Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi QAYDALARI
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 5 oktyabr tarixli
156 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan
hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması
və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq müfəttişlərinin icrasıməcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi
QAYDALARI
1. Ümumi müddəa
Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.13-cü və 1.21-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarını və normalarını pozduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, habelə dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi qaydalarını müəyyən edir.
2. Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarını və normalarını pozduqları hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi
Hüquqi və fiziki şəxslər aşağıda göstərilən baytarlıq qayda və normalarını pozduqları hallarda və dövlət baytarlıq müfəttişlərinin müvafiq göstərişlərinə əməl etmədikdə, onların fəaliyyətləri dövlət baytarlıq müfəttişlərinin müvafiq qərarı ilə müvəqqəti dayandırılır və ya qadağan edilir:
ərazini, istehsalat binalarını və obyektləri, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq-sanitariya qaydalarına uyğun saxlamadıqda, ətraf mühitin çirklənməsinə yol verdikdə;
dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərinin (binaların) tikintisi, bərpası və istismara verilməsində müvafiq zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) qaydalarına əməl etmədikdə;
heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini təmin etmək məqsədi ilə inzibati-təsərrüfat tədbirlərini həyata keçirmədikdə;
heyvanların kütləvi xəstələnməsi və ya tələfatı haqqında dövlət baytarlıq orqanlarına vaxtında məlumat vermədikdə;
ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədi ilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığı müəyyənləşdirilənədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanması Qaydası və müddəti»ndə müəyyən edilən müddətədək onları təcrid olunmuş halda saxlamadıqda;
heyvanlara baxış keçirilməsində, bruselyoz və vərəmə görə seroallerji müayinələrin aparılmasında, xüsusi təhlükəli xəstəliklər siyahısına aid olan xəstəliklərə qarşı profilaktik və məcburi peyvəndləmə tədbirlərinin həyata keçirilməsində xidməti vəzifələrini yerinə yetirən baytar mütəxəssislərinə lazımi şərait yaratmadıqda;
baytar mütəxəssislərinin göstərişinə əsasən quşların ektoparazitlərə qarşı işlənməsini, mal-qaranın parazitar xəstəliklərə qarşı çimizdirilməsini, heyvandarlıq və quşçuluq binalarının vaxtaşırı mexaniki təmizlənərək dezinfeksiya edilməsini, helmint xəstəliklərini vaxtında aşkar etmək məqsədi ilə mal-qaranın vaxtaşırı kaproloji müayinədən keçirilməsini təmin etmədikdə;
heyvan və heyvan mənşəli məhsulların baytarlıq müayinəsindən keçirilməsi üçün onları vaxtında baytar mütəxəssislərinə təqdim etmədikdə;
əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan xəstəliyə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytar mütəxəssislərinin tələblərini yerinə yetirmədikdə;
baytarlıq müayinəsindən keçirilməyən, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına yol verdikdə;
heyvanların sağlamlığını və heyvan mənşəli məhsulların baytarlıq tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olmadan heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə məşğul olduqda.
3. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi
3.1. Dövlət baytarlıq müfəttişləri tərəfindən formaları bu Qaydaların 1-6 nömrəli əlavələrinə uyğun icrası məcbur olan qərarlar tərtib edilir:
3.2. İcrası məcbur olan qərar tərtib edilərkən dövlət baytarlıq nəzarətində olan yükün sahibinə (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə), baytarlıq qanunvericiliyinin tələblərini pozan fiziki və hüquqi şəxslərə bu qərarla tanış olmaq imkanı yaradılır.
3.3. İcrası məcburi olan qərar 3 nüsxədə tərtib olunur, onun 1-ci nüsxəsi bu qərarı tərtib edən dövlət baytarlıq müfəttişinin çalışdığı dövlət baytarlıq orqanında saxlanılır, 2-ci nüsxəsi dövlət baytarlıq nəzarətində olan yükün sahibinə (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) və ya baytarlıq qanunvericiliyinin tələblərini pozan fiziki və hüquqi şəxslərə, 3-cü nüsxəsi isə məlumat üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə (bundan sonra - Dövlət Baytarlıq Xidməti) təqdim olunur.
3.4. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarının yerinə yetirilməsinə görə hüquqi və fiziki şəxslər mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.
3.5. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarları həmin qərarların baytarlıq müfəttişi tərəfindən tərtib edilməsi yolu ilə verilir.
3.6. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarları bu Qaydalara əlavə olunan müvafiq formaların doldurulması yolu ilə tərtib edilir.
3.7. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarları Azərbaycan Respublikasının dövlət dilində əllə tərtib edilir.
3.8. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarları tərtib edilərkən qərarın mətnində düzəlişlərə, pozulmalara, əlavə yazılara yol verilmir.
3.9. Dövlət baytarlıq müfəttişlərinin tərtib olunmuş qərarları həmin qərarları tərtib edən dövlət baytarlıq müfəttişləri tərəfindən imzalanır və onun tabe olduğu dövlət baytarlıq orqanının möhürü ilə təsdiq edilir.
3.10. Fiziki və hüquqi şəxslər dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlar ilə razılaşmadığı halda müəyyən olunmuş qaydada Dövlət Baytarlıq Xidmətinə və ya müvafiq məhkəməyə şikayət edə bilərlər.
«Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları»na 1 nömrəli əlavə
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Baytarlıq Xidməti
Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və
diaqnostika müayinələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması haqqında
Q Ə R A R №
Şəhər (rayon) ____________________
_______________200___il
Mən___________________________________________________________________ (şəhər (rayon) dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı)
_______________________________________________________________məxsus olan
(hüquqi və ya fiziki şəxsin adı, ünvanı)
__________________________________________________________________________