeni yaradılan sortları  haqqında  gənclərə  ətraflı məlumat verildi. Diqqətinizə çatdırım ki, keçirilən görüşlərin  nəticəsi olaraq hər bir tədqiqat institunda gənc alimlər şurası  yaradıldı .

 Gənc alimlər şurasının təşəbbüsü və AE Mərkəzinin dəstəyi və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş Gənc alimlərin kənd təsərrüfatında rolu: Problemlər və imkanlar mövzusunda Beynəlxalq elmi konfrans 17-18-iyun 2014-cü il tarixdə Əkinçilik Elmi Tədqiqat İnstitutunda keçirildi. Konfransın 2-ci günü qonaqlar Əkinçilik ET İnstitutunda gənc tədqiqatçıların təcrübə sahələri ilə tanış oldular, iştirakçıları maraqlandıran sortlar haqqında institutun alimləri və gənc tədqiqatçıları ətraflı məlumat verdilər. 

18-may 2015-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası ilə Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurası arasında keçirilən görüşdə həm AMEA Gənc Alim və Mütəxəssislər Şurasının həm də  Aqrar Elm Mərkəzi Gənc alimlər şurasının fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verildi. İki qurum arasında müvafiq istiqamətlər üzrə elmi-ictimai əlaqələrin yaradılmasını təmin edəcək, gənc tədqiqatçıların fəaliyyətinin artırılması üçün onlara metodiki və informasiya dəstəyinin verilməsini reallaşdıracaq Memorandum  imzalandı.

Növbəti tədbir arıçılığın inkişafina dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat əməkdaşliği toplantısı-II və ARKTN-nin Aqrar Elm Mərkəzinin Gənc alimlər şurasının–II Beynəlxalq konfransı  8-11 iyun 2015-ci il tarixlərində Gəncə şəhərində keçirildi. 

Konfrans çərçivəsində  hər iki ölkənin  arıçılığ sahəsində olan   inkişafı və qarşıda duran problemlər haqqında  ətraflı məlumat verildi. Konfrans öz işini  ikinci gün Hacıkənd qəsəbəsində  gənc  alimlərin  və Türkiyəli qonaqların iştirakı ilə açıq səmada davam etdirdi. Gənclər Aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi, kadır potensialının gücləndirilməsi, qarşıda duran vəzifələr haqqında çıxış etdilər.

Aqrar sahənin inkişafına gənclərin marağının artırılması və şagirdlərin bilik dairəsinin genişləndirilməsi mövzusunda görüş 2015-ci il Noyabrın 9-10-da Lənkəran şəhərində keçirildi. Lənkəran şəhər Gənclər və İdman İdarəsilə birgə təşkil olunmuş  tədbirdə  gənclərin cəmiyyətin inkişafında oynadığı roldan, dövlətin gənclər siyasətindən söz açaraq Prezident İlham Əliyevin gənclərin bilik və bacarığının artırılmasına, ayrı-ayrı sahələrdə gənclərin iştirak səviyyəsinin yüksəldilməsinə həmişə böyük maraq göstərdiyi qeyd olundu və bildirildi ki, iqtisadiyyatın yeni inkişaf mərhələsində aqrar sektorun gənc alimlərinin üzərinə böyük bir məsuliyyət düşür, onların səmərəli elmi araşdırmalar aparmasına, yeni ideya və təşəbbüslərlə çıxış etmələrinə ciddi zərurət yaranıb. Sonra  şura üzvlərinin  Lənkəran şəhərində yerləşən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasında və Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində kollektivlə görüşü oldu.Görüşdə hər iki qurumun rəhbəri aparılan tədqiqat işləri ilə gəncləri tanış etdilər. BTS-da İstehsal olunmuş yerli tərəvəz sortları  haqqında ətraflı məlumat verildi.  

Lənkəran şəhər 5 saylı orta məktəbində müəllim kollektivi və  şagirdlərlə  keçirilən görüş gənc alimlər və mütəxəssislər üçün daha maraqlı oldu. Görüşün əsas məqsədi şagirdlərdə aqrar sahəyə maraq oyatmaq, maarifləndirmə işləri aparmaqla aqro ixtisasların getdikcə daha çox aktuallıq qazandığını göstərməkdən ibarət idi. Onlara AEİM Mərkəzi və institutlar haqqında ətraflı məlumat verildi və qeyd olundu ki, Dövlət başçısının bəyan etdiyi kimi sənayenin və kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatını yeni mərhələdə inkişaf etdirəcək sahələr olduğunu deyən gənc alimlər şagirdləri təbiət fənlərinə xüsusi diqqətlə yanaşmağı tövsiyə edərək şura tərəfindən belə tədbirlərin  davamlı keçiriləcəyini  bildiridilər. “Aqrar sahənin inkişafına gənclərin marağının artırılması və şagirdlərin bilik dairəsinin genişləndirilməsi” mövzusunda növbəti regional tədbir 17-20 dekabr 2015-ci il tarixdə Şəki şəhərində keçirildi. Gənclər və İdman İdarəsilə  birgə təşkil olunmuş  tədbirdə müxtəlif tədqiqat institutlarını  təmsil edən gənc alim və mütəxəssislər iştiarak etdi. Gənclər dövlətin aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, qəbul olunmuş xüsusi dövlət proqramlarından və bu siyasətin ölkənin iqtisadi inkişafına verdiyi tövhələrdən danışdılar. Görüşdə gənc alimlər təmsil etdikləri Aqrar Universitet və elmi-tədqiqat institutlarının  tarixi, fəaliyyət sferası, strukturu və hazırda üzərində iş aparılan yeni layihələr barədə çıxış etdilər. Qeyd olundu ki, iqtisadiyyatın yeni inkişaf mərhələsində aqrar sektorun gənc alimlərinin üzərinə böyük bir məsuliyyət düşür və onların səmərəli elmi araşdırmalar aparmasına, yeni ideya və təşəbbüslərlə çıxış etmələrinə ciddi zərurət yaranıb. Aqrar sektorun yeni inkişaf mərhələsində alimlərin və bu sahənin mütəxəssislərinin üzərinə xüsusi bir missiya düşdüyünü deyən gənc alimlər daha fəal və təşəbbüskar olmağa çağırdılar və gələcəkdə  belə görüşlərin tez-tez keçirilməsini məqsədə uyğun olduğunu bildirdilər.Sonra Şəki şəhərində yerləşən Əkinçilik  Elmi Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində və Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində və 10 saylı orta məktəbdə kollektivlə görüş keçirildi.

21-23 dekabr 2015ci il tarixdə Quba  şəhər Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə tədbir Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq  Elmi-Tədqiqat Institutunda,  Quba  Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində kolec tələbələri ilə, Azərbaycan Türkiyə Ortaq Toxum Araşdırma  Müəssisəsində  kollektiv və fermerlərlə  və Quba şəhər 2saylı orta məktəbdə  keçirildi.

27 aprel  2016 –cı il tarixində Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər və Mütəxəssislər Şurasının Jurnalist  Ekspert Mərkəzi İctimai Birliyinin rəhbəri Ceyhun Musaoğlu ilə görüş,

16 may 2016-cı il tarixində Samux rayon 2 saylı tam orta məktəbində Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər və mütəxəssislər şurasının və Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkil  etdiyi “Gənclərin aqrar sahəyə marağının artırılması” mövzusunda görüş,  

 Gənc Alimlər Şurasının keçirtdiyi 31may 2016-cı il tarixində Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Paşayev Heydər Allahverdi oğlunun 80 illiy yubileyinə həsr olunmuş tədbir.

     09 mart 2018-ci il tarixdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində “Gilan Kənd Təsərrüfatı Qrupu”nun nümayəndələri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin,  Respublika Baytarlıq Laboratoriyasının, Əkinçilik, Baytarlıq, Tərəvəzçilik və Kənd Təsərrüfatının İqtisadiyyatı elmi-tədqiqat institutlarının gənc alim və mütəxəssisləri arasında keçirilən görüş 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: