MEDİA

XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə aqrar innovativ layihələrin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə aqrar innovativ layihələrin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları kənd təsərrüfatı sahəsində innovasiyaların vacibliyinə toxunaraq, Mərkəzin kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl təcrübələrin texnoloji transferi, dövlət və özəl fermer təsərrüfatları və məhsul təchizatçıları ilə əlaqələndirilməsi kimi fəaliyyət istiqamətləri və bununla əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı məlumat verib.
Həmçinin görüşdə Baytarlıq Elmi Tədqiqat İnstitutu tərəfindən təqdim edilmiş layihələrin icra vəziyyəti və layihələrlə bağlı yerinə yetiriləcək fəaliyyətlər barədə İnstitut rəhbərliyi çıxış edib.
Qeyd edək ki, tədbir iştirakçıları ilə birgə baytarlıq sahəsində innovativ təkliflərlə bağlı geniş fikir mübadiləsi aparılıb və görüşün sonunda təklif və ideyaların təqdim edilməsi ilə bağlı çağırış edilib.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: