MEDİA

XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu

24 noyabr 2021-ci il tarixində İSO 9001 sertifikatına layiq görülmüşdür.

 

Baytarlıq sahəsində elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərim  hazırlanması və ixtisasın artırılması, baytarlıq xidmətləri (laboratoriya, biotəhlükəsizlik)

 

Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu müştəriləri üçün ardıcıl, etibarlı xidməti təmin edən keyfiyyət idarəetmə sistemi üçün ISO 9001 sertifikatı almışdır. İnstitumuz Hollandiyanın Qida və Kənd Təsərrüfatı sahəsində ixtisaslaşmış KIWA beynəlxalq akkreditasiya qurumu tərəfindən keçirilmiş audit zamanı xidmətlərimizin beynəlxalq standartların tələblərinə uyğun olduğu sübut edildikdən sonra noyabr ayında sertifikata layiq görülmüşdür.

ISO 9001, müştərilər və digər müvafiq maraqlı tərəflərin ehtiyaclarına cavab verən xidmətlərin ardıcıl şəkildə təmin etmək üçün sertifikatlaşdırılmış “Keyfiyyət İdarəetmə Sistemi”dir. Bu standartı tətbiq etmək İnstitumuza prosesləri müştərilər üçün mümkün qədər sadələşdirməyə və rəqabət üstünlüyünü qorumağa imkan verir.

ISO 9001 sertifikatına sahib olmaq İnstitumuzun davamlı olaraq yüksək standartlara nail olmağa olan bağlılığının göstəricisidir. ISO 9001 standartına riayət etmək fəaliyyətimizi daha da səmərəli etdi və xidmətlərimizin keyfiyyətini artırdı. Müştərilərimizin çoxu beynəlxalq standartların tələblərinin tətbiq olunduğu qurumlarla işləməyə üstünlük verir. Buna görə də akkreditasiyaya malik olmaq onların istəklərinə dəstək olmaqdır.

              İnstitutumuz qürurla elan edir ki, biz artıq ISO 9001:2015 sertifikatlı təşkilatıq. Bu bizim mükəmməlliyə sadiqliyimizin sübutudur. İnstitutumuz bu nailiyyətə (2018-2021 illər ) qısa bir müddət ərzində nail olmuşdur.Belə ki, son illər Kənd Təssərüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutunun madi texniki bazası möhkəmlənmiş,elmi-tədqiqat diaqnostik laboratoriyası 2-ci Biotəhlükəsizlik Səviyəlsinə uyğunlaşdırılmış və müassir standartlarına cavab verən avadanlıqlarla təchiz edililərək  peşəkar mütəxəssislərin istifadəsinə verilmiş. Formalaşmış İnstitutumuzun Bakı şəhərində yerləşən İnzibati binası, ərazisində və tabeliyində yeni inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikası   fəaliyyətə başlamışdır.    

          Baytarlıq Klinikası İnstitutun nizamnaməsinə və fəaliyət istiqamətlərinə uyğun olaraq kənd təsərrüfatı heyvanları ilə yanaşı ev heyvanlarının müayinə-müalicəsi ilə məşqul olacaq.

          Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya cərrahiyyə şöbələri,və diaqnostik müayinələrdən USM, rentqen, endoskopiya, exokardioqrafiya, biokimya laboratoriyası xidmətlərinin göstərilməsi  nəzərdə tutulur.

ISO 9001 biznesin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyət idarəetmə standartıdır. ISO 9001-in İnstitumuzda tətbiq edilməsində məqsəd keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyətimizi təkmilləşdirmək, məhsuldarlığı artırmaq, lazımsız xərcləri azaltmaq, proseslərin və xidmətlərin keyfiyyətini təmin etməkdir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: