05.04.2022-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin təşkilatcılığı ilə Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Arıçı fermerlər üçün “Açıq qapı” adlı seminar təşkil olunmuşdur.
Seminara Azərbaycan Respublikasının müxtəlif bölgələrindən 30 arıçı fermer, “Peşəkar Arıçılar Birliyi”-nin sədri Elxan Ələkbərov,Türkiyənin Uludağ Üniversitesinin prof.dr. Levent Aydın, Türkiyənin “Zekner” Holdinq şirkətinin icraçı direktoru Sabir Oksay da dəvət olunmuşdurlar.
Seminarın məqsədi, ilk növbədə arıçıları Baytarlıq Elmi–Tədqiqat İnstitutunun diaqnostik laboratoriyası və onun mövcud müassir maddi-texniki bazası ilə tanış etmək, son günlər arıçılıq təsərrüfatlarında baş vermiş arı ailələrindəki kütləvi tələfatı müzakirə edib, müxtəlif bölgələrdən gətirilmiş patolojı materialları İnstitutun laboratoriyasında müayinə edərək, nəticələri ilə bağlı arıçalara tövsiyyələr verilmək olmuşdur.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun “Arı və balıq xəstəlikləri” şöbəsinin müdiri, biol.ü.f.d.,dosent Afət Süleymanova İnstitutun arıçılıq sahəsində görmüş olduğu işlər və hazırda fəaliyyət göstərən müasir tipli “Arı xəstəlikləri” labopratoriyasında həyata keçirilən laborator-diaqnostik müayinələr, mütəmadi olaraq müxtəlif bölgələrində arıçılarla keçirilən görüşlər və maarifləndirici seminarların keçirilməsi haqqında geniş məlumat verdi. O, eyni zamanda hazırda arıların tələfatına səbəb olan xəstəliklər və ekoloji amillərə diqqət yetirdi. Daha sonra adı çəkilən şöbənin elmi işçisi Niyazi Nəcəfov arıçılara xəstəliklər və ölüm halları zamanı patoloji materialın götürülməsi və nəql edilməsi qaydaları haqqında məlumatlar verdi.
Seminarda Levent Aydın Arıçılıq təsərrüfatlarına kütləvi şəkildə ziyan vuran Varratoz və Nozematoz xəstəliklərinin qarşısının alınması istiqamətində təlim keçdi. Levent Aydın, xəstəliklərin yoluxma səbəbləri, kliniki əlamətləri və onlarla mübarizə tədbirləri haqqında ətraflı məlumat verdi. Daha sonra isə arıçıların suallarını dinləyib, onları cavablandırdı.