Qanunlar

"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.  "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" 2005-ci il iyunun 30-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2005-ci il

                    № 1009-IIQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq), onların müvafiq ərazilərindən gələn (idxal), yaxud keçən (tranzit) diri heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin sürətləndirilməsini arzulayaraq,

heyvanların və insanların sağlamlığını qorumaq və yoluxucu heyvan xəstəliklərinin, eləcə də yararsız məhsulların ölkə ərazisinə daxil olmasının qarşısını almaq öhdəliyini qeyd edərək,

baytarlıq sahəsində ikitərəfli texniki əməkdaşlığın inkişafını təmin etmək məqsədilə,

beynəlxalq sazişlərdən və konvensiyalardan irəli gələn öhdəliklərinə xələl gətirmədən aşağıdakılar barəsində razılığa gəldilər:

M a d d ə    1

1.  Diri heyvanların və heyvan mənşəli məhsulların (bundan sonra "yük" adlandırılacaq) idxalı və tranzitinə aşağıdakı şərtlərdən asılı olaraq icazə verilir:

a)      idxal edən ölkənin, yaxud tranzit ölkənin müvafiq baytarlıq tələb və şərtlərinə uyğun;

b)  icazə, yük göndərişindən əvvəl, idxal edən ölkənin, yaxud müvafiq olaraq tranzit ölkənin səlahiyyətli orqanları tərəfindən verilir;

c)      yüklər türk, Azərbaycan və ya ingilis dilində tərtib edilməklə idxal edən (yaxud müvafiq olaraq tranzit) ölkənin tələblərinə uyğun Baytarlıq Sertifikatları ilə müşayiət olunur.

2.  1-ci bəndin müddəalarının həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflər aşağıdakılar üzrə öhdəlik götürürlər:

a)   yüklərin onların ərazisinə daxil olmasını (yaxud onların ərazisindən tranzit keçməsini) nizamlamaq üçün baytarlıq şərtləri haqqında bir-birini məlumatlandırmaq;

b)   yüklərin idxalına, yaxud onların ərazisindən tranzit keçməsinə tətbiq olunan Baytarlıq Sertifikatları nümunələrinin mübadiləsini həyata keçirmək və onlarda baş verən dəyişikliklər barədə bir-birinə dərhal məlumatlar vermək.

Maddə   2

1.        Əgər sərhəd və ya son qəbul məntəqəsində yükün Baytarlıq Sertifikatında nəzərdə tutulan şərtlərində uyğunsuzluq aşkar edilmişsə, o halda yükü idxal edən Razılığa gələn Tərəfin müvafiq orqanları özlərinin milli qanunvericiliyi və qaydalarına uyğun tədbirlər tətbiq edə bilərlər.

2.        1-ci bənddə göstərilmiş vəziyyətin aşkar edildiyi halda, idxal edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları yük göndərən Razılığa gələn Tərəfin müvafiq orqanlarını baş vermiş uyğunsuzluq və tətbiq olunan tədbirlər barədə lazımi qaydada məlumatlandıracaqlar.

M a d d ə   3

1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları aşağıdakılar üzrə öhdəlik götürürlər:

a) özlərinin müvafiq ərazilərində baş verən və barəsində mütləq məlumat verilməsi vacib olan xəstəliklərə, xüsusilə də ziyana məruz qalmış regionların adlan və kodları, eləcə də yoluxmuş heyvanların sayı və növlərinə dair Aylıq Hesabatların mübadiləsini həyata keçirmək. Aylıq Hesabatlar elektron vasitəsilə, ya elektron poçt, ya da internet vasitəsilə ötürülə bilər;

b)        Beynəlxalq Epizootiya Bürosunun (BEB) A Siyahısına daxil olan hər hansı yoluxucu xəstəliyin yayılması barədə, eləcə də bu xəstəliyin mənşəyi barədə ilk açıqlama verildikdən sonra bir-birinə dərhal yazılı surətdə məlumat vermək;

c)        heyvanları bu yoluxucu xəstəliklərdən mühafizə etmək üçün görülən qoruyucu və nəzarət tədbirlərinə dair məlumat mübadiləsi həyata keçirmək.

2. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bununla yanaşı aşağıdakılar üzrə öhdəlik götürürlər:

a)       FAO və BEB/Aİ/FAO Üçtərəfli Qrupunun tövsiyələri çərçivəsində yoluxucu xəstəliklərə nəzarət məqsədilə birgə əməkdaşlığı və texniki layihələri təşviq etmək;

b)       transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və onlara nəzarət məqsədilə özlərinin sayıqlığını artırmaq və öz səylərini, eləcə də ehtiyat qüvvələrini cəmləmək.

M addə   4

1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları baytarlıq sahəsində ikitərəfli və çoxtərəfli regional əməkdaşlığı xüsusilə aşağıdakı vasitələrlə təşviq edəcəklər:

a)     baytarlıq sahəsinə aid olan təlimatların, peşə ilə əlaqədar nəşrlərin, yaxud elmi nəşrlərin mübadiləsi;

b)     heyvan mənşəli məhsullar üzrə özlərinin cari monitorinq planlarının, eləcə də bu planların həyata keçirilməsindən əldə olunmuş illik nəticələrin mübadiləsi;

c)     qarşılıqlı maraq doğuran heyvan və insan sağlamlığı məsələlərinin araşdırılmasında və öyrənilməsində iştirak edən elmi tədqiqat institutları və diaqnostika laboratoriyaları arasında əməkdaşlığın sadələşdirilməsi;

d)     yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması və nəzarəti sahələrində qarşılıqlı texniki yardımın və təcrübə mübadiləsinin genişləndirilməsi;

e)     təxirəsalınmaz hallarda və Razılığa gələn Tərəflərdən birinin sorğusuna əsasən, diaqnostika üsullarının tətbiqi sahəsində təcrübə mübadiləsi ilə yanaşı, sınaqların və ya diaqnostikanın aparılması məqsədilə patogenlərin növlərinin mübadiləsinin həyata keçirilməsi;

f)       baytarlıq xidmətlərinin təşkili və vəzifələri, ixracat və sertifikatlaşdırılma prosedurları, xəstəliklərin aşkar olunması və bu barədə məlumatların verilməsi prosedurları, heyvanların sağlamlığının vəziyyəti və informasiya sistemi sahələrində qarşılıqlı anlaşma və etibarlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə bir-birinin milli baytar mütəxəssisləri mübadiləsinin həyata keçirilməsi;

g)  Tərəflər üçün əhəmiyyətli və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunması məqsədilə mütəxəssislərin hər il planlaşdırılmış görüşlərinin təşkil olunması, həmçinin zərurət yarandıqda və Razılığa gələn Tərəflərdən birinin yazılı müraciəti olduqda, epizootiya törədən yoluxucu xəstəliklərin qarşısının alınması və ona nəzarət edilməsi məqsədilə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi üçün baş baytar rəsmilərinin fövqəladə görüşlərinin keçirilməsi.

2. 1-ci bənddə və xüsusilə (f) və (g) yarımbəndlərində qeyd olunan tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər aşağıdakı yarımbəndlərdə göstərilən qaydalara uyğun olaraq ödəniləcək:

a)  1-ci bəndin (f) yarımbəndində qeyd olunan mütəxəssislərin səfəri təklif edən Razılığa gələn Tərəfin rəsmi dəvəti əsasında olduqda, təşkilati xərcləri, həmçinin səfər edən mütəxəssislərin nəqliyyat və yerləşdirilmə xərclərini onları qəbul edən Razılığa gələn Tərəf ödəyəcək;

1-ci bəndin (f) yarımbəndində qeyd olunan mütəxəssislərin səfəri onları göndərən Razılığa gələn Tərəfin rəsmi müraciəti əsasında olduqda, səfərlə bağlı təşkilati xərcləri qəbul edən Razılığa gələn Tərəf ödəyəcək, səfər edən mütəxəssislərin nəqliyyat və yerləşdirilmə xərclərini isə onları səfərə göndərən Razılığa gələn Tərəf ödəyəcək;

b) 1-ci bəndin (g) yarımbəndində qeyd olunan görüşlər qarşılıqlı razılıq əsasında təşkil olunacaq və görüşün təşkilati xərclərini qəbul edən Razılığa gələn Tərəf ödəyəcək, səfər edən mütəxəssislərin yerləşdirilmə və yeməkxərclərini onların mənsub olduqları Razılığa gələn Tərəf ödəyəcək.

M ad d ə   5

Sazişin həyata keçirilməsi məqsədilə, Razılığa gələn Tərəflərin milli səlahiyyətli orqanları aşağıdakılardır:

a)        Azərbaycan Respublikası üçün - Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsi, Bakı;

b)   Türkiyə Respublikası üçün - Mühafizə və Nəzarət Baş İdarəsi, Kənd Təsərrüfatı və Kənd Məsələləri üzrə Nazirlik (Tarım və Köyişleri Bakanlığı), Ankara.

M addə   6

Sazişin həyata keçirilməsindən irəli gələn mübahisələr, ilk növbədə, Razılığa gələn Tərəflərin qeyd olunan milli səlahiyyətli orqanlarının nümayəndələri tərəfindən həll ediləcək.

Həll olunmayan mübahisəli məsələlər diplomatik kanallar vasitəsilə həll olunacaq.

M ad d ə   7

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan və bu Sazişin 8-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayn-ayrı protokollar formasında rəsmiləşdirilir.

Maddə   8

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Razılığa gələn Tərəflərin bir-birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən sonra otuzuncu gün qüvvəyə minir.

Bu Saziş 1 il müddətinə bağlanılır və müvafiq qüvvədə olma müddətinin bitməsinə 2 ay qalmış Razılığa gələn Tərəflərdən biri diplomatik kanallar vasitəsilə yazılı şəkildə onu ləğv etməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətinə uzadılır.

Bu Saziş Bakı şəhərində, 30 iyun 2005-ci ildə üç əsl nüsxədə, hər biri Azərbaycan, türk və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətn əsas götürüləcəkdir.

           Azərbaycan Respublikası                                                                    Türkiyə Respublikası

                Hökuməti adından                                                                         Hökuməti adından

                   İsmət ABASOV,                                                                           Mehmet AYDIN,

          kənd təsərrüfatı naziri                                                                              Dövlət naziri

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: